Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

XARİCİ ÖLKƏLƏRDƏ YAŞAYAN HƏMVƏTƏNLƏRİMİZ AZƏRBAYCAN PREZİDENTİ SEÇKİLƏRİNDƏ YÜKSƏK FƏALLIQLA İŞTİRAK ETMİŞLƏR

MOSKVA. Ölkəmizin Rusiyadakı səfirliyində oktyabrın 15-də səhər saat 8-dən bütün beş seçki məntəqəsində Azərbaycan Respublikası prezidenti seçkiləri üzrə səsvermə başlanmışdır. Rusiya ərazisində yaşayan və bu günlərdə burada olan həmvətənlərimiz özlərinin vətəndaşlıq borclarını yerinə yetirmişlər.

Əgər Moskva vaxtı ilə saat 11-dək bütün məntəqələrdə 369 seçici, saat 14-dək 2000 seçici, saat 17-dək isə 3300 seçici səs vermişdisə, seçki prosesinin sonuna yaxın onların sayı 7030 nəfərə çatmışdır ki, bu da səs vermələri gözlənilən seçicilərin 96 faizinə bərabərdir.

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Rizayevin sözlərinə görə, seçkilər görünməmiş fəallıqla keçmişdir. Səfir bunu seçkilərə ciddi hazırlıqla və bu işə Ümumrusiya Azərbaycan Konqresinin və ayrı-ayrı həmvətənlərimizin yaxından kömək göstərməsi ilə izah etmişdir.

Vətənimiz üçün bu əlamətdar gündə səs verənlər heç də təkcə Moskvada yaşayan həmvətənlərimiz deyildi. Voronej, Yaroslavl, Ryazan, Tula, İvanovo, Tver şəhərlərindən və digər yaxın bölgələrdən həmvətənlərimiz qatarlarla, xüsusi avtobuslarla səs verməyə gəlmişdilər.

Məntəqə seçki komissiyasının sədri Nağı Qurbanov demişdir ki, seçkilər azad və demokratik şəraitdə keçmiş, bundan ötrü maksimum şərait yaradılmışdı. Məsələn, Moskvadakı Azərbaycan vətəndaşlarının xahişi ilə səyyar qruplar təşkil olunmuşdu. Bu qruplar seçicilərimizin yığcam yaşadıqları və işlədikləri yerlərə gedərək, onlara öz vətəndaşlıq borclarını yerinə yetirməyə imkan yaradırdılar.

Seçicilərin yüksək fəallığını müşahidəçilər də qeyd etmişlər. Misal üçün, müstəqil müşahidəçi Pərviz Hacıyevin sözlərinə görə, o, Seçki Məcəlləsinin tələblərinin pozulduğuna, seçicilərə təzyiq göstərildiyinə dair heç bir fakt qeydə almamışdır.

Seçkilərə gələn adamların yaxşı ovqatda olması sübut edirdi ki, onlar kimə səs verdiklərini, gözəl gələcək üçün öz ümidlərini kimə bağladıqlarını bilirlər.

X X X

ANKARA. Türkiyədə yaşayan və işləyən, buraya müvəqqəti ezamiyyətə gələn vətəndaşlarımız, dost və qardaş ölkənin ali təhsil ocaqlarında oxuyan tələbələrimiz oktyabrın 15-də Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzinə və İstanbuldakı baş konsulluğumuza gələrək, azad və demokratik şəraitdə prezident seçkilərində iştirak etmişlər.

Seçkilər bayram əhval-ruhiyyəsində, yüksək fəallıq şəraitində keçmişdir. Türkiyənin kütləvi informasiya vasitələri də seçkilərə böyük diqqət yetirmişdir. Seçki məntəqələrinə gələn jurnalistlər səsvermə prosesi ilə maraqlanmışlar. Bütün gün ərzində Türkiyənin televiziya kanallarında və İnternet saytlarında ölkə ictimaiyyətinə Azərbaycanda keçirilən prezident seçkilərinin gedişi barədə məlumat verilmişdir, türk jurnalistləri Azərbaycandakı və Türkiyədəki seçki məntəqələrində həmyerlilərimizdən müsahibələr almışlar.

Ankaradakı məntəqə seçki komissiyasının sədri, Azərbaycanın xalq artisti, tanınmış musiqiçimiz, professor Sərvər Qəniyev AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirmişdir ki, səsvermə zamanı heç bir pozuntuya yol verilməmiş, seçkilər mütəşəkkil və şəffaf keçmişdir.

Ankarada seçici siyahılarına 554 nəfər daxil edilmiş, ezamiyyətə gəlmiş daha bir nəfər də əlavə olunmaqla 555 seçici səs vermişdir.

İstanbulda siyahılara daxil olunmuş 733 seçicidən 662 nəfəri səsvermədə iştirak etmişdir.

X X X

KİYEV. Azərbaycan Respublikası prezidenti seçkilərində Kiyevdəki həmvətənlərimiz də yüksək fəallıq göstərmişlər. Azərbaycanın Ukraynadakı səfirliyində yaradılmış məntəqə seçki komissiyasının sədri Arif Quliyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, siyahılara daxil edilmiş 2853 seçicidən 2496 nəfəri Bakı vaxtı ilə saat 17-dək səs vermişdi. Xarkov və Dnepropetrovsk şəhərində də seçki məntəqəsi fəaliyyət göstərmişdir.

Azərbaycanın Ukraynadakı səlahiyyətli səfirinin Dnepropetrovsk şəhəri üzrə fəxri müşaviri Mərhəmət Bəşirov bildirmişdir ki, 16 saylı Yasamal ikinci seçki dairəsinin 3 saylı Dnepropetrovsk seçki məntəqəsində 652 vətəndaşımıza bildiriş verilmişdi. Onların böyük əksəriyyəti Dnepropetrovskın özündə, bir qismi isə qonşu Zaporojye, Kirovoqrad, Pavloqrad, Krivoy-Roq, Novomoskovsk, Melitopol və s. şəhərlərdə yaşayırlar. Buna baxmayaraq, həmvətənlərimiz böyük fəallıq göstərmiş, Azərbaycanın müqəddəratında mühüm rol oynayacaq bu seçkilərdən kənarda qalmamaq üçün seçki günü onların 632 nəfəri seçki məntəqəsinə gəlib səsvermədə iştirak etmişdir.

X X X

MİNSK. Oktyabrın 15-də Belarus Respublikasında olmuş soydaşlarımız öz vətəndaşlıq borcunu böyük ruh yüksəkliyi ilə yerinə yetirmişlər. Bakı vaxtı ilə saat 17-dək Minskdə 305 seçicinin 270 nəfəri səs vermişdir.

X X X

Azərbaycanın Fransadakı səfirliyində təşkil olunmuş seçki məntəqəsi səhər tezdən seçiciləri qəbul etmişdir. Seçkilərin normal şəraitdə keçməsi üçün burada maksimum şərait yaradılmışdı. Seçki keçirilən otaqda ölkəmizin üçrəngli bayrağı qoyulmuş, seçkilərlə bağlı müxtəlif plakatlar asılmışdı, prezidentliyə namizədlərin siyahısı və onlar barədə qısa məlumatlar, seçki haqqında qanun və digər sənədlər vardı.

Səsverməyə hamıdan əvvəl səfirliyin əməkdaşları gəlmişdilər. Fransada yaşayan, təhsil alan, ezamiyyətdə olan azərbaycanlılar səsvermədə böyük həvəslə iştirak etmişlər.

Tələbə Emin Qurbanov AZƏRTAC-ın müxbirinə demişdir:

- Mən Parisdən uzaqda, Kann şəhərində yaşamağıma baxmayaraq, öz vətəndaşlıq borcumu yerinə yetirmək üçün buraya gəlmişəm. Vətəndən uzaqda olsam da, ölkəmizdə baş verən hadisələri diqqətlə izləyirəm. Mən öz seçimimi əvvəldən etmişdim və bu gün Azərbaycanımızın, daha yaxşı gələcəyinə səs verdim.

Mən və tələbə dostlarım ölkəmizdə sabitliyin davam etməsini, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun daha da yüksəlməsini, respublikamızın iqtisadi qüdrətinin artmasını, xalqın rifah halının yaxşılaşmasını istəyirik.

Parisdə seçici siyahısındakı 62 seçicidən 49-u, habelə Fransada ezamiyyətdə olan 28 vətəndaşımız səsvermədə iştirak etmişdir.

X X X

Berlində Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyində yaradılmış seçki məntəqəsində prezident seçkiləri demokratik, ədalətli və şəffaf şəraitdə keçirilmişdir. Demək olar ki, bütün prezidentliyə namizədlərin mənsub olduqları partiyaların müşahidəçiləri səsvermənin gedişini əvvəldən sona qədər izləmişlər. Şəffaf seçki qutusu açılarkən onların iştirakı ilə səsvermənin nəticələri hesablanmış və elan olunmuşdur. 3 səsvermə bülleteni etibarsız sayılmışdır.

Səsvermədə 138 Azərbaycan vətəndaşı iştirak etmişdir.

X X X

TBİLİSİ. Gürcüstanda müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşları ölkəmizin Tbilisidəki səfirliyində təşkil olunmuş seçki məntəqəsində səs vermişlər.

Məntəqə yerli vaxtla səhər saat 8-dən fəaliyyətə başlamışdır. Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Hacan Hacıyev bildirmişdir ki, seçkilərin şəffaf və demokratik keçirilməsi üçün bütün tədbirlər görülmüşdür. Marneulidə təhsil alan tələbələrin səs verməsi üçün xüsusi nəqliyyat vasitələri ayrılmışdır.

Məntəqə seçki komissiyasının sədri Hamlet Qaralov demişdir ki, Gürcüstanda olan bütün vətəndaşlarımızın səs vermələrinin təmin edilməsi üçün əvvəlcədən “Gürcüstan” və “Svobodnaya Qruziya” qəzetlərində səfirliyin bildirişi dərc olunmuş, habelə seçicilərə şəxsən və telefonla da xəbər verilmişdir. Bütün bu tədbirlərin nəticəsində seçicilər yüksək fəallıq göstərmişlər.

Axşam saat 19.00-da səsvermə başa çatmış, seçki bülletenləri sayılmışdır. Seçkilərdə 511 nəfər iştirak etmişdir.

X X X

DAŞKƏND. 17 nömrəli Yasamal üçüncü seçki dairəsinin Azərbaycanın Özbəkistandakı səfirliyində yaradılmış seçki məntəqəsində səsvermə mütəşəkkil başa çatmışdır. Səhər saat 8.00-dan axşam saat 19.00-dək Daşkənddə, Özbəkistanın digər şəhərlərində, habelə Cənubi Qazaxıstanda yaşayan Azərbaycan vətəndaşları səsvermədə iştirak etmiş, istədikləri namizədə səs vermişlər.

İlk olaraq Azərbaycan Respublikasının Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Aydın Əzimbəyov səs vermişdir.

Seçicilər arasında Bakıdakı ADO-Q tikinti şirkətinin əməkdaşları da var idi. Onlar Azərbaycanın Özbəkistandakı səfirliyinin yeni binasının tikintisində iştirak edirlər.

Məntəqə seçki komissiyasının məsul katibi Şahin Əhmədov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, səsverməyə çox böyük maraq var idi. Seçicilər istədikləri namizədə səs verirdilər.

BMT-nin Mütəşəkkil cinayətkarlıq və narkotiklərə nəzarət idarəsinin Mərkəzi Asiyadakı regional nümayəndəliyinin müşaviri Tofiq Mürşüdlü demişdir ki, seçkilər çox demokratik və şəffaf keçdi. Arzum budur ki, seçiləcək yeni prezident xalqımızın ən ağır problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etsin, ev-eşiyindən qovulmuş köçkünlər yurd-yuvalarına qayıtsınlar.

X X X

AŞQABAD. 17 nömrəli Yasamal üçüncü seçki dairəsinin Azərbaycanın Aşqabaddakı səfirliyində yaradılmış seçki məntəqəsində Türkmənistanda yaşayan və işləyən, habelə ezamiyyətdə olan vətəndaşlarımız səs vermişlər. Səsvermənin demokratik qaydada keçməsi üçün səfirlikdə hər cür şərait yaradılmışdı.

Səhər tezdən Azərbaycanın Türkmənistandakı səfiri Elxan Hüseynov, səfirliyin əməkdaşları və onların ailə üzvləri səs vermişlər.

Məntəqə seçki komissiyasının sədri Nizami Rüstəmov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, apardığımız təşviqat işinin nəticəsidir ki, vətəndaşlarımız seçkiyə böyük maraq göstərmiş və istədikləri namizədə səs vermişlər.

Aşqabadda yaşayan Cəbrayıl qaçqını İradə Mehdiyeva demişdir: Mən torpaqlarımızı qaytara biləcək namizədə səs verdim və ümid edirəm ki, o, buna nail olacaqdır.

Təqaüdçü Zemfira Qafarova isə arzu edir ki, Azərbaycan xalqı sülh və əmin-amanlıq şəraitində yaşasın, əhalinin güzəranı yaxşılaşsın. O, səs verdiyi namizədin bu arzuların həyata keçirilməsini təmin edə biləcəyinə ümid bəsləyir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub

Bioelektrik siqnal şəbəkəsinin formalaşmasının molekulyar-struktur əsasları - elmi seminar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsil proqramı çərçivəsində dəyirmi masa təşkil edilib

Ekspert: Yeni tariflər elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmada sui-istifadə hallarının qarşısının alınmasına öz töhfəsini verəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib

Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir

Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var

"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib  YENİLƏNİB

® “Kapital Bank”ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi edib

AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub

Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub

Elm və Təhsil Nazirliyi ilə NAFSA arasında əməkdaşlıq imkanları müzakirə edilib

® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!

BDU-da QS beynəlxalq reytinq agentliyinin regional direktoru ilə görüş

Albaniyalı akademik Azərbaycandakı dinlərarası harmoniya barədə məlumatlandırılıb

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər müəyyənləşdirilib

ADNSU ilə Daşkənd Kimya Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb

Azərbaycan-Rusiya əməkdaşlığının nəqliyyat sahəsindəki inkişaf perspektivləri müzakirə olunub

Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə də elektron qaydada pensiya təyin olunacaq

Türkiyənin “Mədəniyyət yolu” festivalında Azərbaycanın iştirakı müzakirə edilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib

“Heydər Əliyev və milli mədəniyyət strategiyası” - tələbə-şagird konfransı

Amerika din xadimləri ilə görüşdə Azərbaycandakı tolerantlıq mühiti diqqət mərkəzində olub

Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib

Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında

Türkiyə-Azərbaycan Universiteti növbəti tədris ilində tələbə qəbuluna başlayacaq

Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır

® “GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcək

Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib

“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1063-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Lənkəranda vətəndaşların müraciətlərini dinləyib

San-Tome və Prinsipi ada dövləti Portuqaliyanın müstəmləkəçilik təzminatının ödənilməsi haqqında plan hazırlayır

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 avqust tarixli 359 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar

UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar tələbə konfransı keçirilib

Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 447 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası ərazisində dövlət  mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyi: 49 müəssisədə nöqsanlar aşkarlanıb

“Gələcək üçün bacarıqlar” layihəsinin növbəti inkubasiya proqramı təqdim olunub

“Vagaclub”un üzvü: Laçında gələcəkdə dağ alpinizminin inkişafı üçün əlverişli şərait var

Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyi bir sıra tədbirlərlə qeyd ediləcək

Rusiya və Tacikistan prezidentləri terrorizmə qarşı mübarizə məsələlərini müzakirə ediblər

Biləcəri qəsəbəsində qablaşdırılmış içməli su emalı müəssisəsində istehsal dayandırılıb

Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var

Alister Çarlz: İnanıram ki, Bakı Forumunda aparılan müzakirələr dünyada sülhün təmin olunmasına töhfə verəcək

Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub

Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib VİDEO

Botanik alimlər Azərbaycanda yayılmış “Artemisia” cinsi növlərini tədqiq ediblər

AIPA-nın Baş katibinə Azərbaycanda qadın hüquqlarının tarixi barədə məlumat verilib

Azərbaycanın U-19 yığması İrlandiya, İslandiya və Moldova ilə eyni qrupa düşüb

Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb

Elm və Təhsil Nazirliyi “Times Higher Education” ilə əməkdaşlığa başlayır

Kanada millisində çalışan azərbaycanlı məşqçi: Gimnastlarımı öz Vətənimdə keçirilən yarışa hazırlamaq qürurvericidir

Hərbi bilik yarışının qalibləri mükafatlandırılıblar

Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir

AzMİU-nun əməkdaşları bölgələrdə yuxarı sinif şagirdləri ilə görüşüblər

Dini konfessiyaların nümayəndələri Suqovuşan və Talışdakı Alban məbədlərini ziyarət ediblər VİDEO

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikasının Qanunu

Tələbə yoldaşlarımla birlikdə öyrənmək və biliklərimi onlarla bölüşmək qürurvericidir – peşə təhsili alan sahibkar

Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İstanbuldakı lisenziya turnirinə qatılacaq Azərbaycan güləşçiləri dəqiqləşib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilib YENİLƏNİB

® İrşad müştərilərinə 5 milyon manatdan çox bonus qazandırdı

Alimlər piylənmənin yeni səbəbini tapıblar - Tədqiqat

Yunus Əmrə İnstitutunda "Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan-Avstraliya Dostluq Qrupunun həmsədri ilə görüş keçirilib

Forum iştirakçısı: COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji imkanlarını nümayiş etdirməsi üçün əla fürsətdir

SOCAR: Şirkətin fəaliyyətində və strukturunda müəyyən dəyişikliklər nəzərdə tutulub

Moskvada Azərbaycan və Rusiya Baş nazirləri müavinlərinin görüşü keçirilib

Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər

“Bilişim Vadisi”nin direktoru: Azərbaycanın texnologiya ölkəsinə çevrilməsində dəstəyi davam etdirəcəyik

Konstitusiya Məhkəməsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib

Baş prokuror Tərtər rayonunda 71 vətəndaşın müraciətini dinləyib

AQTİ-nin mütəxəssisləri Şabran rayonunda təlim, məsləhət və qiymətləndirmə xidmətləri həyata keçirib

® “PAŞA Holding”in dəstəyilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək

Norveçli səyyah: Azad olunmuş əraziləri ziyarət etmək bizim üçün çox maraqlı oldu VİDEO

Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb

İcraçı direktor: Azərbaycan dilində süni intellektin yaradılması üzrə işlər davam etdirilir

Macarıstan hökuməti Budapeştin UEFA Çempionlar Liqasının finalına ev sahibliyi etməsini dəstəkləyir

Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb

“Bakı KOB evi”ndə sahibkarlara göstərilən xidmətlərin 72 mindən çoxu 10 dövlət qurumunun payına düşür

Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib

AXA-nın sədri Beyləqanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Azərbaycan-Türkiyə əməkdaşlığının dini sahədə inkişaf perspektivləri müzakirə edilib

Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

® Azərbaycan banklarının nümayəndələri Türkiyənin “Ziraat Bankası”nda qonaq olublar

ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub

Suriyada İŞİD-in hücumu nəticəsində 17 hərbçi həlak olub

MDB İnformasiya Şurasının növbəti iclası Moskvada keçiriləcək

Həm delimitasiya, həm də sülh prosesinin vasitəçilərsiz də praktiki nəticələr verdiyi reallıqdır - ŞƏRH

Bakı-Tbilisi-Qars dəmir yolu xəttində modernləşdirmə işləri başa çatıb MÜSAHİBƏ

ADAU-da sahibsiz heyvanlarla bağlı növbəti aksiya

Avropa çempionatı: Azərbaycanın U-17 yığmasının seçmə mərhələdəki rəqibləri bəlli olub

Agentlik aprel üzrə diplomların tanınması statistikasını açıqlayıb

Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb