Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qızlar təhsildə: problemin kökləri və həll yolları – ARAŞDIRMA

Qızlar təhsildə: problemin kökləri və həll yolları – ARAŞDIRMA

Bakı, 4 iyul, Aysel Azad, AZƏRTAC

Cəmiyyətimizin mədəni, iqtisadi və texnoloji inkişafında ən mühüm vəzifə bəlkə də qadınların üzərinə düşür. Əlbəttə, kişilərin vəzifələri çoxdur, lakin qadınların öhdəlikləri onları üstələyir. İnsanın ilk təhsil aldığı yer ana qucağıdır. Anasının öyrətdikləri ilə formalaşan fərd sonradan atası, digər ailə üzvləri, ətraf mühit və məktəb faktorlarından təsirlənir. Nəticədə qadın oxuyursa öyrənir, qadın oxuyursa övladlarını tərbiyə edir.

Bəs bu gün qızların təhsil almasında hansı maneələr var? Azərbaycanda qızların təhsilinə dəstək istiqamətində hansı addımlar atılır? AZƏRTAC mövzu ilə bağlı araşdırmanı təqdim edir.

Problem kimdədir: valideyndə, yoxsa?..

VI çağırış Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bir sıra hallarda valideynin övladının təhsil almasına mane olduğunu söyləyib. Ekspert bildirib ki, qızların təhsil almasında yaşanan problemlərlə bağlı ona müraciətlər olunur. Müraciətlərin fonunda isə erkən nikah problemi ilk pillədə qərarlaşır: “Ailələr bunu iqtisadi çətinliklə əlaqələndirirlər. Valideyn düşünür ki, qızını nə qədər tez ərə verərsə, bu, ailənin iqtisadi durumuna bir o qədər müsbət təsir göstərə bilər. Başqa bir qrup isə məsələyə yanlış dini mövqedən yanaşır. Onlar hesab edirlər ki, qızlar oxuduqları halda düşüncələri dəyişə bilər, ailənin fikirlərinə qarşı çıxa bilərlər. Doğrudur, bu hal kütləvi deyil, amma var”.

Ceyhun Məmmədov hesab edir ki, qanunda qızların evlilik yaşı artırılmalıdır: “Qız övladlarının bir sıra hallarda universiteti bitirən kimi və ya yetkinlik yaşına çatan kimi ailə qurduqlarının şahidi oluruq. Mən parlamentdə də bu məsələni qaldırmışdım ki, qızların erkən nikaha daxil olmasına şərait yaratmamalıyıq. Bu gün nikahların pozulmasının səbəblərindən biri də qızların həyatı dərk etmədən, müəyyən bir səviyyəyə çatmadan nikaha daxil olmalarıdır. 18-19 yaşında, hətta 21 yaşında qızların həyatı tam dərk etməsi qeyri-mümkündür. Bu yaş həddi oğlanlara da aiddir. Bununla bağlı maarifləndirmə, təbliğat işləri davamlı olaraq aparılmalıdır ki, insanlar məlumatlansınlar, bunun yaratdığı çətinlikləri dərk etsinlər və erkən nikah bağlamaqdan çəkinsinlər”.

İxtisas seçimi və karyera məsələləri üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev qızların təhsilinə mane olan səbəblər arasında qohumluq əlaqələrinin də rol oynadığını söyləyib. Onun fikrincə, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi erkən evliliklə yanaşı, qohumlar arasında evlilik hallarının da qarşısını alacaq: “Qohumlar öz aralarında əhd bağlayırdılar və uşaq müəyyən bir yaşa çatdığı təqdirdə artıq erkən evliliyə məcbur edirdilər. Sevindirici haldır ki, artıq bu problem getdikcə azalmağa başlayır. İnsanlar müasir cəmiyyətin formalaşmasını müşahidə edirlər. Hansı valideynin psixologiyası müasir cəmiyyətdə formalaşıbsa, hansı valideyn ali təhsil alıb və qız övladlarına gələcəkdə ali təhsilin lazım ola biləcəyini düşünürsə, o valideynlərdə, o ailədə ciddi problemlər olmur”.

Qızlar təhsildə daha yüksək nəticə göstərir

Ekspert qızların təhsil almasında yaşanan problemlərin rayon və ucqar kənd məktəblərində özünü daha çox büruzə verdiyini söyləyib. Ramin Nurəliyev övladının ailədən uzaqda qalması fikrinin valideyni narahat etdiyini diqqətə çatdırıb: “Düşünür ki, qız uşağı Bakıda və yaxud başqa rayonda təhsil aldığı təqdirdə yaşayış şəraiti necə olacaq, kimlərlə qalacaq? Buna görə də valideyn, daha çox da atalar qız övladlarının təhsilinə müəyyən məhdudiyyətlər qoyurdular. Bununla yanaşı, əvvəlki dövrlərdə erkən evlilik qız uşaqlarının təhsil almasına məhdudiyyətlər yaradırdı. Lakin hazırda bu məhdudiyyətlər azalmaqdadır. Məsələn, sonuncu qəbul imtahanı nəticələrinə nəzər salsaq, qızların daha yüksək nailiyyətlər, daha yüksək nəticə əldə etməsi artıq bu psixologiyanın yavaş-yavaş düzəlməsinə təsir göstərir. Ali təhsilli bir qızın təhsili olmayan qızdan daha savadlı, həyatda atdığı addımının, ümumiyyətlə, davranışının daha üstün olduğunu müşahidə edən valideyn əvvəlki psixologiyadan fərqli olaraq qız uşaqlarının təhsilə istiqamətlənməsinə özü dəstək verir. 10-15 il bundan əvvəlki illə indiki dövr arasında müqayisədə ciddi bir fərq var və müsbətə doğru irəliləyişi müşahidə edirik”.

Şagird, müəllim, valideyn ünsiyyəti

Ramin Nurəliyev hesab edir ki, qızların təhsildən kənar qalmasının qarşısını almaq üçün müəllim və valideynin də iştirakı ilə maarifləndirici seminarlar təşkil olunmalıdır: “Xüsusilə də ictimai birliklər və müəyyən belə təşkilatların iştirakı ilə 9-10-11-ci sinif şagirdləri və onların valideyninə bu istiqamətdə təlimlərin, seminarların, maarifləndirici görüşlərin keçirilməsi problemin aradan qaldırılmasına müəyyən qədər təsir edəcək. Eyni zamanda, həmin regionlarda işləyən müəllimlərin müəyyən qədər təsiri olmalıdır. Çünki müəllim həm şagirdlərlə, həm də valideynlə əlaqədə olur, mütəmadi görüşür. Müəllimlər də bu görüşlərdə həm valideyn, həm də şagirdlərə qızların təhsil almasında müsbət xüsusiyyətləri ortaya qoyaraq təhsilli qızlar ilə təhsili olmayan qız uşaqlarının müqayisəsini verə bilər”.

Ekspert bildirib ki, 11 illik təhsillə yanaşı, bakalavriat səviyyəsində təhsilin zəruri olduğu qabardırmalıdır: “Tələbənin, xüsusilə də qızların ali təhsil aldığı müddətdə, - bu, birinci kurs da ola bilər, ikinci kurs da və s. - ailə qurmaları doğru deyil. Ona görə ki, tələbə öz ixtisasının mütəxəssisi olmaq üçün birinci və ikinci kursa necə başlayırsa, sona qədər də o şəkildə davam edir. Əgər birinci və ikinci kurslarda yarımçıq təhsil alarsa, həmin tələbə gələcəkdə o ixtisas üzrə mütəxəssis olmaqda çətinlik çəkəcək. Ona görə də tövsiyə etməliyik, maarifləndirmə kampaniyasını elə bir formada aparmalıyıq ki, qız tələbələrinin həm təhsili natamam olmasın, həm də ailə münasibətlərində problemlər yaşanmasın”.

Azərbaycanda ümumi orta təhsil icbaridir

Gender bərabərliyinin mühüm istiqamətlərindən biri məhz təhsillə bağlıdır. Qadın və kişilərin bərabər təhsil almaları ölkəmizdə hüquq bərabərliyinin fundamental əsaslarından biridir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin böyük məsləhətçisi Sevinc Məmmədova bildirib ki, Dayanıqlı İnkişaf Məqsədlərinin təhsillə bağlı olan 4-cü məqsədində 2030-cu ilədək bütün qızların və oğlanların, qadınların və kişilərin əlçatan və keyfiyyətli təhsil almalarını təmin etmək hədəfə alınıb: “Qızların təhsil hüququnu həyata keçirməsinə bir çox maneələr olur, bunlar əsasən yoxsulluq, erkən yaşda evlilik, gender əsaslı zorakılıq (məhz qız olduğu üçün) və əsasən də cəmiyyətdə qadınların, qızların statusu ilə bağlı köhnəlmiş adət-ənənələr, stereotiplərdir. Nəticədə dünyada məktəbə getməyən uşaqların ən çoxunu, yəni 63.3 faizini qızlar təşkil edir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Azərbaycanda ümumi orta təhsil icbaridir. Təhlillər göstərir ki, son illərdə icbari təhsilə cəlb olunmuş qızların ümumi orta təhsil pilləsini bitirməsində və onların dərsə davamiyyətində əsaslı problemlər mövcud deyil.

Təhsildən yayınan şagirdlərlə bağlı məktəbin psixoloqu və sinif rəhbərləri ailələrdə olur, müvafiq iş aparır, ailədaxili vəziyyət qiymətləndirilir və zərurət yarandıqda məsələyə baxılması üçün yerli icra strukturlarına müraciət olunur. Qızların təhsildən yayınma hallarının minimuma endirilməsi məqsədilə ümumi təhsil müəssisələrində ilboyu qabaqlayıcı tədbirlər həyata keçirilir. Bu tədbirlərdə ailələrlə iş, sinif rəhbərlərinin fəaliyyətinin gücləndirilməsi, şagirdlərin keyfiyyətli təhsil almasına şəraitin yaradılması, şagirdlərin sinifdənxaric və məktəbdənkənar tədbirlərə cəlb edilməsi, onların peşə seçimi işinin yerli şəraitə uyğun aparılması və s. məqamlar müzakirə olunur.

Hər bir rayonda fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar bu işdə yerli təhsili idarəetmə orqanlarına yaxından kömək göstərirlər. Bununla yanaşı, yerlərdə fəaliyyət göstərən peşə təhsili müəssisələri ilə qarşılıqlı əməkdaşlıq sayəsində ümumi orta təhsili bitirən şagirdlərdən bir qismi təhsilini həmin müəssisələrdə davam etdirirlər”.

Ali təhsildə qızların sayı oğlanları üstələyir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2023/2024-cü tədris ili üzrə məktəblərdə siniflər üzrə təhsil alan şagirdlərin sayı (oğlan və qızlar) və analitik təhlilini aparıb. Belə ki, cari tədris ilində məktəbəhazırlıq qrupları üzrə 39 min 936 qız, 46 min 400 oğlan təhsil alıb. I-XII siniflərdə isə ümumilikdə 794 min 560 qız, 910 min 449 oğlan oxuyub. 2023-cü ildə cins bölgüsü arasındakı fərq 115 min 889 nəfər, yəni 6.8 faiz olub. 2022-ci ildə isə cins bölgüsü arasındakı fərq 117 min 947 nəfər, yəni 6 faiz təşkil edib.

2023/2024-cü tədris ili üzrə orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrin müqayisəli statistikasının təhlili onu göstərir ki, kişilər (71 faiz) peşəyönümlü təhsilə, qadınlar (62.6 faiz) daha çox orta ixtisas təhsilinə üstünlük verirlər. Bu göstəricilər həm özəl, həm də dövlət tabeliyində olan təhsil müəssisələrinə aiddir. Həmçinin bakalavriat səviyyəsində təhsil alanların arasında qızlar (52.6 faiz), magistratura səviyyəsində isə oğlanlar (51.6 faiz) üstünlük təşkil edir.

“Gənc qızların təhsilinə dəstək”

Qızların təhsil almasında qarşılarına çıxan maneələrə, problemlərə nəzər salmağa çalışdıq. Lakin bu problemlərin həlli istiqamətində dövlət tərəfindən mühüm addımlar atılmaqdadır. Onlardan biri də “Gənc qızların təhsilinə dəstək” kampaniyasıdır. Kampaniyaya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ölkəmizin gələcək inkişafı naminə gənclərin bərabər imkanlar çərçivəsində təhsil almasının vacib olmasını nəzərə alaraq 2021-ci ildən başlayaraq Hacı Zeynalabdin Tağıyev tərəfindən yaradılan “Qızlar Məktəbi”nin 120 illik yubileyi və 11 Oktyabr - Beynəlxalq Qızlar Günü münasibətilə start verilib. Kampaniyanın məqsədi cəmiyyətin diqqətini qızların təhsilinə cəlb etmək, xüsusilə də onların müasir təhsil imkanlarından faydalanmasına dəstək olmaqdır. Kampaniyaya qızlar 3 meyara əsasən seçilir: aztəminatlı ailələrdən və həssas qrupdan olan, ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayan, eyni zamanda, regionlardan olan qızlar.

Kampaniya çərçivəsində neft maqnatı Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçilik və maarifçilik ənənələrini davam etdirmək məqsədilə 2021-ci ildə aztəminatlı ailələrdən olan 14 tələbə qıza dəstək göstərilib. Bununla yanaşı, 5 biznes şirkəti və 9 nəfər sahibkar qadın “Gənc qızların təhsilinə dəstək” kampaniyasına qoşularaq hər biri 1 tələbə qızı öz himayəsinə götürüb. Kampaniya 2022-ci ildə Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə davam edib. 2022-ci ildə kampaniya çərçivəsində 25 nəfər, 2023-cü ildə isə 55 qızın təhsilinə dəstək göstərilib. 2023-cü ildən isə kampaniya “Gənc qızların təhsilinə dəstək” layihəsi kimi davam edir. Layihə Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu ilə birgə həyata keçirilir. Layihə çərçivəsində 4 nəfər şəhid qızı və bir nəfər şəhid xanımına da dəstək göstərilib.

Bununla yanaşı, Təhsilin İnkişafı Fondu tərəfindən qızların təhsilinə dəstək məqsədilə “Parla” Gənc qızların təhsilinə və inkişafına dəstək təqaüd proqramı layihəsi, “Zərif mühəndislər” xanımların inkişafı layihəsi və Maya Hacıyeva adına “İKT bacarıqları” təqaüd proqramı həyata keçirilməkdədir.

Övladlarımızı oğlan və qız ayrı-seçkiliyi etmədən oxudaq. Cəmiyyətin müxtəlif təbəqələrinin təmsilçilərinin fikirlərindən də göründüyü kimi, qadınlar iş həyatına rəng, gözəllik, nizam-intizam və müvəffəqiyyət və nizam gətirir. Qızlar oxusa, peşə sahibi olsa, həyat dəyişəcək, cəmiyyət dəyişəcək.

Qeyd: Bu yazı Təhsilin İnkişafı Fondunun, Azərbaycan Mətbuat Şurasının və “Azərbaycan müəllimi” qəzetinin “Qızların təhsilinə dəstək” müsabiqəsinə təqdim olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Eldar Cəfərov: Gələn il Azərbaycanda yeddi beynəlxalq rəqs layihəsinin keçirilməsi planlaşdırılır

Bakıda “Azerbaijan Dance Festival 2026” beynəlxalq rəqs festivalı keçirilir

TDT-nin 13-cü Zirvə Görüşü – Azərbaycan sədrliyi Türkiyəyə təhvil verib

Ekspert: Azərbaycan AQEM çərçivəsində nəqliyyat sahəsində əməkdaşlığın inkişafında mühüm rol oynayır

Qırğızıstan Prezidenti Azərbaycana təşəkkür edib

Milli Xalça Muzeyində “Çapanda ağ-boz atın büdrəməsin” sərgisi açılıb

İcbari Sığorta Bürosu son 5 ildə 5 milyon manatdan artıq kompensasiya ödənişi edib

Ağdama qayıdan sakinlər: Bu günü çox gözləmişik VİDEO

Ağdama qayıdan sakinlər: Bu günü çox gözləmişik VİDEO

NDU-da Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı öz işinə başlayıb

Azərbaycanda qəza riski yüksək olan yollar sığorta məlumatları əsasında müəyyən ediləcək

Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a uduzub

Azərbaycan cüdoçusu U-23 Avropa çempionatında qızıl medal qazanıb

Naxçıvanda “Zəfərimizin sədaları” musiqi əsərləri müsabiqəsi elan olunur

Azərbaycan və Türkiyə arasında münasibətlərin cari vəziyyəti müzakirə olunub

Oğuzda yaşayan azsaylı xalqlarla bağlı tədbir olub VİDEO

Oğuzda yaşayan azsaylı xalqlarla bağlı tədbir olub VİDEO

Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının iclası keçirilib

“Əsgərlərimi çıxarın, mən hələ dözərəm” - Son nəfəsində də zabit şərəfinə sadiq qalan komandir

Bu saata olan əsas xəbərlər

Cəlilabadda üç avtomobil toqquşub, iki nəfər xəsarət alıb

Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib VİDEO

Bakıda FIFA U-15 dünya çempionatının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

Şahbuzda elektrik enerjisinin verilişi dayandırılacaq

ADA Məktəbinin şagirdi: “Məhsul bayramı” bizə ehtiyacı olan insanlara kömək etməyi öyrədir

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirilib

AMEA-nın Ümumi yığıncağı Ramiz Mehdiyevin akademiya üzvlüyündən çıxarılmasını təsdiq edib

“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi peşə bayramı münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib

Bahar Əliyeva: Festival bizə mehriban olmağı və paylaşmağı öyrədir

Azərbaycanın keçdiyi yol münaqişələrdən əziyyət çəkən digər dövlətlər üçün nümunədir ŞƏRH

Vüqar Kərimov: Cəbrayıl ərazisində beynəlxalq meşə təlim və tingçilik mərkəzi tikilib

Tələbələrdən xeyriyyə addımı: sərgidən əldə olunan gəlir sosial təşəbbüsə yönəldiləcək

İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub

“Qarabağ” akademiyasının meneceri: “Dinamo Zaqreb”lə oyuna qələbə üçün yollanacağıq

Naxçıvan şəhərində binaların istilik təchizatına noyabrın 1-də başlanılacaq

Hindistanda göyərtəsində altı nəfərin olduğu helikopter qəzaya uğrayıb

“Dostluq körpüsü” layihəsi çərçivəsində uşaqların hekayələrindən ibarət kitab hazırlanıb

Sevinc Seyidova: Məhsul bayramı şagirdlərdə xeyirxahlıq və sosial məsuliyyət dəyərləri formalaşdırır

Rusiyanın neft emalı müəssisələri yenidən hücumlara məruz qalıb

Çexiyanın NATO-nun hərbi hədəflərinin 70 faizini yerinə yetirmədiyi açıqlanıb

Ağcabədidə tələbələr arasında antinarkotik təbliğatın gücləndirilməsi məqsədilə görüş təşkil olunub

Parisdə Azərbaycanın fəxri təltiflərinə dair kitabın təqdimatı olub VİDEO

Parisdə Azərbaycanın fəxri təltiflərinə dair kitabın təqdimatı olub VİDEO

BMU-İNHA ikili diplom proqramı: 256 məzun və yeni hədəflər

Qərb regionunda turizm sənayesinin inkişafı üzrə yeni mərhələ: Gəncədə ilk iclas olub

Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir ŞƏRH

Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı” təşkil edilib

Konqoda Eboladan ölənlərin sayı 5 minə çatır

Sabah Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

Alimlər soyuq temperaturun ömrü uzatmağa kömək edə biləcəyini müəyyənləşdiriblər

Bakı Dövlət Universiteti Keniyanın təhsil müəssisələri ilə əlaqələri genişləndirir

Bu il daha 826 şəxsə reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib

Fransada yırtıq əməliyyatlarında istifadə olunan protezlərlə bağlı şikayətlər artıb

Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib - YENİLƏNİB

Azərbaycan təcrübəsi: Müharibədən sonra sülhün və yeni həyatın qurulması – ŞƏRH

Coğrafiya İnstitutu ilə Türkiyə universiteti arasında elmi əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir

® Ən müasir metodlarla xəstələrə sağlamlıq bəxş edən həkim

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə olunacaq?

Böyük Britaniyada “Meta”nın bazardakı üstün mövqeyindən sui-istifadə etməsi ehtimalı araşdırılır

Milli həmrəylik və sülh quruculuğu Azərbaycanın beynəlxalq mövqeyinin əsaslarıdır ŞƏRH

Zeynəb Babayeva: İnsanları birləşdirən mənəvi dəyərlər xarici görünüşdən daha vacibdir

Yuri Landau: Azərbaycan bərpaolunan enerjinin inkişafı üzrə böyük potensiala malikdir – MÜSAHİBƏ

Butanda buzlaq gölünün bəndinin yarılması daşqına səbəb olub, Hindistanda sel təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

İƏT-ə üzv dövlətlər üçün korrupsiya tədbirləri ilə bağlı tövsiyələr hazırlanıb

Zəfər Gününə həsr olunan tədbirdə Azərbaycanın tarixi Qələbəsinin əhəmiyyəti vurğulanıb

Azərbaycan Universitetinin tələbələri üçün probasiya fəaliyyətinə dair maarifləndirmə tədbiri təşkil olunub

“Milan” NBA Avropa layihəsində iştirak üçün basketbol komandası yaratmağı planlaşdırır

Alimlər autizmli insanların beyin fəaliyyətinin fərqli xüsusiyyətlərini üzə çıxarıblar – ARAŞDIRMA

BBC-nin illik lisenziya haqqı artırıla bilər

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi “Qızıl payız” qaçış festivalında iştirakçılara tibbi dəstək göstərib

Coğrafiyaçı-alim: Xəzərin səviyyə tərəddüdləri sahil ərazilərində ekoloji və sosial-iqtisadi problemlər yaradır

Rəssam Fərid Rəsulov Qarabağ xalçaçılıq ənənələrini müasir 3D texnikası ilə təqdim edir

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalı çərçivəsində “OTHERWORLDS” fərdi sərgisi VİDEO

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalı çərçivəsində “OTHERWORLDS” fərdi sərgisi VİDEO

Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub

Britaniyanın Baş naziri: Dünyadakı qeyri-sabit vəziyyət planlarımızı həyata keçirməyə imkan vermədi

Bu ilin yanvar-sentyabr aylarında narkomaniya ilə bağlı 6247 cinayət faktı aşkarlanıb – Yekun məlumat

Qlobal İnnovasiya İndeksi üzrə Əlaqələndirmə qrupunun növbəti iclası olub

İrlandiya Şimali İrlandiya ilə mümkün birləşməyə hazırlıq məqsədilə ilk dəfə xüsusi qurum yaradacaq

Bakının məşhur “Metropol”undan dahi Nizaminin məbədinə: 87 illik şanlı tarix

Oman yaxınlığında hücuma məruz qalan gəminin 25 nəfərlik heyəti təxliyə edilib

ABİF işğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu təqdim edir

Azərbaycanın və Gürcüstanın Baş nazirləri “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər

Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi finala vəsiqə qazanıb

Qazaxıstanın Türküstan şəhəri 2027-ci ildə “İslam dünyasının mədəniyyət paytaxtı” olacaq

Çində qu quşlarının qış məskənindən füsunkar görüntülər – FOTOLAR

Dünya çempionatı: Portuqaliya millisi B yolunun finalında Zambiyaya uduzub

Sankt-Peterburqda müasir Azərbaycan yazıçılarının hekayələrindən ibarət kitab nəşr olunub

Xarici təhdidlərə qarşı effektiv mübarizə üsulu - azərbaycançılıq ideologiyası – TƏHLİL

İllərlə xarici dil öyrənən şagirdlər niyə sərbəst danışa bilmirlər? – metodistin tövsiyələri

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

“Bakıya uçuş” festivalı çərçivəsində Fərhad Xəlilovun “Mənim Abşeronum: Üstə gəl” sərgisi nümayiş etdirilir

® Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

Elmi dərəcə və ad alan 56 şəxsə diplom və attestatlar təqdim olunub

Professor: Mədəniyyət sülhün mühüm mənəvi dayağıdır

“Qələbə qaçışı”na rekord sayda iştirakçı qatılacaq

Böyük Britaniyada təhsil alan azərbaycanlı mütəxəssis: Süni intellekt kiberhücumları daha mürəkkəb hala gətirir - MÜSAHİBƏ

Azərbaycana idxal olunan elektromobil və hibrid avtomobillərin sayı açıqlanıb – STATİSTİKA

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Niderlandla müsbət siyasi dialoq Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına töhfə verir