ELM VƏ TƏHSİL
UNEC regionlarda tanıdılır
Bakı, 16 may, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təqdim etdiyi təhsil imkanları barədə regionlarda məlumat vermək, burada təhsil alan bacarıqlı və savadlı abituriyentləri universitetə cəlb etmək məqsədilə müəllim heyətinin Azərbaycanın bölgələrinə səfərlərinə başlanılıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, UNEC nümayəndə heyəti Quba, Salyan və Göyçay rayonlarının qabaqcıl məktəblərində olublar.
Görüşlərdə bu ali məktəb haqqında ətraflı məlumat verilib. Bildirilib ki, UNEC ölkədə dörd dildə təhsil verən və xarici ölkədə filialı olan yeganə universitetdir.
Dövlət İqtisad Universitetinin beynəlxalq ikili diplom və xüsusi təqaüd proqramları, beynəlxalq əlaqələri şagirdlərin xüsusi marağına səbəb olub. Onlar “SABAH” qrupları və mübadilə proqramları ilə maraqlanıblar.
Görüşlərdə UNEC-in tanıtım videoçarxı göstərilib, şagirdlərə məlumat kitabçaları paylanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [19:14]
Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib
- 03.05.2024 [19:11]
Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir
- 03.05.2024 [18:58]
Təhsil İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib
- 03.05.2024 [18:42]
AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub
- 03.05.2024 [18:35]