SİYASƏT
Türkiyənin Naxçıvan şəhərinə təyin edilmiş yeni baş konsulu patent sənədini Xarici İşlər Nazirliyinə təqdim edib
Bakı, 3 oktyabr, AZƏRTAC
Azərbaycanın Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə Türkiyə Respublikasının Naxçıvan şəhərinə təyin edilmiş yeni baş konsulu Mehmet Emin Kiraz ilə görüşüb.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüş əsnasında Mehmet Emin Kiraz baş konsul təyinatı ilə əlaqədar patent sənədini Pərvin Mirzəzadəyə təqdim edib.
Pərvin Mirzəzadə baş konsula gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin cari vəziyyəti barədə geniş fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [17:54]
Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar
- 03.05.2024 [17:40]
Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub
- 03.05.2024 [16:38]
Moskvada Azərbaycan və Rusiya Baş nazirləri müavinlərinin görüşü keçirilib
- 03.05.2024 [15:45]