REGİONLAR
Vergilər nazirinin müavini Qobustanda vətəndaşları qəbul edəcək
Bakı, 20 avqust, AZƏRTAC
Vergilər nazirinin müavini Sahib Ələkbərov avqustun 22-də Qobustan şəhərində yerləşən vergiödəyicilərinə xidmət mərkəzində (ünvan: Qobustan şəhəri, Yeni yaşayış massivi, Bakı-Qazax şosesi, 89-cu kilometr) Qobustan, Şamaxı və Ağsu rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, qəbula gəlmək istəyən şəxslər avqustun 20-21-də Şamaxı şəhərində yerləşən 4 saylı Ərazi Vergilər İdarəsinə, habelə Qobustan və Ağsu rayon vergiödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin “[email protected]” elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [16:35]
Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər
- 03.05.2024 [16:14]
AXA-nın sədri Beyləqanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
- 03.05.2024 [15:32]
Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub
- 03.05.2024 [14:58]