SİYASƏT
Ümummilli Liderin təməlini qoyduğu inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir
Bakı, 10 may (AZƏRTAC, Elvira Məmmədova). Dünya şöhrətli siyasi xadim, xalqımızın böyük oğlu Heydər Əliyev ən çətin günlərində Azərbaycanı bəlalardan xilas edən, ölkəmizi inkişaf yoluna aparan, xalqımızı birləşdirən dahi şəxsiyyət olmuşdur. Ümummilli Liderin təməlini qoyduğu inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu sözləri mayın 10-da Ulu Öndərin məzarını ziyarət etməyə gələn Bakı şəhər sakini Qədir Kərimov AZƏRTAC-a müsahibəsində demişdir.
O qeyd etmişdir ki, xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ümummilli Lider ölkəmizdə sabitlik yaratmış, yeritdiyi siyasət, apardığı islahatlar nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoymuş, respublikamız güclənmişdir. Ölkəmizin iqtisadi inkişafı məhz dahi rəhbər Heydər Əliyevin həyata keçirdiyi siyasət sayəsində mümkün olmuşdur.
Mən fəxr edirəm ki, Azərbaycanın dünyada tanınmış müdrik siyasətçisi olmuşdur. İnanıram ki, min illər ötsə də Azərbaycan xalqı Ulu Öndərin xidmətlərini heç vaxt unutmayacaqdır.
Allah Ümummilli Liderimizə rəhmət eləsin, qəbri nurla dolsun!