İQTİSADİYYAT
Yanvar-fevralda “Azneft” İB-də 1,37 milyon ton neft və 944,6 milyon kubmetr təbii qaz hasil edilib
Bakı, 16 mart, AZƏRTAC
Yanvar-fevralda “Azneft” İstehsalat Birliyi (İB) üzrə 1 milyon 37,8 min ton neft və 944 milyon 609 min kubmetr təbii qaz hasil olunub.
İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, iki ayda “Azneft” üzrə 1 milyon 34,4 min ton plan-tapşırığına qarşı, 1 milyon 37,8 min ton neft hasil edilib və plana 100,3 faiz əməl olunub. Hesabat dövründə 917 milyon 140 min kubmetr qaz hasilatı nəzərdə tutulduğu halda, bu rəqəm 944 milyon 609 min kubmetrə bərabər olub və plan 103 faiz yerinə yetirilib.
Ötən iki ayda fəaliyyətsiz quyu fondundan 27 quyu istismara qaytarılıb. Bu quyulardan 629 ton neft hasil edilməsi planlaşdırıldığı halda, faktiki olaraq 3 min 956 ton neft alınıb ki, bu da plandan 3 min 327 ton çoxdur. İlin əvvəlindən birlik üzrə 114 geoloji tədbir keçirilib və nəticədə 7 min 343 ton neft hasil edilib. Bu da plana qarşı 34 tədbir çox və 1053 ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə 6 min 138 ton plana qarşı 7 min 743 ton neft hasil edilib.
Fevralda “Azneft” İB-nin sifarişi əsasında 9 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 3 min 704 ton neft hasil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]