ELM VƏ TƏHSİL
Xəzər Universiteti dünyanın yüz ən yaxşı universiteti sırasında
Bakı, 19 dekabr, AZƏRTAC
Dünyada universitetlərin reytinqinin müəyyənləşdirilməsi sahəsində tanınmış təşkilatlardan biri “QS” təşkilatıdır. “QS” reytinq cədvəli universitetin dünyada nüfuzu, məzunların işlə təmin olunması, beynəlxalq əlaqələri, müəllim-tələbə nisbəti, elmi nəşrlər, xarici tələbə və müəllimlərin faizi kimi meyarlara görə formalaşdırılır.
AZƏRTAC xəbər verir ki, “QS” təşkilatı cari il dekabrın 17-də yeni reytinq cədvəlini açıqlayıb. Bu reytinqdə Xəzər Universiteti 39.6 balla 71-ci yerdə qərarlaşıb.
Reytinqin əsas qiymətləndirmə meyarlarından biri xarici mütəxəssislərin işə cəlb edilməsidir və bu indikator üzrə Xəzər Universiteti ilk 5 ən yaxşı universitet sırasındadır.
“QS” təşkilatının son reytinq cədvəli haqqında ətraflı məlumatı http://www.iu.qs.com/eeca2014-rankings-results/ linkindən əldə etmək mümkündür.