CƏMİYYƏT
Varşavada fiziki imkanları məhdud olan qadınlar arasında “Dünya gözəli” müsabiqəsi keçiriləcək
Varşava, 21 iyun, AZƏRTAC
Dünyanın hər yerindən əlil arabasında hərəkət edən gözəl cinsin nümayəndələri sentyabrın sonunda Varşavaya gələcəklər. Fiziki imkanları məhdud olan qadınlar arasında “Dünya gözəli” müsabiqəsinə iştirakçıların qəbulu avqustun 20-dək davam edəcək.
Müsabiqədə 25 ölkədən 25 finalçı iştirak edəcək.
Varşava meriyasının nümayəndəsi Bartoş Milçarçik bildirib ki, müsabiqə əlil qadınların dünyaya münasibətinin dəyişməsinə kömək etməlidir.
Varşavada fiziki imkanları məhdud olan qadınlar arasında “Polşa gözəli” müsabiqəsi artıq bir neçə ildir keçirilir. Amma bu dəfə müsabiqə ilk dəfə beynəlxalq səviyyədə keçiriləcək.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava