ELM VƏ TƏHSİL
Ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün rus dili dərsliyi və metodiki vəsait müzakirə olunmuşdur
Bakı, 19 yanvar (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün rus dili dərsliyinin və müəllim üçün metodik vəsaitin elmi-metodiki monitorinqi ilə bağlı seminar keçirilmişdir.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, seminarda dərslik müəllifləri Bela Nuriyeva və Nigar Mustafazadə iştirak etmişlər. Müzakirələrdə dərsliyin məzmunu, dil və üslubu, bədii tərtibatı, dizaynı, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu barədə fikirlər bildirilmiş, təkliflər verilmişdir.
Növbəti seminarda müzakirələr davam etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]