SİYASƏT
Xalqımızın dahi oğlu, müdrik rəhbər Heydər Əliyev ideyaları əbədiyaşardır
Bakı, 10 may (AZƏRTAC, İbrahim Əsədov). Xalqımızın dahi oğlu, müdrik rəhbər Heydər Əliyev ideyaları əbədiyaşardır.
Bu sözləri mayın 10-da Ümummilli Liderin anadan olmasının 91-ci ildönümü münasibətilə Fəxri xiyabana gəlmiş C. Naxçıvanski adına Hərbi Liseyin kursantı Əli Əlizadə AZƏRTAC-a müsahibəsində demişdir.
Ə. Əlizadə vurğulamışdır ki, ümummilli lider Heydər Əliyev daim gənclərə, onların təhsilinə xüsusi önəm vermişdir. Müdrik şəxsiyyətin siyasi xətti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir.
Bu gün doğma Azərbaycanımız çox sürətlə inkişaf edir. Ölkəmizdə qazanılan bütün nailiyyətlər ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Dahi rəhbərin zəngin həyat və fəaliyyəti bütün nəsillərə örnəkdir. Biz hər il Ümummilli Liderin doğun gününü sonsuz sevgi və məhəbbətlə bayram edirik.