DÜNYA
Türkiyənin təhlükəsizlik qüvvələri son bir həftədə 2500-ə yaxın antiterror əməliyyatı keçirib
Adana, 24 sentyabr, AZƏRTAC
Türkiyənin təhlükəsizlik qüvvələri sentyabrın 17-dən 24-dək ölkə ərazisində 2 min 425 antiterror əməliyyatı keçirib.
AZƏRTAC Türkiyənin Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, nəticədə terrorla bağlı 677, narkotiklərin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqla əlaqədar 3 min 992, qaçqınların miqrasiyası ilə bağlı 178 nəfər olmaqla cəmi 4 min 847 nəfər həbs olunub. Bildirilir ki, son bir həftədə 33 terrorçu zərərsizləşdirilib. Onlardan 20-si öldürülüb, 9-u yaralı ələ keçib, 4-ü isə təslim olub. Hesabat dövründə 753 kiloqram narkotik maddə və çox sayda silah-sursat ələ keçirilib.
Siirt vilayətinin Baykan rayonunda sentyabrın 23-də başlanan antiterror əməliyyatı zamanı 3 PKK terrorçusu məhv edilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Adana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]