İQTİSADİYYAT
Xaricdə müalicə üçün verilən yardım vergiyə cəlb olunurmu?
![Xaricdə müalicə üçün verilən yardım vergiyə cəlb olunurmu?](/files/2022/1/1200x630/16475029055641728560_1200x630.jpg)
Bakı, 17 mart, AZƏRTAC
Müəssisə tərəfindən aztəminatlı ailənin üzvü olan şəxsə xaricdə müalicə üçün verilən yardım vergiyə cəlb olunurmu?
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsində edilən və 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliklərə əsasən, təqvim ili ərzində ölkə daxilində müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10 min manatadək olan hissəsi, xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 50 min manatadək olan hissəsi gəlir vergisindən azaddır.
Təhsil və ya müalicə (o cümlədən cərrahiyyə əməliyyatı üçün) haqlarını ödəmək üçün maddi yardım o halda verilir ki, həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim olunsun.