REGİONLAR
Ucarlı baramaçılar məhsul satışını başa çatdırıblar
Ucar, 28 iyun, AZƏRTAC
Ucar rayonunda cari mövsümdə 40 qutu ipəkqurdu bəslənilib və 1485,4 kiloqram məhsul götürülüb. Qabaqcadan bağlanan müqaviləyə əsasən, barama “Şəki ipək” ASC tərəfindən yerindəcə qəbul edilib və hər kiloqramına 8 manat pul ödənilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumatda bildirilib ki, vaxtilə kənd təsərrüfatında ənənəvi sahə olan və uzun illər unudulan baramaçılığa maraq yenidən artmaqdadır. Gələn il ipəkqurdu bəsləyənlərin sayının 2-3 dəfə çox olacağı gözlənilir.
Cari mövsümdə keyfiyyətli barama istehsalına nail olan təcrübəli kümçülər – Boyat kəndindən Elsevər Rəhimov, Yuxarı Şilyandan Əlmir Hətəmov, Küçəkənddən Akif İbrahimov və başqaları gələn il daha çox ipəkqurdu bəsləmək üçün indidən hazırlıq işlərinə başlayıblar.
Qarşıdakı payızda yeni tut bağlarının salınması planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]