İQTİSADİYYAT
Üç yüz kiloqrama yaxın ərzaq satışdan çıxarılaraq məhv edilmişdir
Bakı, 1 avqust (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinqlər keçirilmişdir.
İİN-dən AZƏRTAC-a bildirilmişdir ki, monitorinqlər zamanı Bakının Səbail, Binəqədi, Sabunçu, Abşeron, Suraxanı, Xəzər rayonlarında, Sumqayıt şəhərində, Qazax, Ağcabədi Bərdə, Kürdəmir, Şabran rayonlarında mağazalarda saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanmışdır.
Ümumilikdə, 300 kiloqrama yaxın ərzaq satışdan çıxarılaraq məhv edilmişdir.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:09]
Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib
- 03.05.2024 [16:48]