İQTİSADİYYAT
Ucarda sahibkarlar üçün treninq keçirilmişdir
Bakı, 15 mart (AZƏRTAC). Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin təşkilatçılığı, Ucar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarların maarifləndirilməsi istiqamətində növbəti tədbir martın 15-də Ucar rayonunda keçirilmişdir.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, treninqlərdə biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT-təhlilin və strateji planlaşdırmanın aparılması, bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilmişdir.
Tədbirdə, həmçinin İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlardan danışılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:36]
® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!
- 03.05.2024 [18:09]
Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib
- 03.05.2024 [16:48]