MƏDƏNİYYƏT
TÜRKSOY-un Baş katibi: Kino sahəsinin on illər sonra da türk dünyasını bir araya gətirəcəyinə inanıram
Bakı, 11 oktyabr, AZƏRTAC
lll “Korkut Ata” Türk Dünyası Film Festivalı gücümüzün, birliyimizin, qardaşlığımızın bariz nümunəsidir.
AZƏRTAC xəbər verir ki, bunu TÜRKSOY-un Baş katibi Sultan Raev lll “Korkut Ata" Türk Dünyası Film Festivalının bağlanış və mükafatlandırma mərasimində deyib.
“Biz Azərbaycanda olduğumuz vaxt müqəddəs torpağın gücünü hiss edirik. Burada Xurşidbanu Natəvanın, Nizami Gəncəvinin, Üzeyir Hacıbəylinin, Molla Pənah Vaqifin, Qasım bəy Zakirin, Bülbülün ruhunu duyuruq”.
Sultan Raev kino sahəsinin on illər sonra da türk dünyası və xalqlarını bir araya gətirəcəyini və buna səmimi qəlbdən inandığını bildirib.
Qeyd edək ki, tədbir çərçivəsində Xalq artisti Fəxrəddin Manafova TÜRKSOY-un Baş katibi Sultan Raev tərəfindən TÜRKSOY-un xüsusi mükafatı təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:39]
Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub
- 03.05.2024 [18:30]
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
- 03.05.2024 [18:08]
Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında
- 03.05.2024 [16:46]
Yunus Əmrə İnstitutunda "Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub
- 03.05.2024 [14:22]
I Beynəlxalq Opera Festivalının iştirakçıları “Landmark”da çıxış ediblər
- 03.05.2024 [13:25]