Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Uşaqlar üçün yutub kanalının yaradıcısı: Mənim üçün cizgi filmləri rəngarəng və xeyirxah dünyadır MÜSAHİBƏ

Uşaqlar üçün yutub kanalının yaradıcısı: Mənim üçün cizgi filmləri rəngarəng və xeyirxah dünyadır  MÜSAHİBƏ

Bakı, 3 fevral, Leyla Muradzadə, AZƏRTAC

XXI əsr animasiyanın sürətli inkişaf dövrüdür. Cizgi filmləri artıq uşaqlar üçün sadəcə əyləncə deyil, hər yaşda olan insanların qəlbinə toxuna bilən yüksək bədii əsərlərə çevrilib. Animasiya filmlərinin ssenaristi, rejissoru Seyla Əliyeva filmləri, Azərbaycan animasiyası və gələcək layihələr barədə AZƏRTAC-ın müxbirinə danışıb.

Seyla Əliyeva 1986-cı il dekabrın 29-da Almaniyanın Maqdeburq şəhərində dünyaya gəlib. 2009-cu ildə Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsini bitirib. Əmək fəaliyyətinə 2007-ci ildən başlayıb, əsasən satış və marketinq sahəsində çalışıb.

O, 2020-ci ildə yutubda “KooklaTV” kanalını yaradıb. Bu kanal sayəsində minlərlə uşaq doğma Azərbaycan dilində danışmağı öyrənib. Kanalın animasiya filmləri 2022 və 2023-cü illərdə “ANIMAFILM” Beynəlxalq Animasiya Festivalının müsabiqə proqramına daxil edilib. Seyla xanım 2023-cü ildən Azərbaycan Animasiya Assosiasiyasının üzvüdür.

- Seyla xanım, animasiyaya necə gəldiyinizdən danışın. Sizi bu sahəyə nə cəlb edib?

Uşaqlıqdan bu günə qədər cizgi filmlərini seyr etməyi xoşlayıram. Onlar mənim üçün rəngarəng və xeyirxah dünyadır. Erkən uşaqlıqdan mən rəsm çəkmişəm, hekayələr yazmışam, lakin bununla peşəkar səviyyədə məşğul olmaq barədə heç düşünməmişəm.

Oğlum gec danışırdı. Hər şey də bundan başladı. Məlum olduğu kimi, buna ingilis dilində olan animasiya filmləri güclü təsir edir. Oğlum xarici ölkələrin istehsalı olan cizgi filmlərinin çoxjanrlılığını çox xoşlayırdı, təəssüflər olsun ki, onları doğma dilimizdə tapa bilmirdi. Pediatr bunu uşağın cizgi filmlərinə bir dildə baxdığı, evdə isə doğma dildə ünsiyyət qurduğu ilə izah edib.

Biz bu yola 2020-ci ildə, COVID-19 pandemiyası zamanı qədəm qoyduq. Həmin vaxt oğlumuzu loqopedin qəbuluna apara bilmirdik, ona görə də uşağa yerli cizgi filmləri vasitəsilə Azərbaycan dilini öyrətmək qərarına gəldik. Beləliklə, həyat yoldaşım ilə birlikdə animasiya filmləri yaratmağa başladıq. İlk öncə, biz bütün filmləri yaddaş kartına yükləyirdik, televizora qoşurduq, bununla da oğlumuzun diqqətini cəlb edirdik və onda maraq yarada bildik. Dərhal fikirləşdik; bəlkə yutubda bir kanal yaradaq?. Beləliklə, “Kookla TV” kanalımız yarandı.

Yutub kanalımızda yüz əllidən çox cizgi filmi təqdim olunub, abunəçilərin sayı 130 mini ötüb. “Kookla TV” videosu 50 milyondan çox baxış toplayıb. Qeyd etmək istəyirəm ki, biz buna hər hansı bir reklamdan istifadə etmədən nail olmuşuq. Kanalımız, həmçinin yutubun “Gümüş düymə” mükafatına (100 min abunəçi toplayan kanallara verilir - red.) layiq görülüb. Bundan başqa, kanalın sosial şəbəkələrdə səhifələri və “kookla.tv” saytı var.

- Bu yolda hansı çətinliklərlə üzləşmisiniz?

- Düzünü desəm, ən çətini münasib qiymətə yaxşı animator tapmaq idi. Bu sahədə yaxşı və əlçatan kadrlar çox azdır. Azərbaycanda 3D animasiyanın qiymətləri çox yüksəkdir, buna görə də imkanımız yalnız 2D animasiyaya çatır. Bu, bazarda həmin profildə kifayət qədər mütəxəssisin olmaması ilə bağlıdır.

Həmçinin qeyd etmək istəyirəm ki, yerli cizgi filmləri də çox azdır. Hesab edirəm ki, bu sahə sadəcə olaraq azgəlirli olduğu üçün inkişaf etmir. Lakin, onun vacibliyini dərk etməliyik. Axı uşaqlar bizim gələcəyimizdir. Xarici cizgi filmlərinə orijinal versiyada baxsalar, onlar üçün ana dilində danışmaq çətin olacaq və nəticədə, Azərbaycan dilinin tamamilə unudulmasına gətirib çıxara bilər.

Buna baxmayaraq, bu sahəni canlandırmağa çalışan Mədəniyyət Nazirliyinin səylərini xüsusi qeyd etmək istəyirəm. Mən buna yüksək qiymət verirəm. Əminəm ki, 5 ildən sonra Azərbaycanda animasiya yüksək səviyyəyə çatacaq.

- Kanalınız autizm sindromu olan uşaqlar üçün də nəzərdə tutulub…

- Bəli, sevgi ilə dolu olan bu uşaqlara loqopedlər yalnız bir dil öyrənməyi tövsiyə edirlər. Çünki autizm sindromu olan uşaqların təlimi üçün keyfiyyətli kanallarımız yox idi, valideynlər çətinlik çəkirdilər. Kanalı yaradarkən, valideynlərdən bu qədər müsbət rəy alacağımızı gözləmirdik. Demək olar ki, onlar şərhlər yazır, hər bir paylaşımın altında minnətdarlıq ifadə edirlər. Onların rəylərini oxuyarkən, bir daha əmin oluruq ki, düzgün yol seçmişik. Düşünürəm ki, hər birimiz qeyri-adi uşaqlara kömək etməliyik, onlara faydalı olmalıyıq.

- Filmlər üçün mövzu və süjetlər necə yaranır?

- Animasiya filmlərimiz milli nağıllar və uşaq mahnılarının motivləri əsasında yaradılır. Biz onları yeni formatda təqdim edirik. Kanalımız üçün animasiyaları Türkiyədə yaşayan həmvətənimiz yaradır. Animasiyaların əksəriyyəti təlim xarakteri daşıyır. Ssenarilərimdə, eləcə də hekayələrimdə heyvanlara sevgidən və təbiətə qayğıdan, gündəlik həyatda uşaqlar üçün təhlükəsizlik qaydalarından və s. bəhs olunur. Biz çox vaxt instaqram və yutub səhifələrimizdə sorğular aparırıq, uşaqları hansı mövzuların narahat etdiyini öyrənirik. Sorğu əsasında cizgi filmi yaradırıq. Bu, zərif və məsuliyyətli işdir, çünki biz uşaqlara erkən yaşından təlim keçirik və dürüst, yaxşı insan yetişdirməyə çalışırıq, axı onlar xalqımızın gələcəyidir.

Biz xaricdə olan həmvətənlərimizdən də məktublar alırıq. Onlar uşaqlarının ana dilində cizgi filmləri seyr etmək imkanına malik olduğuna görə bizə təşəkkür edirlər. Beləliklə, azyaşlılar milli dəyərlərimiz haqqında daha çox məlumat əldə edəcəklər.

- Yaradıcılıqda qarşınıza qoyduğunuz bütün məqsədlərə çata bildinizmi?

- Əlbəttə ki, xeyr. Biz hələ yolun tam başlanğıcındayıq. Hazırda dostluq haqqında cizgi serialının üzərində işləyirik. O, cari ilin mart ayında yayımlanacaq. Düşünürəm ki, bu il kanala daha çox insan maraq göstərəcək və fəaliyyətimiz genişlənəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Brüsseldə Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirilib

Tikintiyə yaramayan səhra qumu

Leyləklərin miqrasiyasının azalmasının səbəbi məlum olub

Belqorodun atəşə tutulması nəticəsində bina uçub, 12 nəfər ölüb

Fransa DİN: Olimpiya məşəlinə qarşı 12 aksiyanın qarşısı alınıb

Sergey Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar

Azərbaycan, Özbəkistan və Qvineya ritm ustaları “Xarıbülbül” festivalında geniş konsert proqramı ilə çıxış ediblər

Türkiyə Superliqası: “Fənərbağça” və “Qalatasaray” növbəti qələbələrini qazanıblar

Azərbaycan Premyer Liqası: “Sumqayıt” ikinci pilləyə qalxıb

İngiltərə Premyer Liqası: “Arsenal” yenidən zirvəyə yüksəlib

Meksikada rekord istilər səbəbindən bir həftə ərzində təxminən 30 nəfər ölüb

Sumqayıtda “Gəncləşən muğam” layihəsinin növbəti konserti təqdim edilib

Şalva Papuaşvili: ABŞ və bəzi Qərb dövlətləri Gürcüstanda şəffaflığın olmasını istəmirlər

Sinoptiklər xəbərdarlıq edirlər...

Yelkən Federasiyanın vitse-prezidenti: Növbəti hədəf “Los Anceles-2028” Yay Olimpiya Oyunlarıdır

Gürcüstan Prezidenti müxalifəti son dərəcə diqqətli olmağa çağırıb

Mingəçevirdə insanların istirahət etdiyi parkda avtoxuliqanlıq edən sürücü həbs olunub

Naxçıvan Dövlət Filarmoniyası Türkiyədə konsert proqramı ilə çıxış edib

“Xarıbülbül” festivalı çərçivəsində “Qarabağnamə” adlı sərgi açılıb

Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini mayın 14-də qəbul edəcək

Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir

Qərbi Azərbaycan İcması Fransa siyasi dairələrində geniş vüsət almış azərbaycanofobiyanı kəskin şəkildə qınayıb

İrakli Kobaxidze: Gürcüstanda polisə qarşı zorakılıq etmək istəyənlər var

“Bakı Yelkən Reqatası -2024”ün qaliblərinin mükafatlandırma mərasimi keçirilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Oftalmoloqların XIII Regional konfransı keçirilib

Milli Məclisin nümayəndə heyəti Özbəkistana işgüzar səfər edib

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Xarkov cəbhəsində son vəziyyəti açıqlayıb

Azərbaycan dili fənni üzrə imtahan keçirilib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Dövlət qulluğunda fəaliyyətini davam etdirmək istəyənlər üçün növbəti imtahan keçirilib

Naxçıvanda imtahanlarda 86 şagird və abituriyent, 34 dövlət qulluqçusu iştirak edib

Qara Qarayev adına VI Respublika elmi-ifaçılıq müsabiqəsinə start verilib

Nepallı alpinist Everesti 29-cu dəfə fəth edərək öz rekordunu yeniləyib

Sabah bəzi yerlərdə leysan yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Sülhə tələsməyən Ermənistan vaxt itirir ŞƏRH

Əksər rayonlarda arabir yağış yağıb, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub

İsveçrənin vitse-kansleri dağlarda gəzinti zamanı ölüb

İsrailin Aşkelon şəhəri Qəzza zolağından raket atəşinə tutulub, yaralılar var

ADA Universitetində Millətlər Birliyinin baş katibinin iştirakı ilə tədbir keçirilib

Azərbaycan ABŞ-da keçirilən xeyriyyə bazarında stendi ilə təmsil olunub

Tramp: Prezident seçkilərində qalib gələrəmsə, ABŞ tarixində ən böyük deportasiya başlayacaq

Litvada prezident seçkilərinə səsvermə başlayıb

Mayın 12-si Beynəlxalq Tibb Bacısı Günüdür

Əfqanıstanda daşqınlar 311 nəfərin həyatına son qoyub

NATO: Rusiya ilə böyük münaqişədə maraqlı deyilik

Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir

DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirir

Alkoqoldan həddən artıq istifadə Altsheymer xəstəliyinin inkişaf riskini artırır

İsveçrə “Avroviziya-2024” Mahnı Müsabiqəsinin qalibi olub

Alimlər zəlilərdən təsirlənərək yeni bir cihaz hazırlayıblar

“Musiqi kimliyimiz” layihəsi növbəti dəfə Aşıq Şəmşirə həsr olunacaq

Bədəndə iki fərqli bioloji saatın sinxronlaşdırılması qocalmanın qarşısını ala bilər

Mariya Stadnik: Hisslərim izaholunmazdır

İsrail ordusu Qəzzanın şimalında HƏMAS-a qarşı əməliyyata başlayıb

Goranboyda yol-nəqliyyat qəzası baş verib, ölən var VİDEO

Yuğ Teatrında “21:15 qatarı” adlı tamaşanın premyerası olub

Mariya Stadnik “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycanın akrobatika gimnastları beynəlxalq turnirdə qızıl medal əldə ediblər

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib, Fəxri xiyabanı ziyarət edib

Azərbaycan Basketbol Liqası: Finalçılar bəlli olub

“Yüksəliş” iştirakçılarının nəzərinə: “Qabiliyyət imtahanı”nın vaxtı dəyişdirildi

Türkiyənin məşhur “Anadolu Atəşi”nin Cıdır düzündə atəşin rəqsi

Muxtar Babayev: Azərbaycan COP29-dan ən yaxşı nəticələri əldə edəcəyinə inanır

Premyer Liqa: Son çempion “Zirə”ni məğlub edib

“101 İl - Könüldən Vətənə” adlı tədbir keçirilib

® Britaniyalı siyasətçi Patrisia Skotland Azərbaycanı ziyarət edib

Lənkəranda növbəti yeraltı təkanlar qeydə alınıb YENİLƏNİB

Neftçalada 200-dən çox sərv ağacı əkilib

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Zığ şosesində təmir işləri ilə əlaqədar sürət həddi endirilib

“Xarıbülbül”ün sorağı dünyaya yayılır

Lənkəranda zəlzələ nəticəsində dağıntı və ya xəsarət qeydə alınmayıb

Azərbaycan parataekvondoçusu Avropa çempionu olub

Dünyanı bizə, bizi dünyaya tanıdan “Xarıbülbül”

İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi

Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb -YENİLƏNİB -2 VİDEO

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana gətirilib

Altun: Türkiyə-Yunanıstan olaraq münasibətlərimizi başqaları ilə deyil, bir-birimizlə müzakirə etməliyik

Qəbələdə Nohur gölündə suyun səviyyəsinin endirilməsi ilə əlaqədar tədbirlər görülür

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Xalqımız Ulu Öndər Heydər Əliyevi qəlbində əbədi yaşadır

İngiltərə Premyer Liqası: “Mançester Siti” darmadağınla liderliyə yüksəlib

İtaliyada Ulu Öndərin anadan olmasının ildönümü qeyd edilib VİDEO

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbulu davam edir

Azərbaycan güləşçisi: “Paris-2024” Yay Olimpiya Oyunlarında iki əsas rəqibim var

"Paris-2024"ə lisenziya qazanan güləşçi: Çıxışım parlaq olmasa da, yaddaqalan idi

Azərbaycan ağırlıqqaldıranı: Film sayəsində uşaqlıqda yaşadığım hər anı yenidən xatırladım

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”nin ikinci günündə medal qazana bilməyiblər

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi kiçik dövlətlərin səslərinin eşidilməsi üçün imkanlar yaradıb

Əlahiddə Ümumqoşun Orduda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Türkiyə yeni nəsil konteyner vaqonlarının istehsalına başlayıb

“Paris-2024”ə lisenziya qazanan yunan-Roma güləşçilərimiz Vətənə dönüblər

İsveç polisi “Eurovision” mahnı müsabiqəsində baş verən insidentdən sonra qanunsuz təhdidləri araşdırır

Şirvanda “Azərbaycanın memarı” filmi nümayiş olunub

Ümummilli Liderin 101 illiyi münasibətilə Praqada tədbir təşkil olunub

Kazanda “BİRLİK: Xatırlayır, miras alır və qürur duyuruq!” layihəsi çərçivəsində tədbir olub

Komi Respublikasında yataqxana binasının bir hissəsi çöküb

Şuşada VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər YENİLƏNİB-4 VİDEO