REGİONLAR
Xüsusi istedada malik şagirdlər məktəb-liseyə qəbul olunmaq üçün imtahan veriblər
Gəncə, 3 sentyabr, AZƏRTAC
Gəncədəki İsrafil Məmmədov adına 27 nömrəli orta məktəbdə xüsusi istedada malik şagirdlərin məktəb-liseyin 5-ci sinfinə qəbulu ilə əlaqədar imtahan keçirilib.
AZƏRTAC xəbər verir ki, imtahanda Gəncə ilə yanaşı, Samux və Göygöl rayonlarının orta ümumtəhsil məktəblərindən olan şagirdlər də iştirak ediblər. Ümumilikdə 183 şagirdin qatıldığı imtahanda Azərbaycan dili və riyaziyyatdan 50 sual verilib. Suallardan 25-i test formasında, 25-i isə müxtəlif fənlərə aid olub.
İmtahanların nəticələri həftənin sonunadək müəyyənləşəcək. Keçid balı isə şagirdlərin bilik səviyyəsinə uyğun təyin ediləcək.