Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN NEFT STRATEGİYASININ MÜVƏFFƏQİYYƏTLƏ HƏYATA KEÇİRİLMƏSİ AZƏRBAYCANA BÖYÜK UĞURLAR GƏTİRİR
BAKIDA “XƏZƏR NEFT, QAZ, NEFTAYIRMA VƏ NEFT KİMYASI-2006” XIII BEYNƏLXALQ SƏRGİ VƏ KONFRANSININ AÇILIŞ MƏRASİMİNDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Hörmətli xanımlar və cənablar!

Əziz dostlar!

Mən sizin hamınızı salamlayıram və Xəzər neft-qaz sərgi və konfransının açılışı münasibətilə sizi təbrik edirəm. Bu, çox gözəl ənənədir və artıq 13-cü dəfədir ki, Bakıda belə gözəl beynəlxalq tədbir keçirilir. Önəmli məsələ ondan ibarətdir ki, bu sərgiyə maraq azalmır, əksinə, artır. Baxmayaraq, artıq 13 ildir ki, belə gözəl tədbir keçirilir, amma sərgidə və konfransda iştirak etmək istəyənlərin sayı artmaqdadır. Bu, onu göstərir ki, Azərbaycan neft ölkəsi kimi öz cəlbediciliyini itirmir. Baxmayaraq ki, artıq ən böyük neft müqavilələri imzalanıbdır, yenə də Azərbaycanda imkanlar mövcuddur. Yeni imkanlar açılır, yeni layihələr icra olunur. Beləliklə, Azərbaycanın uzunmüddətli inkişaf strategiyası öz həllini tapır.

Sərgi və konfrans hər il keçirilir və hər il Azərbaycanda neft-qaz sahəsində görülən işlər burada müzakirə olunur. Əgər biz bunun qısa tarixinə nəzər salsaq görərik ki, az müddət ərzində Azərbaycanda bu sahədə çox böyük, dünya əhəmiyyətli işlər görülübdür. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə “Əsrin müqaviləsi” imzalandı və Azərbaycan xarici şirkətləri Xəzər dənizinə dəvət etdi. Ondan sonra, üç ildən sonra, - bu da dünya praktikasında rekord göstəricidir,- “Çıraq-1” platformasından ilk neft hasil edildi.

Daha sonra “Bakı-Novorossiysk” neft kəməri təmir olundu və fəaliyyətə başladı. Bakı-Supsa neft kəməri tikildi. “Mərkəzi Azəri”, “Qərbi Azəri” platformaları quraşdırıldı. “Dədə Qorqud”, “İstiqlal”, “Qurtuluş”, “Heydər Əliyev” müasir qazma qurğuları Azərbaycanda tikilib istifadəyə verildi. Sadaladıqlarımın hər biri özlüyündə nəhəng enerji layihəsidir. Azərbaycanda qısa müddət ərzində bütün bu layihələrin həyata keçirilməsi mümkün olmuşdur.

İki gün bundan əvvəl Azərbaycan nefti tarixdə ilk dəfə olaraq Aralıq dənizindən dünya bazarlarına göndərildi. Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəməri fəaliyyətə başladı. Bu, çox böyük tarixi hadisədir. Üç dənizi birləşdirən, Xəzər neftini dünya bazarlarına çıxara biləcək böyük, dünya miqyaslı layihə artıq başa çatdı. Bütün bunlar onu göstərir ki, Azərbaycanda səmərəli işbirliyi, əməkdaşlıq üçün bütün imkanlar var.

Bütün bu uğurlar, əlbəttə ki, birgə səylərin nəticəsində qazanılmışdır. İlk növbədə, 1990-cı illərin ortalarında Heydər Əliyev tərəfindən başlanmış Azərbaycanın yeni neft strategiyası çox düşünülmüş və proqramlı şəkildə həyata keçirildi. Azərbaycan Dövlət Neft Şirkətinin uğurlu fəaliyyəti, bizim xarici tərəfdaşlarımızın Azərbaycana olan marağı və birgə fəaliyyətimiz, maliyyə qurumlarının Azərbaycana inamı, bizim üçün önəmli olan bütün infrastrukturun mövcud olması, - bilirsiniz ki, əgər 1970-ci illərdə möhkəm neft-qaz infrastrukturu yaranmasaydı, indi bizim bütün layihələrimizi həyata keçirmək daha da çətin olardı və buna daha da çox vaxt lazım ola bilərdi, - bizim uğurlarımızın əsasını təşkil etdi.

Bakı-Tbilisi-Ceyhan neft kəməri tarixi layihədir və onun həyata keçirilməsində bütün tərəflər, bütün qurumlar vahid komanda kimi işləyib, fəaliyyət göstəriblər. Əlbəttə, bu gün mən xüsusilə Amerika Birləşmiş Ştatları hökumətinin fəaliyyətini qeyd etmək istəyirəm. Onların siyasi, mənəvi dəstəyi olmasaydı, əlbəttə, bu layihənin həyata keçirilməsi çox çətinləşərdi.

İndi Bakı-Tbilisi-Ceyhan neft kəməri fəaliyyətə başlayıbdır. Çox əlamətdar haldır ki, Azərbaycan nefti Ceyhan terminalına Respublika günündə çatdı. Bu da əlbəttə ki, rəmzi xarakter daşıyır. Çünki Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirəcəkdir. Azərbaycan nəinki özünün enerji məsələlərini, enerji təhlükəsizliyi məsələlərini həll edir, həm də dünya üçün çox önəmli ölkəyə çevrilir. Azərbaycanın nefti və daha sonra qazı dünya bazarlarına çatdırılaraq, əlbəttə, ilk növbədə, bizim iqtisadi vəziyyətimizi yaxşılaşdıracaq, eyni zamanda, tərəfdaşlarımız üçün də yeni imkanlar açacaqdır.

Bilirsiniz ki, bu gün üzərində işlədiyimiz layihə “Şahdəniz” qaz yatağının istismara verilməsidir. Bu sahədə də işlər uğurlu gedir. Bakı-Tbilisi-Ərzurum qaz kəməri tikilir və ümid edirəm ki, ilin sonuna qədər istismara veriləcəkdir. Eyni zamanda, dünyada bəlkə də analoqu olmayan TPG-500 platforması artıq fəaliyyətə başlayır. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycana böyük inam var. Əgər inam olmasaydı, heç vaxt xarici şirkətlər Azərbaycana 20 milyard dollardan çox sərmayə qoymazdılar. Əgər bu inam olmasaydı, Bakı-Tbilisi-Ceyhan kimi çox nəhəng, həm iqtisadi, həm də siyasi cəhətdən çox önəmli layihə yəqin ki, o qədər böyük maraq doğurmazdı. Məhz xarici şirkətlərin Azərbaycana, ölkəmizin gələcəyinə olan inamı, Azərbaycanda hökm sürən sabitlik, vətəndaş həmrəyliyi - bütün bu amillər ölkəmizin inkişafına xidmət edir.

Əgər dünya praktikasına nəzər salsaq görərik ki, investisiyalar ancaq sabitlik olan ölkəyə qoyulur. Ona görə Azərbaycanda həm daxildə, həm də ölkəmizin ətrafında sülhün, təhlükəsizliyin möhkəmlənməsi böyük əhəmiyyət daşıyır. Biz bunu bacardıq. Biz 1990-cı illərin əvvəllərində Azərbaycanda xaos, anarxiya hökm sürdüyü bir vaxtda, iqtisadi tənəzzül müşahidə olunduğu bir vaxtda dünyanın aparıcı neft şirkətlərini cəlb edə bildik. Müqavilələr imzalandı, böyük layihələr icra olunmağa başladı. Bütün bu işlərin təşəbbüskarı ulu öndər Heydər Əliyev olmuşdur. Məhz onun siyasi nüfuzu, müdrikliyi, biliyi, cəsarəti bütün bunları reallığa çevirdi. Biz indi bu siyasəti davam etdiririk. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi tarixi hadisədir. Mən bu kəmərin tikintisində iştirak etmiş bütün insanları ürəkdən təbrik edirəm.

Bir daha qeyd etmək istəyirəm ki, bizim uğurlarımızın əsasında məhz birgə fəaliyyətimiz dayanır. Hər bir tərəf öz üzərinə düşən vəzifələri çox yüksək səviyyədə icra etdi və beləliklə, bu layihə artıq reallıqdır. Mən bu fürsətdən istifadə edib, qonşu dövlətlərin müvafiq qurumlarını da qeyd etmək istəyirəm. Çünki bu kəmər Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirir. Bu, gözəl regional əməkdaşlıq nümunəsidir və üç ölkənin səyləri nəticəsində biz buna nail olduq.

Bundan sonra Azərbaycanın uzunmüddətli inkişafı çox müsbət olacaqdır. Biz demək olar ki, öz iqtisadi potensialımızı gücləndirmişik. Bu gün Azərbaycan çox önəmli neft-qaz ixrac edən ölkəyə çevrilir. Nəzərə alsaq ki, indi Avropada və dünyada enerji təhlükəsizliyi məsələləri ön plana çıxıb, şübhəsiz ki, Azərbaycanın önəmi artacaqdır. Bizim enerji resurslarımız, artıq mövcud olan nəqliyyat imkanlarımız, neft-qaz kəmərlərimiz, Azərbaycanın coğrafi vəziyyəti, Avropa ilə Asiya arasında olan əlaqələrin mövcudluğu və möhkəmlənməsi Azərbaycanı regionda çox önəmli və bəzi hallarda, həlledici ölkəyə çeviribdir.

Amma bildiyiniz kimi, bütün bunlar öz-özünə baş vermir. Bütün bunlara nail olmaq üçün çox düşünülmüş, uzunmüddətli proqram həyata keçirilməli idi. Həm strategiya düzgün seçilmişdir, həm də bizim bütün addımlarımız çox uğurlu idi. Heç bir mərhələdə heç bir səhvə yol verilmədi və bu gün biz onun şahidiyik ki, Azərbaycan dünya miqyasında öz yerini möhkəmləndirir. Bu isə ölkəmizin və xalqımızın sülh, rifah şəraitində yaşamasını təmin edəcəkdir.

Bildiyiniz kimi, Azərbaycanda fəaliyyət göstərən Dövlət Neft Fondunun imkanları artır, ildən-ilə vəsaitimiz, büdcəmiz artır. Son üç il ərzində büdcəmiz, bəlkə də, üç dəfə artmışdır və gələcəkdə də artacaqdır. Neft Fondunun fəaliyyətindən Azərbaycan xalqı çox böyük fayda görəcəkdir. Artıq biz bunu görürük. Müxtəlif beynəlxalq maliyyə qurumları tərəfindən müəyyən hesablamalar var. Bu hesablamalara görə, əgər neftin 1 barrelinin qiyməti 50 dollar olarsa, onda qarşıdakı 20 ildə Azərbaycan neft-qaz layihələrindən 140 milyard dollar əldə edəcəkdir. Təsəvvür etmək çətin deyil ki, bu, bizim ölkə üçün nə deməkdir. Həyatımızın bütün sahələri bundan xeyir götürəcək, infrastruktur yeniləşəcək, insanlarımız daha da yaxşı yaşayacaqlar və Azərbaycan çox güclü ölkəyə çevriləcəkdir. Bizim arzumuz budur.

Biz hesab edirik ki, gələcək planlar haqqında indidən düşünməliyik. Mən hesab etmirəm ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsi ilə bizim işlərimiz bitmiş hesab olunur. Xeyr. Sadəcə olaraq, işlərimizin yeni mərhələsi başlayır. Əgər 1994-cü ildən bu günə qədərki bütün tarixə nəzər salsaq görərik ki, bir mərhələ başa çatır, yeni mərhələyə qədəm qoyuruq. Bu gün də belədir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsi ilə bizim işimiz bitmir. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi bu yaxınlarda başa çatacaqdır. Yəqin ki, bizim “Şahdəniz” yatağı ilə bağlı planlarımıza müəyyən dəyişiklik də edilə bilər. Çünki indi qaza tələbat kəskin şəkildə artır və əgər ehtiyac olarsa Azərbaycan, bu tələbatı ödəməyə hazır olmalıdır.

Beləliklə, neft–qaz ölkəsi kimi Azərbaycan uzun illər ərzində bu bölgədə çox mühüm rol oynayacaqdır. Biz bunu artıq hiss edirik. Beynəlxalq tədbirlərdə, müxtəlif görüşlərdə Azərbaycana olan maraq çox sürətlə artır. Bizim siyasətimiz çox açıqdır, xarici tərəfdaşlarla çox açıq siyasət aparırıq. Açıq qapı siyasəti aparırıq. Azərbaycanda həm iqtisadi, həm də siyasi islahatlar sürətlə gedir. Biz istəyirik ki, ölkəmizi müasirləşdirək, zənginləşdirək. Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən çox müasir, qüdrətli dövlətə çevrilsin. Artıq bunu etmək üçün bütün imkanlar var. Bizim gözəl şəraitimiz var. Azərbaycanda hökm sürən ab-hava çox müsbətdir, zəngin enerji ehtiyatlarımız var. Neft, qaz kəmərlərimiz, bölgədə yerləşən ölkələrlə səmərəli əməkdaşlığımız var.

Azərbaycanın iştirak etdiyi layihələrin, demək olar ki, hamısı uğurla icra edilir. Bölgədə elə layihə yoxdur ki, Azərbaycan orada iştirak etməsin, yaxud da onda Azərbaycanın iştirakı lazım olmasın. Biz bir sıra beynəlxalq layihələrin iştirakçısı və onların təşəbbüskarıyıq. Bütün bu işlərdə bu sərginin də böyük köməyi olubdur. Çünki hələ 1993-cü, 1994-cü illərdə Azərbaycanı çox tanımırdılar. Azərbaycan hələ riskli bir ölkə kimi tanınırdı. Çünki siyasi risklər mövcud idi. İqtisadi cəhətdən vəziyyət çox ağır idi və bütövlükdə, ölkənin gələcəyi o qədər də aydın deyildi. Ona görə, Xəzər neft-qaz sərgi və konfransının Azərbaycanda keçirilməsi bizim bütün işlərimizə çox böyük dəstək oldu.

Mən bu gün bu kürsüdən artıq dünyasını dəyişmiş Syuzan xanımı xatırlatmaq istəyirəm. Onun təşəbbüsü ilə bu sərgi ilk dəfə keçirildi və onun Azərbaycana olan münasibəti, məhəbbəti, işlərimizə olan dəstəyi, əlbəttə, bizə çox böyük kömək oldu. Onun vəfatı xəbəri bizi çox kədərləndirdi. Allah ona rəhmət eləsin!

Bu sərgi bir daha onu göstərir ki, yenə də deyirəm, baxmayaraq Azərbaycanda neft-qaz layihələrinin böyük hissəsi artıq həyata keçirilib, ancaq ölkəmizə maraq azalmır, artır və Azərbaycanın yeni imkanları, tranzit ölkə kimi imkanları, qaz hasil və ixrac edən ölkə kimi imkanları, əlbəttə, böyük maraq doğurur. Ona görə, mən hesab edirəm ki, sərgi və konfransın işi səmərəli olacaq və burada çox gözəl yeni əlaqələr yaranacaq, Azərbaycanın neft-qaz strategiyasının yeni imkanları, yeni mərhələləri müzakirə olunacaqdır.

Əziz dostlar, bu gözəl hadisə münasibətilə sizi bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram. Sağ olun.

/Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı/.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib

Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında

Türkiyə-Azərbaycan Universiteti növbəti tədris ilində tələbə qəbuluna başlayacaq

Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır

® “GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcək

Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Lənkəranda vətəndaşların müraciətlərini dinləyib

San-Tome və Prinsipi ada dövləti Portuqaliyanın müstəmləkəçilik təzminatının ödənilməsi haqqında plan hazırlayır

Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar

UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar tələbə konfransı keçirilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 447 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası ərazisində dövlət  mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyi: 49 müəssisədə nöqsanlar aşkarlanıb

“Gələcək üçün bacarıqlar” layihəsinin növbəti inkubasiya proqramı təqdim olunub

“Vagaclub”un üzvü: Laçında gələcəkdə dağ alpinizminin inkişafı üçün əlverişli şərait var

Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyi bir sıra tədbirlərlə qeyd ediləcək

Rusiya və Tacikistan prezidentləri terrorizmə qarşı mübarizə məsələlərini müzakirə ediblər

Biləcəri qəsəbəsində qablaşdırılmış içməli su emalı müəssisəsində istehsal dayandırılıb

Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var

Alister Çarlz: İnanıram ki, Bakı Forumunda aparılan müzakirələr dünyada sülhün təmin olunmasına töhfə verəcək

Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub

Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib

Botanik alimlər Azərbaycanda yayılmış “Artemisia” cinsi növlərini tədqiq ediblər

AIPA-nın Baş katibinə Azərbaycanda qadın hüquqlarının tarixi barədə məlumat verilib

Azərbaycanın U-19 yığması İrlandiya, İslandiya və Moldova ilə eyni qrupa düşüb

Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb

Elm və Təhsil Nazirliyi “Times Higher Education” ilə əməkdaşlığa başlayır

Kanada millisində çalışan azərbaycanlı məşqçi: Gimnastlarımı öz Vətənimdə keçirilən yarışa hazırlamaq qürurvericidir

Hərbi bilik yarışının qalibləri mükafatlandırılıblar

Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir

AzMİU-nun əməkdaşları bölgələrdə yuxarı sinif şagirdləri ilə görüşüblər

Dini konfessiyaların nümayəndələri Suqovuşan və Talışdakı Alban məbədlərini ziyarət ediblər

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikasının Qanunu

Tələbə yoldaşlarımla birlikdə öyrənmək və biliklərimi onlarla bölüşmək qürurvericidir – peşə təhsili alan sahibkar

Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İstanbuldakı lisenziya turnirinə qatılacaq Azərbaycan güləşçiləri dəqiqləşib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilib YENİLƏNİB

® İrşad müştərilərinə 5 milyon manatdan çox bonus qazandırdı

Alimlər piylənmənin yeni səbəbini tapıblar - Tədqiqat

Yunus Əmrə İnstitutunda "Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan-Avstraliya Dostluq Qrupunun həmsədri ilə görüş keçirilib

Forum iştirakçısı: COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji imkanlarını nümayiş etdirməsi üçün əla fürsətdir

SOCAR: Şirkətin fəaliyyətində və strukturunda müəyyən dəyişikliklər nəzərdə tutulub

Moskvada Azərbaycan və Rusiya Baş nazirləri müavinlərinin görüşü keçirilib

Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər

“Bilişim Vadisi”nin direktoru: Azərbaycanın texnologiya ölkəsinə çevrilməsində dəstəyi davam etdirəcəyik

Konstitusiya Məhkəməsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib

Baş prokuror Tərtər rayonunda 71 vətəndaşın müraciətini dinləyib

AQTİ-nin mütəxəssisləri Şabran rayonunda təlim, məsləhət və qiymətləndirmə xidmətləri həyata keçirib

® “PAŞA Holding”in dəstəyilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək

Norveçli səyyah: Azad olunmuş əraziləri ziyarət etmək bizim üçün çox maraqlı oldu VİDEO

Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb

İcraçı direktor: Azərbaycan dilində süni intellektin yaradılması üzrə işlər davam etdirilir

Macarıstan hökuməti Budapeştin UEFA Çempionlar Liqasının finalına ev sahibliyi etməsini dəstəkləyir

Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb

“Bakı KOB evi”ndə sahibkarlara göstərilən xidmətlərin 72 mindən çoxu 10 dövlət qurumunun payına düşür

Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib

AXA-nın sədri Beyləqanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Azərbaycan-Türkiyə əməkdaşlığının dini sahədə inkişaf perspektivləri müzakirə edilib

Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

® Azərbaycan banklarının nümayəndələri Türkiyənin “Ziraat Bankası”nda qonaq olublar

ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub

Suriyada İŞİD-in hücumu nəticəsində 17 hərbçi həlak olub

MDB İnformasiya Şurasının növbəti iclası Moskvada keçiriləcək

Həm delimitasiya, həm də sülh prosesinin vasitəçilərsiz də praktiki nəticələr verdiyi reallıqdır - ŞƏRH

Bakı-Tbilisi-Qars dəmir yolu xəttində modernləşdirmə işləri başa çatıb MÜSAHİBƏ

ADAU-da sahibsiz heyvanlarla bağlı növbəti aksiya

Avropa çempionatı: Azərbaycanın U-17 yığmasının seçmə mərhələdəki rəqibləri bəlli olub

Agentlik aprel üzrə diplomların tanınması statistikasını açıqlayıb

Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb

Norveçli səyyahlar Laçında həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olublar VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşların müraciətlərini dinləyib

BP-nin dəstəyilə Sumqayıt Dövlət Universitetində kimya mühəndisliyi üzrə yeni magistr proqramı yaradılıb

AZƏRTAC-ın İdarə Heyətinin sədri: Həmkarlarımızı COP29 barədə informasiyaların yayılması üzrə birgə fəaliyyətə dəvət edirik

Rusiya din xadimi: Azərbaycan gündən-günə dinlərarası dialoq mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycanın hərbi qulluqçuları “Anatolian Phoenix-2024” beynəlxalq təlimində iştirak edəcəklər

Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub

Azərbaycan gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutunun rektoru BDU-da

Coğrafiya dərsliyinin məzmunu, quruluşu və tədrisi metodikasının xüsusiyyətləri – vebinar

Bakıda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Milanda içki satışına bəzi qadağalar qoyulub

ANAMA nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi minalarla yüksək səviyyədə çirkləndirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş olub

Bakı güləş üzrə Avropa çempionatına ev sahibliyi edəcək

Azərbaycan və Səudiyyə Ərəbistanı enerji tərəfdaşlığını gücləndirən sənədlər imzalayıb

Paytaxtın abad məhəllələrində minifutbol yarışları başa çatıb

Vyetnamda qidadan 487 nəfər zəhərlənib

Biologiya və coğrafiya üzrə respublika fənn olimpiadalarının yekun nəticələri elan edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib VİDEO

Milli Məclisdə Bosniya və herseqovinalı deputatla görüş təşkil edilib

Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nu 9 medalla başa vurublar

Mediasiya Şurası BDU tələbələri ilə görüş keçirib

Günel Səfərova: Məktəblərdə bullinq haqqında maarifləndirmə işləri aparılır

Türk dövlətlərinin iqtisadi təşəbbüsü ŞƏRH

Ağdamda peşə hazırlığı kurslarına mediatur təşkil edilib

Ötən ay Şirvan-Salyan Regional Təhsil İdarəsinə 545 müraciət daxil olub

MDB İnformasiya Şurası faşizm üzərində Qələbənin 80 illiyinə xüsusi nəşr hazırlayacaq

BDU-da tədbir: Yaşıl enerji çağırışları kontekstində gələcəyə baxış