MƏDƏNİYYƏT
Xalq artistimiz ABŞ-da “Leyli və Məcnun” operasından parçalar təqdim edib
Bakı, 7 oktyabr, AZƏRTAC
Xalq Artisti Alim Qasımov və qızı Əməkdar Artist Fərqanə Qasımova ABŞ-da silsilə konsert proqramı ilə çıxış edirlər.
AZƏRTAC xəbər verir ki, konsert proqramları zamanı ABŞ-ın Kaliforniya ştatında “Mart Morris” rəqs qrupunun iştirakı ilə “Leyli və Məcnun” operası təqdim olunub. Səhnə əsərində Məcnun rolunu Alim Qasımov, Leyli rolunu isə Fərqanə Qasımova ifa edib. “Yo-Yo Ma” və “İpək Yolu” ansamblının müşayiəti ilə baş tutan səhnə əsərinin nümayişi maraqla qarşılanıb.
Qeyd edək ki, səfər çərçivəsində 11 konsert proqramı, həmçinin ustad dərsləri təşkil olunub. Oktyabrın 16-dək davam edəcək konsert proqramları zamanı A.Qasımovun ifasında muğamlarımızla yanaşı, xalq və bəstəkar mahnıları da səslənəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.04.2024 [18:03]
Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər
- 27.04.2024 [15:52]
Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
- 27.04.2024 [14:24]
Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib
- 27.04.2024 [13:21]
Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib
- 27.04.2024 [13:10]
Bakıda “Big Band Workshop” adlı ustad dərsləri keçiriləcək
- 27.04.2024 [12:45]
“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib
- 27.04.2024 [12:43]
İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Elçin Hami Axundov ilə görüş
- 27.04.2024 [12:11]