Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə kənd təsərrüfatının inkişafına xüsusi önəm verib

Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə kənd təsərrüfatının inkişafına xüsusi önəm verib

Bakı, 22 oktyabr, AZƏRTAC

Son illər dünyada kənd təsərrüfatında əhəmiyyətli dərəcədə texnoloji yeniliklər tətbiq olunur. Bu baxımdan, ölkəmizdə qeyri-neft sektorunun inkişafında, eləcə də əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafında texnoloji dəyişiklikləri görməmək mümkün deyil. Artıq bəzi qabaqcıl kənd təsərrüfatı müəssisələri və şirkətlər tərəfindən tətbiq edilən dəqiq kənd təsərrüfatı metodları, xüsusilə dronlar, sensorlar, kompüter proqramları və bir çox digər yeniliklər rəqəmsal əsrə doğru irəliləməyə imkan yaradıb. Bununla belə, qeyd etmək lazımdır ki, bu inkişafın təməli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub və dahi şəxsiyyət Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə kənd təsərrüfatının inkişafına xüsusi önəm verib. Ulu Öndərin istər 1969-1982-ci illərdə Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrdə, istərsə də 1982-1987-ci illərdə SSRİ kimi super gücə malik nəhəng bir dövlətin rəhbərlərindən biri olduğu vaxtlarda bu istiqamətdə gördüyü işlərin hər biri mühüm hadisə kimi respublikamızın dövlətçilik tarixində silinməz izlər qoyub.

Bunu AZƏRTAC-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun beynəlxalq əlaqələr üzrə baş mütəxəssisi Yaqub Quliyev bildirib.

Onun sözlərinə görə, Ulu Öndər özünəməxsus idarəçilik istedadı, tükənməz enerjisi və misilsiz işgüzarlığı ilə geridə qalmış Azərbaycan Respublikasının keçmiş ittifaqın ən qabaqcıl respublikası kimi tanınmasına nail olmuş, sovetlər ittifaqında ən çətin, mürəkkəb layihələr onun rəhbərliyi altında uğurla həyata keçirilmişdir. Prezident İlham Əliyevin "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi haqqında" Sərəncamında da qeyd olunur ki, "1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına inteqrasiya proseslərinin hazırkı möhkəm təməli Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır". Ulu öndər Heydər Əliyevin yaratdığı və ölkəmizdə kənd təsərrüfatının dayanıqlı inkişafının təmin edilməsi istiqamətində möhkəm baza hesab edilən bu potensial və xalqına ərməğan etdiyi irs cəmiyyətin bütün təbəqələri üçün örnək olduğu kimi, aqrar sahədə işləyənlər üçün də əvəzolunmazdır və ölkəmizin hazırda bu sahədə əldə etdiyi nailiyyətlər Heydər Əliyev irsinin təzahürüdür.

“Keçən əsrin 70-ci illərinə qədər Azərbaycanda kənd təsərrüfatının ümumi vəziyyəti yaşlı nəslin xatirəsində hələ də qalmaqdadır”, - deyən Yaqub Quliyev bildirib ki, ölkə istehsal səviyyəsinə görə SSRİ-də ən geridə qalan respublikalardan biri idi. İstər bitkiçilik, istərsə də heyvandarlıq sahəsində çox aşağı məhsuldarlıq, torpaqlardan səmərəsiz istifadə, pis idarəetmə nəticəsində torpaqların şoranlaşması, əksər kolxoz və sovxozların ziyanla işləməsi həmin dövrdə kənd təsərrüfatının inkişafı səviyyəsini xarakterizə edirdi. Kənd təsərrüfatına xidmət göstərən sahələrin, o cümlədən maşınqayırma və kimya sənayesinin inkişafı haqqında heç düşünən də yox idi. Primitiv sexlərdə istehsal edilən az miqdarda emal məhsulları istisna olmaqla, sənaye əsaslı emal müəssisələri demək olar ki, yox idi.

1969-1982-ci illərdəki fəaliyyəti dövründə Heydər Əliyevin təşəbbüsü, yüksək idarəçilik qabiliyyəti, tələbkarlığı, işgüzarlığı və əzmkarlığı sayəsində Azərbaycanda aqrar sənaye kompleksinin yaradılması kənd təsərrüfatının inkişafı istiqamətində atılmış ilk addım oldu. Baş mütəxəssis vurğulayıb ki, yaradılan aqrar sənaye kompleksi xammala böyük daxili tələbatın yaranmasına və beləliklə istehsalın artırılmasına və stimullaşmasına imkan yaratdı. Heydər Əliyev respublikanın əlverişli iqlim şəraiti və təbii resurslara görə mövcud olan potensial imkanların müvafiq proqramlar çərçivəsində reallaşması təklifini irəli sürdü və ittifaq hökumətinin bu məsələyə dair bir neçə qərar qəbul etməsinə nail oldu. Görülən bu kimi tədbirlər sayəsində qısa müddət ərzində respublikada kənd təsərrüfatının bütün sahələrində əsaslı dönüş yarandı, məhsul istehsalında dinamik artım müşahidə edildi. Bununla da Heydər Əliyev əməksevər Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi və bu sahəyə yönəldilən sərmayənin qısa müddətdə bəhrə verdiyini ittifaqa sübut etdi. Vaxtilə inkişaf səviyyəsinə görə ittifaq respublikaları arasında geridə qalan Azərbaycan 1974-1975-ci illərdə istehsalının artım sürətinə görə SSRİ-də ön sıraya çıxdı və bu inkişaf dönməz xarakter aldı.

Yaqub Quliyev bildirib ki, sonrakı mərhələdə bitkiçilik və heyvandarlıq sahələrinin intensivləşdirilməsi, pambıqçılığın və üzümçülüyün prioritet sahə elan olunması məhsul istehsalında sənaye texnologiyasının tətbiqi və digər məsələlərin həll olunmasını əhatə edirdi: “Respublikamızda çoxsaylı quşçuluq fabriklərinin, heyvandarlıq komplekslərinin, yem sexlərinin, müasir texnika ilə təchiz edilmiş bitkiçilik müəssisələrinin yaradılması məhz həyata keçirilən bu tədbirlər nəticəsində baş verdi. Heydər Əliyevin rəhbərliyi dövründə kənd təsərrüfatı xidmət sahələrinin yaradılmasını və bu sahələrin kənd təsərrüfatının dayanıqlı inkişafındakı rolunu qeyd etməmək düzgün olmazdı. Həmin dövrdə yaradılan xidmət sahələrinə Bakıda və respublikamızın bir çox bölgələrində kənd təsərrüfatı maşınları və avadanlıqları istehsal edən, habelə traktor və digər kənd təsərrüfatı texnikasının təmiri ilə məşğul olan zavodların tikilib istifadəyə verilməsini misal göstərmək olar. Bundan əlavə, Sumqayıtda mineral gübrələr və aqrokimyəvi maddələr istehsalının təşkili kənd təsərrüfatı müəssisələrinin bu maddələrə günü-gündən artan tələbatını daha dolğun və vaxtında ödəməyə imkan verirdi”.

Onun sözlərinə görə, kənd təsərrüfatı emal müəssisələrinin yaradılması da ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövrünə təsadüf edir. Kənd təsərrüfatı istehsalında davamlı artım məhsul emalının müasir tələblər səviyyəsində təşkilini zərurətə çevirdi. Heydər Əliyev ittifaq hökumətindən Azərbaycanda kənd təsərrüfatı məhsullarının emalı sənayesinin geniş vüsət almasını təmin edən qərarların qəbul olunmasını tələb etdi və buna nail oldu. Ulu Öndərin həmin qərarların icrasına bilavasitə rəhbərliyi və nəzarəti sayəsində bu sahədə inanılmaz nailiyyət əldə edildi. Bölgələrin istehsal potensialına uyğun olaraq respublikamızda yeni tərəvəz və meyvə emalı zavodları, çay fabrikləri, ət və süd kombinatları tikilib istifadəyə verildi, bütün iri üzümçülük təsərrüfatlarında emal zavodları fəaliyyətə başladı. Yaradılan yeni müəssisələr həmin ərazilərin simasını dəyişdi. Bununla da 1969-1982-ci illərdə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan geridə qalan bir diyardan formalaşmış aqrar sənaye kompleksi olan qabaqcıl respublikaya çevrildi.

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşı bildirib ki, 1993-cü ildə Azərbaycanda yaranmış çox ağır, ictimai və siyasi şəraitdə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev daha ağır iqtisadi durumla üzləşdı. Heydər Əliyevin rəhbərliyi və tapşırığı əsasında vəziyyət təhlil edildi, xarici ölkələrin təcrübəsi öyrənildi və milli maraqların qorunması əsas götürülərək təhlillər aparıldı. Aparılan təhlillərin nəticəsinə əsaslanaraq aqrar bölməni üzləşdiyi ağır böhrandan çıxarmaq üçün islahatların aparılmasına dair razılıq əldə edildi. Bununla əlaqədar hələ 1994-cü ilin sentyabr ayında keçirdiyi müşavirədə ulu öndər Heydər Əliyev demişdir: "Kənd təsərrüfatı sahəsində gələcək inkişafımız yalnız və yalnız iqtisadi islahatların həyata keçirilməsi ilə bağlıdır. Gecikmək olmaz. Bu, mənim üçün əsas prinsipdir. Mən bu prinsipdən geri çəkilməyəcəyəm. Kim müqavimət göstərmək, yaxud mühafizəkarlıq etmək istəyirsə, biz onlara yol verməyəcəyik". Belə bir vaxtda ulu öndər Heydər Əliyev iqtisadi islahatlara, ilk növbədə, aqrar bölmədən başlamağın zəruri olduğunu göstərərək onun hüquqi bazasının yaradılması haqqında göstərişlər verdi. Heydər Əliyevin bilavasitə rəhbərliyi və iştirakı ilə hazırlanan, geniş və hərtərəfli müzakirə edilən "Aqrar islahatın əsasları haqqında" və "Sovxoz və kolxozların islahatı haqqında" qanun layihələri 1995-ci ildə, "Torpaq islahatı haqqında" qanun layihəsi isə 1996-cı ildə qəbul edildi. Bununla da 1996-cı ildən başlayaraq ölkədə MDB məkanında analoqu olmayan aqrar islahatlar başlandı. Beləliklə, kənd təsərrüfatı məhsulları istehsalında 1991-ci ildən davam edən tənəzzülə 1996-cı ildən başlayaraq son qoyuldu və dinamik artım əldə edildi. Bu nailiyyətlər ümummilli lider Heydər Əliyevin uzaqgörən aqrar islahatlar siyasətinin uğurla həyata keçirilməsi və onun Prezident İlham Əliyev tərəfindən böyük əzmkarlıqla davam etdirilməsi sayəsində mümkün oldu.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir