İQTİSADİYYAT
Xaçmaz” EŞ Müəssisəsində təmir işləri və reydlər davam etdirilir
Bakı, 11 fevral (AZƏRTAC). “Xaçmaz” Elektrik Şəbəkə (EŞ) Müəssisəsində itkilərin azaldılması istiqamətində müvafiq tədbirlər davam etdirilir.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müəssisədə ötən ilin dördüncü rübündə elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədilə bir sıra mühüm işlər görülmüşdür. Belə ki, qəza açılmalarının qarşısını almaq üçün 1,3 kilometr naqil yenisi ilə əvəzlənmiş, beş dayaq düzləndirilmiş, 5,4 kilometrlik xətt təmir olunmuşdur.
Ötən ilin dekabrında keçirilmiş reydlər zamanı 86 pozuntu faktı aşkar olunmuş, 295,2 min kilovat-saatdan artıq itirilmiş elektrik enerjisinin 17,7 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir.