Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 85 İLLİK YUBİLEYİNƏ HƏSR EDİLMİŞ “BİR ÖMRÜN SALNAMƏSİ” BƏDİİ SƏRGİSİNİN AÇILIŞI OLMUŞDUR
PREZİDENT İLHAM ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 85 İLLİK YUBİLEYİNƏ HƏSR EDİLMİŞ “BİR ÖMRÜN SALNAMƏSİ” BƏDİİ SƏRGİSİNİN AÇILIŞI OLMUŞDUR PREZİDENT İLHAM ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR

AZƏRTAC xəbər verir ki, mayın 7-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində ümummilli liderin 85 illik yubileyinə həsr edilmiş “Bir ömrün salnaməsi” bədii sərgisinin açılışı olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə mərasimdə iştirak etmişdir.

Dövlətimizin başçısı sərginin açılışını bildirən lenti kəsdi.

Kompleksin ikinci mərtəbəsində xalqımızın dahi oğlunun fəaliyyəti ilə bağlı fotostendlər vardır. Burada ümummilli liderin sovet hakimiyyəti illərində və müstəqil Azərbaycana rəhbərliyi dövründə onun müxtəlif tədbirlərdə iştirakına, respublikanın bölgələrinə, xarici ölkələrə səfərlərinə, beynəlxalq sammit və konfranslarda çıxışlarına, mədəniyyət, incəsənət və elm xadimləri, idmançılar, ictimaiyyət nümayəndələri, hərbçilər, Azərbaycana gələn nümayəndə heyətləri ilə görüşlərinə, sənaye və kənd təsərrüfatı müəssisələrinin, olimpiya-idman komplekslərinin və digər obyektlərin açılışında iştirakına dair fotoşəkillər toplanmışdır.

Prezident İlham Əliyev ulu öndərin müxtəlif vaxtlarda çəkilmiş şəkillərinə baxdı.

Kompleksin birinci mərtəbəsində müxtəlif bölmələr üzrə guşələr təşkil olunmuşdur.

Prezident İlham Əliyev həmin guşələrlə tanış oldu.

“Azərbaycanda hüquqi demokratik dövlət quruculuğu” bölməsində ulu öndərin ölkəmizdə qanunun aliliyi, insan hüquqlarının təminatı, dövlət quruculuğu istiqmətindəki fəaliyyəti ilə bağlı eksponatlar, o cümlədən Heydər Əliyevin müəllifi olduğu Konstitusiyanın hazırlanması ilə əlaqədar yaradılmış komissiyanın iclasındakı nitqlərindən parçalar, Azərbaycanda ölüm cəzasının ləğvi ilə bağlı Fərmanı, imzaladığı qanunlar, sərəncamlar, habelə müxtəlif kitablar, jurnallar və digər materiallar nümayiş olunur.

“İqtisadi inkişaf, bank-kredit sistemi” bölməsində ümummilli liderin respublikamızın iqtisadiyyatının inkişafı, özəl sektorun güclənməsi sahəsində gördüyü işlərə, aparılan islahatlara, sənaye obyektləri ilə tanışlığına dair fotoşəkillər, müxtəlif cədvəllər, Heydər Əliyevin iqtisadi sahədəki fəaliyyətinə həsr olunmuş kitablar, jurnallar toplanmışdır.

“Əhalinin sosial müdafiəsi və səhiyyə”, “Elm və təhsil” bölmələrində ulu öndərin insanların sosial təminatının gücləndirilməsi, əlillərə qayğı, səhiyyə, elm və təhsilin inkişafı ilə bağlı qəbul etdiyi qərarları, elm adamları ilə, xarici ölkələrdə təhsil alan gənclərlə görüşlərini əks etdirən eksponatlar diqqəti cəlb edir.

Sərginin “Ordu quruculuğu” bölməsində böyük dövlət xadimi Heydər Əliyevin hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi vaxtlarda hərbçi kadrların hazırlanması sahəsində gördüyü tədbirlərinə, C.Naxçıvanski adına hərbi liseyin, ali hərbi məktəblərin müdavimləri, əsgər və zabitlərlə, o cümlədən ön xətdə düşmənlə üz-üzə dayanmış döyüşçülərlə görüşlərinə dair şəkillər vardır. Burada dahi liderin Azərbaycanda ordu quruculuğu ilə bağlı gördüyü işlərə həsr olunmuş kitablar da xüsusi maraq doğurur. Prezident İlham Əliyevə kitab hədiyyə olundu.

Ulu öndərin xarici səfərlərini, iştirak etdiyi beynəlxalq tədbirləri, eləcə də Azərbaycanda təşkil olunmuş beynəlxalq konfransları, Heydər Əliyevin xaricdə yaşayan soydaşlarımıza diqqət və qayğısını əks etdirən şəkillər “Beynəlxalq münasibətlər və diaspor” bölməsində toplanmışdır.

“Milli təhlükəsizlik sistemi” bölməsində ulu öndərin Azərbaycanda təhlükəsizlik orqanlarına rəhbərlik etdiyi vaxtlarda iş otağındakı stol və stul, habelə hərbi forması, vəsiqələri, xidmət dövründə təltif edildiyi Fəxri fərman və ordenləri, müstəqillik illərində bu sahənin inkişafı ilə bağlı gördüyü işlərə, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları ilə keçirdiyi görüşlərə dair şəkillər, kitablar nümayiş olunur.

“İdman, gənclər və gender siyasəti” bölməsində xalqımızın dahi oğlunun Azərbaycanda bu istiqamətlərdə gördüyü işləri əks etdirən materiallar, habelə imzaladığı qanunlar, fərmanlar, sərəncamlar, idmançılarla, gənclərlə keçirdiyi görüşlərə dair şəkillər, kitablar maraq doğurur.

“İnformasiya cəmiyyəti, nəqliyyat və rabitə” bölməsində görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə nəqliyyatın müxtəlif sahələrinin, rabitənin inkişafına informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində gördüyü işlərə dair şəkillər, imzaladığı fərman və sərəncamlar, qanunlar, habelə müxtəlif kitablar, plakatlar, teleqüllənin maketi, Böyük İpək yolu haqqında film nümayiş etdirilir.

Azərbaycanda ilk mobil rabitə operatorunun fəaliyyətə başlaması və ölkəmizdə ilk beynəlxalq stansiyanın açılışı münasibətilə keçirilmiş tədbirlərdə ümummilli lider Heydər Əliyevin istifadə etdiyi telefon aparatları, ulu öndərin və akademik Zərifə xanım Əliyevanın 85 illik yubileyləri münasibətilə buraxılmış poçt markaları xüsusilə diqqəti cəlb edir.

“Torpaq islahatı və xəritəçəkmə” bölməsində ulu öndərin adı ilə bağlı olan torpaq islahatlarına dair materiallar, islahatın gedişini əks etdirən diaqram, şəkillər, qanunvericilik toplusu, torpaq və tarix atlasları, 20 adda xəritələr, habelə Azərbaycanda uğurla həyata keçirilmiş torpaq islahatlarına həsr edilmiş kitablar toplanmışdır.

“Ekologiya və təbii sərvətlər” bölməsində Azərbaycanda təcrübi üsulla ilk dəfə əldə edilmiş qızıl, ümummilli liderin sərəncamları ilə ölkəmizdə yaradılmış milli parklar və qoruqlar, xüsusi mühafizə olunan ərazilər haqqında kitablar, Heydər Əliyevin müxtəlif vaxtlarda iməciliklərdə ağac əkməsini əks etdirən şəkillər nümayiş etdirilir. Burada Prezident İlham Əliyevə “Azərbaycanda xüsusi mühafizə olunan ərazilər” (“Protected areas in Azerbaijan”) kitabı hədiyyə edildi.

“Kənd təsərrüfatı” bölməsində ümummilli liderin ölkəmizdə aqrar sahənin, emal sənayesinin inkişafı istiqamətində gördüyü işləri əks etdirən müxtəlif materiallar, habelə kitablar, plakatlar vardır. Bu bölmədə Heydər Əliyevin Azərbaycanda kənd təsərrüfatı sahəsində həyata keçirdiyi islahatları əks etdirən eskponatlar böyük maraq doğurur.

“Mədəniyyət və incəsənət” bölməsində ulu öndərin baxdığı teatr tamaşalarının afişaları, mədəniyyət və incəsənət xadimləri ilə görüşlərini, mədəniyyət obyektlərinin tikintisini və açılışını əks etdirən şəkillər, qədim xalça nümunələri, xalq çalğı alətləri, “Mədəniyyət” qəzetinin ümummilli liderin 85 illik yubileyinə həsr olunmuş xüsusi nömrəsi və Azərbaycan şairlərinin Heydər Əliyevə həsr etdikləri şeirlərdən ibarət “Günəşə qovuşmaq istəyirəm mən” kitabı nümayiş etdirilir.

Kitabın bir nüsxəsi Prezident İlham Əliyevə hədiyyə olundu.

Sərginin ən maraqlı guşələrindən olan “Neft strategiyası və enerji təhlükəsizliyi” bölməsində ulu öndərin müəllifi olduğu neft strategiyası ilə bağlı materiallar, o cümlədən “Əsrin müqaviləsi”nə, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinə, “Şahdəniz” layihəsinə, ümumiyyətlə Azərbaycanda neft sənayesinin inkişafı sahəsində gördüyü işlərə dair eksponatlar toplanmışdır. Bunlar sovet dövrü və müstəqillik dövrü bölmələrində nümayiş etdirilir. Prezident İlham Əliyev burada Azərbaycanın neft strategiyasına həsr olunmuş filmdən bir parçaya baxdı.

Sərgidə “Azəriqaz” QSC, “Azərenerji” ASC və “Azərikimya” Dövlət Şirkətinin fəaliyyəti ilə bağlı guşələr də vardır.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan nefti cüzi bahalaşıb

Neftçalada saxlanılan şəxsdən 12 kiloqram narkotik götürülüb

Lənkəranda yanğın zamanı yaşlı qadın həlak olub

Yevlaxda narkotik tərkibli bitki yetişdirən şəxs saxlanılıb

Culian Assanj Britaniyanı tərk edib 

Culfada bacısını öldürməkdə şübhəli bilinən şəxs tutulub

Misirdə 33 antik qəbir aşkar edilib

Amerika Kuboku: Kolumbiya qalib gəlib, Braziliya xal itirib

Avropa Komissiyası “Apple” şirkətini cərimələməyə hazırlaşır

Culian Assanj ABŞ hökuməti ilə razılaşıb

İndoneziya məlumat mərkəzinə kiberhücum olub

Pentaqon rəhbəri israilli həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək

Hanter Baydenin vəkilləri təkrar məhkəmə ilə bağlı vəsatət qaldırıblar

Qazaxıstan nümayəndə heyəti “ASAN xidmət”də olub

Metyu Miller: Azərbaycan və Ermənistan arasındakı əlaqələri dəstəkləməyə davam edirik

Avro-2024: İspaniya və İtaliya 1/8 finala yüksəlib

“Turkish Airlines” doqquzuncu dəfə Avropanın ən yaxşı aviaşirkəti elan olunub

Vyanada Tofiq Əhmədovun 100 illik yubileyinə həsr olunmuş konsert təşkil olunub

Türkoloqlar Bişkekdə Mahmud Kaşğari irsini müzakirə ediblər

Avropa çempionatı: Azərbaycan güləşçisi finala vəsiqə qazanıb

Qızıl medal qazanan Azərbaycan ağırlıqqaldıranı: Belə nəticə əldə edəcəyimizə inanırdıq

Yığmanın baş məşqçisi: Bu nəticə idmançılar üçün böyük motivasiyadır

Firdovsi Umudov: Avropa birinciliyində nəticə qazanan idmançılar gələcəyin Olimpiya mükafatçılarıdır

2024-cü ildə ABŞ-da polis 545 nəfəri qətlə yetirib

Avropa birinciliyində yüksək nəticələr əldə edən Azərbaycan ağırlıqqaldıranları Vətənə qayıdıblar

DSMF beynəlxalq təşkilatın Mükəmməllik Sertifikatına layiq görüldü

Bakıda “Rus klassikası” adlı qala-konsert keçirilib

Bayram günlərində Türkiyənin muzey və mədəni obyektlərini milyondan çox adam ziyarət edib

Sertifikatlaşdırma imtahanının nəticələri ilə bağlı apellyasiya müraciətlərinin qəbuluna başlanılıb

Xankəndi şəhərində elmi-praktik konfrans keçirilib

Qubada sel Qusarçayın sahilini yuyub, yol çöküb VİDEO

Türkər Əliyeva: Mediasiya tərəflərə mübahisələri daha qısa müddətdə həll etməyə imkan yaradır

QHT nümayəndələri Qubadlıda sərhədçilərlə görüşüblər VİDEO

Professor Mönsüm Alışovun 70 illik yubileyi qeyd olunub

Bakıda 150-dən çox şirkətin məhsul və xidmətlərini təqdim etdiyi “5-ci yerli şirkətlərin tanıtım sərgisi” keçirilir YENİLƏNİB VİDEO

Salyan şosesinin bir hissəsində təmir işlərinə başlanılıb

Azərbaycan basketbol millisi Avropa çempionatına hazırlığın ikinci mərhələsinə start verib

Azərbaycanlı şahmatçı İngiltərə çempionu olub

Xətai rayonunda Azərbaycan Silahlı Qüvvələri Günü ilə əlaqədar dəyirmi masa təşkil olunub

Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi yekunlaşıb

Samux rayonunda “Son zəng” tədbirləri barədə təlimatın pozulduğu məktəbin direktoru işdən azad edilib

“Aztelekom”un 3000-ə yaxın əməkdaşına əməyin mühafizəsi üzrə təlimlər keçilib

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin Forumu təqdimatlarla davam edib

Parisdə azərbaycanlı Fransa qəhrəmanı Əhmədiyyə Cəbrayılova həsr edilmiş filmin nümayişi olub VİDEO

AZAL növbəti dəfə Mərkəzi Asiya və MDB-nin ən yaxşı aviaşirkəti seçilib

Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi Azərbaycanın “yaşıl enerji” siyasətinin mahiyyətini açdı ŞƏRH

“Sabah” klubu yamaykalı futbolçunu transfer edib

Ədəbiyyat İnstitutunda yarım ilin yekunları və qarşıya qoyulan vəzifələr müzakirə olunub

Azərbaycanlı bəstəkarın şəhidə həsr etdiyi əsər Polşada birinci yerə layiq görülüb

Xətai rayonunda fəaliyyət göstərən bazarda plandankənar yoxlama aparılıb

Bənövşəyi xətdə qatarların hərəkət qrafiki dəyişdirilir

Azərbaycanda Rusiya Mədəniyyəti Günləri başlayır

Kənd Təsərrüfatı Nazirliyində dövlət qulluğuna yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib

Almaniyada polis zorakılığı faktlarının araşdırılması üzrə vəziyyət pisləşir

DİM: Ötən il hər 100 məzuna düşən plan yerlərinin sayı 57.1 olub

Polis serjantı Mirəli Heydərov Kürdəmirdə torpağa tapşırılıb FOTO VİDEO

Beynəlxalq Qurama Festivalına Şuşada yekun vurulub

Son beş ayda ƏƏSMN-in e-xidmətlərinə 1 milyon 400 mindən çox müraciət qeydə alınıb

Çad Respublikasının gənclər və idman naziri Milli Gimnastika Arenasında olub

AZƏRTAC-ın növbəti təcrübə proqramının iştirakçılarına sertifikatlar verilib

Gəncədə saxta alkoqollu içkilər istehsal edən müəssisə aşkarlanıb

Azərbaycan ilə Qırğızıstan arasında birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb

Beynəlxalq Muğam Mərkəzi Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutu ilə əməkdaşlıq edəcək

Avstriyada polis zorakılığının araşdırılması üçün müstəqil qurum yaradılması tələb olunur

Naxçıvanda müəllimlərin növbəti sertifikatlaşdırılma prosesi yekunlaşıb

“Sağlam həyat tərzi, sağlam düşüncə, uğurlu gələcək” mövzusunda tədbir keçirilib

Eşqi Bağırov: Növbəti tədris ilində Şuşa, Xankəndi və Xocalıda tədrisin bərpası planlaşdırılır

“Sənətkarın dostu” layihəsi davam edir

DİM: Ötən il 1494 abituriyent 600-dən yuxarı bal toplayıb

“Turan Tovuz” yeni futbolçu ilə anlaşıb

Dövlət qulluğuna yeni qəbul edilən əməkdaşlar and içiblər

Rəsədxana: Geomaqnit sahəsinin sakit olacağı proqnozlaşdırılır

“İTi Zəka-2” hakatonu üzrə seçimlər başa çatıb

NASA Yerin asteroidlə toqquşmasının qarşısını ala bilməyəcəyini etiraf edib

“Azərfon” abunəçilərinə “Narkotiklər haqqında həqiqəti öyrənək və birlikdə mübarizə aparaq!” SMS-bildirişi göndərilib

Azərbaycanı Rusiyadakı turnirdə iki bədii gimnast təmsil edəcək

Berlində Azərbaycan dili məktəbinin açılışı olub

Müəllimlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi avqust ayında təşkil olunacaq

Rektor: ECOLEAD platforması ətraf mühit problemlərinin həllinə töhfə verəcək

“Baku Open - 2024” turnirində iştirak edəcək şahmatçı sayı açıqlanıb

Braziliya-Azərbaycan parlamentlərarası əlaqələrinin inkişaf potensialı müzakirə olunub

Şahzadə Anna xəstəxanaya yerləşdirilib

FHN yanında İctimai şuranın üzvləri çimərlik mövsümü ilə əlaqədar monitorinqlər keçirib

Azərbaycan Ümumdünya Fermerlər Təşkilatının illik yığıncağında təmsil olunub

Lənkəranda itkin düşən 35 yaşlı kişinin meyiti tapılıb

Azərbaycanın 15 rayonunda Sosial Reabilitasiya Mərkəzləri fəaliyyət göstərir

Rus bölməsi üzrə birinci sinfə qəbulu müsabiqə yolu ilə aparılan məktəblərə qeydiyyat tamamlanıb

Astanada keçiriləcək V Dünya Köçəri Oyunlarında 89 ölkə iştirakını təsdiqləyib

“Media ayı” çərçivəsində təlimlər davam edir

Ərazi bütövlüyümüzün bərpası Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir - ŞƏRH

Prezident İlham Əliyev “Euronews”a müsahibəsində Avropanın enerji ehtiyaclarının həlli yollarını göstərdi - Politoloq

Avro-2024: Çexiya–Türkiyə oyununun hakimləri açıqlanıb

“Səbail” təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq

Hərbi Prokurorluqda Vətən Müharibəsi qəhrəmanları ilə görüş keçirilib

Rezidenturaya ikinci cəhd qəbul imtahanının nəticələri açıqlanıb: 436 nəfər müsabiqə şərtini ödəyib

Zəngilan Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumuna ev sahibliyi edir - YENİLƏNİB FOTO VİDEO

Nüfuzlu “Əl Əhram” nəşrində Azərbaycan səfiri ilə müsahibə dərc edilib

Milli Məclisdə bələdiyyələrin statusu və onların fəaliyyətinə inzibati nəzarət haqqında qanunlarda dəyişikliklər müzakirə olunub

Rektor: Məzunlarımız ibadət ocaqlarında imam kimi fəaliyyət göstərirlər

DİM: Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 2274 namizədlə 4254 müsahibənin keçirilməsi planlaşdırılır