DÜNYA
Viktoras Pransketis Litva Seyminin yeni sədridir
Vilnüs, 15 noyabr, AZƏRTAC
Litva Kəndlilər və Yaşıllar İttifaqı sədrinin müavini, bioloji təbabət elmləri doktoru, aqronom, 58 yaşlı Viktoras Pransketis yeni Seymə (2016-2020-ci illər) başçılıq edəcək.
Litva Seyminin yeni seçilmiş sədri deyib: “İnsanlar ümidlərini Litva Respublikasının yeni Seyminə bağlayıblar. Mən onu Ümid Seymi adlandırardım. Qoy o, hamının – iqtidarın və müxalifətin, çoxluğun və azlığın üzünə açıq olsun. Vəzifəmiz daha yaxşı işləmək və daha yaxşı olmaqdır. Gəlin yaxşı olaq, amma sözəbaxan olmayaq, qısamüddətli deyil, uzunmüddətli perspektivi görək”.
Kəndlilər və Yaşıllar İttifaqının üzvü Rima Başkene Seymin sədrinin birinci müavini seçilib.
Yeni çağırış Litva parlamentində altı fraksiya və Seymin üzvlərinin qarışıq qrupu təmsil olunub.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]
Suriyada İŞİD-in hücumu nəticəsində 17 hərbçi həlak olub
- 03.05.2024 [15:47]
Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb
- 03.05.2024 [15:16]
Milanda içki satışına bəzi qadağalar qoyulub
- 03.05.2024 [15:03]
Vyetnamda qidadan 487 nəfər zəhərlənib
- 03.05.2024 [15:01]