İQTİSADİYYAT
Vergiödəyicilərinin məlumat almaq imkanları genişləndirilir
Bakı, 11 aprel, AZƏRTAC
Vergilər Nazirliyinin "vergiler.az" saytında "Ekspert baxışı" adlı yeni rubrikada videoşərhlərin yayımına başlanılır.
Nazirliyin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, burada vergi qanunvericiliyi, mühasibat uçotu, sosial sığorta haqlarının hesablanması və ödənişi, bəyannamələrin hazırlanması və təqdim olunması qaydaları və digər aktual məsələlər təqdim olunacaq.
Əsasən vergiödəyicilərinin maarifləndirilməsinə yönəldilmiş videoşərhlərdə tanınmış ekspertlərin müvafiq mövzular üzrə tövsiyə, rəy və fikirləri yer alacaq.
"Ekspert baxışı" vergiödəyicilərini maraqlandıran suallara cavab tapmaq, vergi və mühasibat məsələlərinə dair nümunələr əsasında praktiki məlumatlar əldə etmək üçün onlara kömək edəcək.