DÜNYA
Volodimir Zelenski: Müharibədən sonra Ukraynanın bərpası üçün təxminən 800 milyard dollar lazımdır
Kiyev, 30 avqust, AZƏRTAC
Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başa çatdıqdan sonra Ukraynanın bərpası üçün təxminən 600-800 milyard dollar lazımdır. Hazırda əsas diqqət infrastrukturun bərpasına yönəldilməlidir.
AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin “Fransa Müəssisələri Hərəkatına” müraciətində qeyd edilib.
Eyni zamanda, qeyd edib ki, indi dəqiq rəqəm söyləmək çətindir, çünki müharibə bitməyib.
"Mən bu gün əsas diqqəti infrastrukturun - təhsil, liman və nəqliyyat infrastrukturlarının və insanlar üçün mənzillərin bərpasına yönəldərdim, çünki bizim vəzifəmiz insanları öz evlərinə qaytarmaqdır",- deyə Ukrayna Prezidenti vurğulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]