Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vətəndaş məktubları: Cənab Prezident, Sizin uzaqgörən daxili və xarici siyasətinizi ürəkdən bəyənir, dəstəkləyirik

Vətəndaş məktubları: Cənab Prezident, Sizin uzaqgörən daxili və xarici siyasətinizi ürəkdən bəyənir, dəstəkləyirik

Bakı, 12 oktyabr, AZƏRTAC

Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız, eləcə də qardaş Türkiyənin vətəndaşları Prezident İlham Əliyevə çoxsaylı məktublar ünvanlayırlar.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Türkiyənin paytaxtı Ankaradan Şavluk Baycan yazır: “Hörmətli cənab Prezident, mən 1918-1920-ci illərdə ermənilərin törətdiyi qətliamlar səbəbindən Azərbaycan torpaqlarından Türkiyənin İğdır vilayətinə köçmək məcburiyyətində qalmış bir ailənin üzvüyəm. Ata-babalarım bizi daim Azərbaycan haqqında xatirələrlə böyütdülər. Bizdəki Vətən həsrəti o qədər dərin olmuşdur ki, mərhum atam qardaşımın adını Azər, mənim adımı isə Baycan qoymuşdur. Allah mənə bir müddət Bakıda işləməyi nəsib etdi və çox şükür ki, Vətənimi gördüm. Böyüklərimiz həmişə “İnşallah, bir gün biz bütün torpaqlarımızı erməni qatillərindən geri alacağıq!” deyirdilər. Bu gün o gündür! Bu yolda üzərimə nə vəzifə düşərsə, onu can-başla yerinə yetirməyə hazıram. Hörmətli Prezidentim, Sizdən bircə xahişim var: lütfən, heç bir şərtlə geri addım atmayın! Türkiyə bütün gücü ilə Azərbaycanın yanındadır! Allah Sizə, Ordumuza və millətimizə yardım etsin!”.

Bakı şəhərinin sakini Ayxan Rəhimli: “Hörmətli, sevimli və mehriban Prezidentimiz, mən bir şagird olaraq Sizinlə, Azərbaycan Respublikası və onun igid əsgərləri ilə fəxr edirəm. Azərbaycanlı olduğum və Azərbaycanda doğulduğum üçün Vətənimlə qürur duyuram. Yaşım çox az olsa da, mən də Vətənim üçün canımı fəda etməyə hər zaman hazıram. Ulu öndər Heydər Əliyev və Siz bizim dövlətimizi dirçəltmisiniz. Biz fəxr edirik ki, Sizin kimi dövlət başçımız var. Azərbaycan Respublikası Sizlərin sayəsində çiçəkləndi və daha da inkişaf etdi. Siz mənim gözümdə Azərbaycanın Milli Qəhrəmanısınız. Sizə hər şey üçün minnətdarıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Gəncə şəhərinin sakini Nina Ujova: “Çox hörmətli Prezident, cənab Ali Baş Komandan, mən Gəncə şəhər sakiniyəm. Uzun illər Gəncə dəmir yolu stansiyasında müxtəlif vəzifələrdə çalışmışam. Hazırda təqaüddəyəm. Azərbaycanda və eləcə də Gəncədə yaşayan milliyyətcə rus olan digər sakinlərimiz kimi həmişə vətəndaşı olduğumuz Azərbaycan dövləti və eləcə də xalqı tərəfindən diqqət və qayğı ilə əhatə olunmuşuq. Azərbaycan torpağı, onun hər qarışı bizim üçün əziz, doğma olub. O cümlədən Azərbaycanın qədim torpaqları olan Qarabağ torpağı da. Mənfur düşmən doğma Qarabağımızda, eləcə də imkanı düşdükcə, respublikamızın digər bölgələrində uzun illər boyu Azərbaycan xalqına qarşı vandalizm, terror və vəhşiliklər törətməkdən doymayaraq indi də Qarabağda döyüş zonalarında qazandığınız uğurlara dözə bilməyərək Azərbaycanın digər şəhər və rayonlarına qarşı insanlığa yaraşmayan hərəkətlər etməyə başlayıblar ki, bu da onların daxili xislətlərinin terrorla yoğrulduğunu bir daha sübut edən bir amildir. Belə ki, işğalçılar raketlərdən istifadə etməklə Azərbaycanın 2-ci böyük şəhəri olan, mənim də sakini olduğum Gəncə şəhərini vurmaları vandallığın, alçaqlığın, xəbisliyin, mədəniyyətsizliyin, şərəfsizliyin, qəddarlığın, bir sözlə barbarlığın, məkrli xislətin bariz nümunəsidir. Cənab Ali Baş Komandan, biz Azərbaycanda yaşayan, Azərbaycanı özünə doğma el-obası, əziz Vətəni bilən rus millətindən olan bütün sakinləri Sizi çox sevirik! Biz əminik ki, doğma torpaqlarımız belə bir mənfur düşmənin tapdağından Sizin komandanlığınız altında igid zabit və əsgərlərimizin şücaəti nəticəsində azad olunacaq və biz Azərbaycanın xoşbəxt vətəndaşları olan digər etnik millətlərin nümayəndələri ilə birlikdə üçrəngli bayrağımızın Qarabağın işğal altında olan hər bir bölgəsində dalğalanmasının şahidi olacağıq. Qoy Uca Tanrı "Qarabağ Azərbaycandır!" səsləndirdiyiniz bu tarixi haqq yolunda apardığınız şanlı mübarizədə Sizə yar olsun. Amin”.

Lənkəran sakini Sədrəddin Babayev: “Hörmətli Ali Baş Komandan, Sizə ailəmiz adından dərin təşəkkürümüzü bildiririk. Uzun illərdir işğal altında olmuş Cəbrayıl torpağının düşməndən azad olunduğu xəbərini Sizdən eşitmək bizi daha da sevindirdi və döyüşə ruhlandırdı. Hamıya yaxşı məlumdur ki, rəşadətli Azərbaycan Ordusunun Qələbəsi Sizin uzaqgörənliyinizin nəticəsidir. Həyatımızın ən böyük sevincini Siz bizə yaşatdınız. Xalqımız Sizinlə hər an fəxr edir. Həmişə var olun, Vətənin igid və cəsur oğlu. Əziz Prezidentimiz, biz televiziyadan Sizin çıxışlarınızı izləyəndə Azərbaycana necə vurğun olduğunuzun bir daha şahidi oluruq. Siz Azərbaycanın əzmli, qətiyyətli siyasətçisi və dövlət başçısısınız. Möhtərəm Ali Baş Komandan, səmimi qəlbdən Sizi alqışlayırıq, Sizə və ailənizə cansağlığı diləyirik”.

Cəbrayıl rayon sakini Ədalət Xəlilov: “Hörmətli Ali Baş Komandan, Sizə ailəmiz adından dərin təşəkkürümüzü bildiririk. Uzun illərdir işğal altında olmuş Cəbrayıl torpağının azad olunması xəbərini Sizdən eşitməyimiz bizi daha da sevindirdi. Doğma Cəbrayılımızın azad olunması münasibətilə bütün xalqımızı təbrik edirik. Xalqımız Sizinlə həmişə fəxr edəcəkdir. Hörmətli Ali Baş Komandan, nə qədər ki, əlimiz silah tutur, Vətən uğrunda döyüşməyə hazırıq. Həmişə var olun, Vətənin igid və cəsur oğlu!”.

Xocavənd sakini Həsrət Məmmədov: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, 29 ildən sonra doğma Xocavəndimizin Hadrut qəsəbəsinin erməni işğalından azad edildiyi sevincini bizə bəxş etdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Biz xocavəndlilər Sizin uzaqgörən siyasətinizi dəstəkləyirik. Verdiyiniz qərarlarla, qətiyyətli mövqeyinizlə bizi qələbədən qələbəyə aparırsınız. İnanırıq ki, Sizin rəhbərliyinizlə qəhrəman Ordumuz yeni-yeni zəfərlər qazanacaq. Hörmətli Ali Baş Komandan, biz xocavəndlilər daim Sizin əmrinizi gözləyir, ölkəmizin ərazi bütövlüyü uğrunda mənfur düşmənə qarşı döyüşməyə hər an, hər dəqiqə hazır olduğumuzu bildiririk. Yaşasın müstəqil Azərbaycan!”.

Bərdə rayon sakini Mehparə Qənbərova: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, bir Bərdə rayon sakini kimi, düşmənin dinc əhaliyə atdığı mərmilərdən qorxmayaraq, yaşayış yerimizi tərk etmədən, onlara sipər oluruq və Sizin qələbə xəbərinizi gözləyirik. Sizin və şücaətli, qəhrəman ordumuzun səyləri nəticəsində yaxın zamanlarda Azərbaycan bayrağını Kəlbəcərdə, Şuşada, Xankəndidə dalğalandıracağıq. Siz öz adınızı Azərbaycan tarixinə qızıl hərflərlə yazdırırsınız. Sizə və ordumuza sonsuz təşəkkür bildirir, əldə olunan və olunacaq uğurlara görə Sizi təbrik edirəm”.

Bakı şəhər sakini Toğrul Ağayev: “Hörmətli və əziz Prezidentimiz, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı məni çox fərəhləndirdi. Çoxlu ərazilərimiz işğalçı erməni ordusundan azad edildi. Artıq qorxaq ermənilər qaçır. Acizliyindən şəhər və rayonlarımızı atəşə tutur. İnanıram ki, ən tez bir zamanda Qarabağımıza geri qayıdacağıq. Qarabağ Azərbaycandır!”.

Ağdaş rayon sakini Əhəd Cəbiyev: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, qəhrəmanlıq salnaməsi yazan şanlı Azərbaycan Ordusunun zəfər xəbərlərini bizə çatdırdığınız üçün Sizə Ağdaş gənci olaraq sevincimi və minnətdarlığımı bildirirəm. Arzum budur ki, işğal olunmuş hər bir qarış torpağımız tez bir zamanda düşmən tapdağından azad olunsun. İnanıram ki, bu günlər heç də uzaqda deyil. Qarabağ Azərbaycandır! Allah Sizi və Azərbaycan xalqını qorusun”.

Cəbrayıl sakini Sahib Səfərov: “Hörmətli cənab Ali Baş Komandan, müzəffər ordumuzun Sizin rəhbərliyinizlə qısa müddət ərzində 30 ilə yaxındır Ermənistan ordusu və havadarları tərəfindən işğal altında saxlanılan tarixi torpaqlarımızı azad etməsini bütün xalqımız kimi biz də böyük sevinc və qürur hissi ilə izləyirik. 2012-ci ildə oğlum Ramil Səfərovu Macarıstandan Azərbaycana gətirərək əfv edəndə, bəzi ölkələr və beynəlxalq təşkilatların qərəzli mövqe nümayiş etdirmələrinə baxmayaraq, Siz bütün dünyaya sübut etdiniz ki, dövlət öz zabitinə, öz vətəndaşına harada olmağından asılı olmayaraq sahib çıxır və qoruyur. Bu gün isə Siz bütün dünyaya sübut edirsiniz ki, Azərbaycan dövləti, xalqı və ordusu beynəlxalq səviyyədə tanınmış öz tarixi torpaqlarını nəyin bahasına olursa olsun işğaldan azad etməyə qadirdir. 27 il sonra doğma Cəbrayılımızın erməni qəsbkarlarından xilas edilməsi münasibətilə Sizə, şanlı ordumuza, Səfərovlar ailəsi və xalqımızın adından dərin minnətdarlığımı bildirir, qəhrəman şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Biz Sizinləyik! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Mingəçevir şəhərindən Cəfər Məmməd: “Hörmətli cənab Prezident, erməni təcavüzkarlarının torpaqlarımıza qəfil basqını bizi də həddən artıq qəzəbləndirdi. Terrorçular torpağımıza soxularaq və dinc əhaliyə zərər yetirərək yenə də ərazilərimizi ələ keçirmək üçün hər cür zorakılığa əl atırlar. İnanırıq ki, bu təcavüzkarların qarşısını almaq və onları sona qədər qovmaq əmrinizi şanlı ordumuz tezliklə yerinə yetirəcək və onların layiqli cavabını verəcəkdir. Düşmən nə qədər hiyləgər və güclü olsa da, məğlub olacaqdır. Cənab Ali Baş Komandan, inanırıq ki, keçmişdə əlimizdən çıxan, düşmən tapdağına çevrilən torpaqlarımıza Sizin qətiyyətli siyasətiniz nəticəsində qayıdacağıq, Vətənimiz bütövlənəcək. Eşq olsun şanlı Ordumuza! Yaşasın igid və mərd oğullarımız! Vətən uğrunda canın fəda edən, həlak olan şəhid qardaşlarımıza Allahdan rəhmət diləyirəm”.

Bakı şəhər sakini Rasim Məmmədov: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, müqəddəs Qarabağ torpaqlarının şanlı Azərbaycan Ordusu tərəfindən Sizin rəhbərliyiniz altında azad edilməsi xalqımızın öz rəhbərinə olan inam və etimadını yeni əlçatmaz yüksəkliklərə ucaltdı. İnşallah, müqəddəs Şuşa şəhərini də azad edəcəyik. Xalqımızın Sizə olan inamı, etibarı və sevgisi buna ən böyük təminatdır. Cənab Prezident, İctimai Nəzarət Koalisiyasının üzvləri Sizin istər cəbhədə, istərsə də respublikamızın ictimai-siyasi və iqtisadi həyatında olan bütün göstərişlərinizə canla-başla əməl edir və edəcəklər”.

Ağdam sakini Qasım Zeynalov: “Hörmətli Prezidentimiz, cənab Ali Baş Komandanımız, mən Ağdam rayon sakini və Mexaniki Suvarma İdarəsinin traktorçusu kimi Sizi və qüdrətli Ordumuzu mənfur erməni işğalçıları üzərində qazandığınız Qələbəyə görə ürəkdən təbrik edirəm. Allah Sizi və Ordumuzu qorusun. Biz öz Ordumuz və mərd oğullarımızla fəxr edirik. Sizin verdiyiniz qərarlar, atdığınız addımlar bizi ruhlandırır, həyatda yaşamaq eşqi yaradır. Biz ağdamlılar cəbhə bölgəsində yaşamağımıza baxmayaraq hər zaman olduğu kimi, bu gün də öz işimizlə məşğuluq. İşlədiyim meliorator kollektivi ərazidə qızğın döyüşlərin getdiyi bir vaxtda öz işlərinə daha məsuliyyətli yanaşaraq rayon əhalisinin içməli və suvarma suyuna olan tələbatını layiqincə yerinə yetirir. Hörmətli cənab Prezident, biz ağdamlı melioratorlar Sizin uğurlu, uzaqgörən daxili və xarici siyasətinizi ürəkdən bəyənir, Ulu Tanrıdan Sizə cansağlığı arzulayır, apardığınız bütün işlərdə uğurlar diləyirik. Allah Sizi qorusun, cənab Prezident”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Lənkəranda vətəndaşların müraciətlərini dinləyib

San-Tome və Prinsipi ada dövləti Portuqaliyanın müstəmləkəçilik təzminatının ödənilməsi haqqında plan hazırlayır

Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar

UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar tələbə konfransı keçirilib

Qida Təhlükəsizliyi Agentliyi: 49 müəssisədə nöqsanlar aşkarlanıb

“Gələcək üçün bacarıqlar” layihəsinin növbəti inkubasiya proqramı təqdim olunub

“Vagaclub”un üzvü: Laçında gələcəkdə dağ alpinizminin inkişafı üçün əlverişli şərait var

Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyi bir sıra tədbirlərlə qeyd ediləcək

Rusiya və Tacikistan prezidentləri terrorizmə qarşı mübarizə məsələlərini müzakirə ediblər

Biləcəri qəsəbəsində qablaşdırılmış içməli su emalı müəssisəsində istehsal dayandırılıb

Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var

Alister Çarlz: İnanıram ki, Bakı Forumunda aparılan müzakirələr dünyada sülhün təmin olunmasına töhfə verəcək

Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub

Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib

Botanik alimlər Azərbaycanda yayılmış “Artemisia” cinsi növlərini tədqiq ediblər

AIPA-nın Baş katibinə Azərbaycanda qadın hüquqlarının tarixi barədə məlumat verilib

Azərbaycanın U-19 yığması İrlandiya, İslandiya və Moldova ilə eyni qrupa düşüb

Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb

Elm və Təhsil Nazirliyi “Times Higher Education” ilə əməkdaşlığa başlayır

Kanada millisində çalışan azərbaycanlı məşqçi: Gimnastlarımı öz Vətənimdə keçirilən yarışa hazırlamaq qürurvericidir

Hərbi bilik yarışının qalibləri mükafatlandırılıblar

Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir

AzMİU-nun əməkdaşları bölgələrdə yuxarı sinif şagirdləri ilə görüşüblər

Dini konfessiyaların nümayəndələri Suqovuşan və Talışdakı Alban məbədlərini ziyarət ediblər

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikasının Qanunu

Tələbə yoldaşlarımla birlikdə öyrənmək və biliklərimi onlarla bölüşmək qürurvericidir – peşə təhsili alan sahibkar

Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İstanbuldakı lisenziya turnirinə qatılacaq Azərbaycan güləşçiləri dəqiqləşib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilib YENİLƏNİB

® İrşad müştərilərinə 5 milyon manatdan çox bonus qazandırdı

Alimlər piylənmənin yeni səbəbini tapıblar - Tədqiqat

Yunus Əmrə İnstitutunda "Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan-Avstraliya Dostluq Qrupunun həmsədri ilə görüş keçirilib

Forum iştirakçısı: COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji imkanlarını nümayiş etdirməsi üçün əla fürsətdir

SOCAR: Şirkətin fəaliyyətində və strukturunda müəyyən dəyişikliklər nəzərdə tutulub

Moskvada Azərbaycan və Rusiya Baş nazirləri müavinlərinin görüşü keçirilib

Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər

“Bilişim Vadisi”nin direktoru: Azərbaycanın texnologiya ölkəsinə çevrilməsində dəstəyi davam etdirəcəyik

Konstitusiya Məhkəməsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib

Baş prokuror Tərtər rayonunda 71 vətəndaşın müraciətini dinləyib

AQTİ-nin mütəxəssisləri Şabran rayonunda təlim, məsləhət və qiymətləndirmə xidmətləri həyata keçirib

® “PAŞA Holding”in dəstəyilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək

Norveçli səyyah: Azad olunmuş əraziləri ziyarət etmək bizim üçün çox maraqlı oldu VİDEO

Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb

İcraçı direktor: Azərbaycan dilində süni intellektin yaradılması üzrə işlər davam etdirilir

Macarıstan hökuməti Budapeştin UEFA Çempionlar Liqasının finalına ev sahibliyi etməsini dəstəkləyir

Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb

“Bakı KOB evi”ndə sahibkarlara göstərilən xidmətlərin 72 mindən çoxu 10 dövlət qurumunun payına düşür

Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib

AXA-nın sədri Beyləqanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Azərbaycan-Türkiyə əməkdaşlığının dini sahədə inkişaf perspektivləri müzakirə edilib

Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

® Azərbaycan banklarının nümayəndələri Türkiyənin “Ziraat Bankası”nda qonaq olublar

ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub

Suriyada İŞİD-in hücumu nəticəsində 17 hərbçi həlak olub

MDB İnformasiya Şurasının növbəti iclası Moskvada keçiriləcək

Həm delimitasiya, həm də sülh prosesinin vasitəçilərsiz də praktiki nəticələr verdiyi reallıqdır - ŞƏRH

Bakı-Tbilisi-Qars dəmir yolu xəttində modernləşdirmə işləri başa çatıb MÜSAHİBƏ

ADAU-da sahibsiz heyvanlarla bağlı növbəti aksiya

Avropa çempionatı: Azərbaycanın U-17 yığmasının seçmə mərhələdəki rəqibləri bəlli olub

Agentlik aprel üzrə diplomların tanınması statistikasını açıqlayıb

Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb

Norveçli səyyahlar Laçında həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olublar VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşların müraciətlərini dinləyib

BP-nin dəstəyilə Sumqayıt Dövlət Universitetində kimya mühəndisliyi üzrə yeni magistr proqramı yaradılıb

AZƏRTAC-ın İdarə Heyətinin sədri: Həmkarlarımızı COP29 barədə informasiyaların yayılması üzrə birgə fəaliyyətə dəvət edirik

Rusiya din xadimi: Azərbaycan gündən-günə dinlərarası dialoq mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycanın hərbi qulluqçuları “Anatolian Phoenix-2024” beynəlxalq təlimində iştirak edəcəklər

Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub

Azərbaycan gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutunun rektoru BDU-da

Coğrafiya dərsliyinin məzmunu, quruluşu və tədrisi metodikasının xüsusiyyətləri – vebinar

Bakıda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Milanda içki satışına bəzi qadağalar qoyulub

ANAMA nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi minalarla yüksək səviyyədə çirkləndirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş olub

Bakı güləş üzrə Avropa çempionatına ev sahibliyi edəcək

Azərbaycan və Səudiyyə Ərəbistanı enerji tərəfdaşlığını gücləndirən sənədlər imzalayıb

Paytaxtın abad məhəllələrində minifutbol yarışları başa çatıb

Vyetnamda qidadan 487 nəfər zəhərlənib

Biologiya və coğrafiya üzrə respublika fənn olimpiadalarının yekun nəticələri elan edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib VİDEO

Milli Məclisdə Bosniya və herseqovinalı deputatla görüş təşkil edilib

Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nu 9 medalla başa vurublar

Mediasiya Şurası BDU tələbələri ilə görüş keçirib

Günel Səfərova: Məktəblərdə bullinq haqqında maarifləndirmə işləri aparılır

Türk dövlətlərinin iqtisadi təşəbbüsü ŞƏRH

Ağdamda peşə hazırlığı kurslarına mediatur təşkil edilib

Ötən ay Şirvan-Salyan Regional Təhsil İdarəsinə 545 müraciət daxil olub

MDB İnformasiya Şurası faşizm üzərində Qələbənin 80 illiyinə xüsusi nəşr hazırlayacaq

BDU-da tədbir: Yaşıl enerji çağırışları kontekstində gələcəyə baxış

İndoneziyada torpaq sürüşməsi və sel 7 nəfərin həyatına son qoyub

AzMİU QS reytinqində bir neçə istiqamət üzrə uğurla təmsil olunur

Gürcüstan Fransanın Avropa və Xarici İşlər Nazirliyini qeyri-obyektivlikdə günahlandırıb

Paytaxtın Suraxanı və digər ərazilərindəki obyektlərdə 361 kəsici alət aşkarlanıb VİDEO

Azərbaycan-Argentina parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib

Tələbələr üçün təlim: Düşüncənin gücü

I Beynəlxalq Opera Festivalının iştirakçıları “Landmark”da çıxış ediblər