İQTİSADİYYAT
“Unibank-Biznes Mərkəzi” bir il ərzində minlərlə müştəriyə bank xidməti göstərib
Bakı, 21 fevral, AZƏRTAC
“Unibank”ın biznes sahiblərinə xidmət göstərən ən böyük biznes filialının “Unibank-Biznes Mərkəzi”nin bir yaşı tamam olub.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, özünəməxsus konsepsiya əsasında fəaliyyət göstərən “Unibank- Biznes Mərkəzi” bir il ərzində minlərlə müştəriyə bank xidməti göstərib.
Filial korporativ müştərilərə hüquqi dəstəklə yanaşı, məsləhət, layihələrin maliyyə ekspertizası xidmətləri də göstərir. Ötən bir il ərzində “Unibank-Biznes Mərkəzi”nin verdiyi ən kiçik kreditin həcmi 15 min AZN, ən böyük kreditin məbləği isə – 4,5 milyon USD olub.
“Unibank-Biznes Mərkəzi” kiçik və orta, həmçinin iri biznes sahibləri üçün bank xidmətləri təklif edir.
Real sektora diqqətini gündən-günə artıran “Unibank” ilk dəfə olaraq yalnız bizneslə məşğul olan müştərilər üçün ixtisaslaşdırılmış filiallar açıb. Yüksək keyfiyyətli bank xidmətlərindən faydalanmaq üçün sahibkarlar “Unibank-Biznes Mərkəzi” ilə yanaşı, bankın “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül” , “Yasamal”, “8 saylı” filiallarına müraciət edə bilərlər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank) əldə etmək olar.