CƏMİYYƏT
UNESCO Dünya Vəhşi Həyat Fondu ilə birgə “Dünya Saatı 2013” ətraf mühit layihəsində iştirak edir
Bakı, 15 mart (AZƏRTAC). UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, UNESCO təşkilatı Dünya Vəhşi Həyat Fondu (World Wildlife Fund – WWF) ilə birgə “Dünya Saatı 2013” ətraf mühit layihəsində iştirak edir.
Layihəyə uyğun olaraq cari il martın 23-də saat 20:30-dan 21:30-dək dünya üzrə işıqların söndürülməsi nəzərdə tutulur.
Layihənin əsas məqsədi planetimizin gələcəyi naminə ətraf mühitin qorunmasının vacibliyini UNESCO-nun Dünya İrs Siyahısında yer alan abidələr vasitəsilə ictimaiyyətə çatdırmaqdır.
UNESCO layihənin iştirakçısı kimi bu obyektlərdə ayrılmış vaxt ərzində işıqların söndürülməsi ilə layihəyə öz töhfəsini verəcəkdir.
Azərbaycanın UNESCO-nun Dünya İrs Siyahısında yer alan abidələri – İçərişəhər, Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi və Qobustan da bu layihədə iştirak edərək, diqqəti ətraf mühitin qorunmasının vacibliyinə cəlb edəcəklər.
Dünya Saatı mətbuat və mediada da işıqlandırılacaq və görüntüləri UNESCO-nun rəsmi internet saytından da izləmək mümkün olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]