MƏDƏNİYYƏT
Xətai kitabxanasında tədbir - Ömrümüzün sevinc payı
![](/files/galleryphoto/2022/2/1200x630/16540893392556531759_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16540893393023942426_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1654089339924512032_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1654089339499827946_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16540893393807712694_1200x630.jpg)
Bakı, 1 iyun, AZƏRTAC
Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi və Asudə Vaxt Mərkəzinin birgə təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Ömrümüzün sevinc payı” adlı tədbir keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxananın Uşaq şöbəsinin müdiri Təranə Quliyeva tədbiri giriş sözü ilə açaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə onları təbrik edib və göstərilən diqqət və qayğıdan söz açıb.
Kitabxananın direktoru Həmidə Məmmədova və Asudə Vaxt Mərkəzinin müdiri Rəşad İsmayılov, eləcə də 257 nömrəli tam orta məktəbin sinif müəllimi Svetlana Məmmədova çıxışlarında Uşaqların Beynəlxalq Müdafiəsi Gününün yaranma tarixi barədə məlumat verərək, bu münasibətlə uşaqlara öz xoş arzularını diləyiblər.
Qeyd edilib ki, Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqət mərkəzində saxlayıb və bu gün də həmin ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbir uşaqların çıxışı ilə, viktorinalarla, əyləncəli oyunlarla, rəqs və yarışlarla davam edib.