SİYASƏT
YAP OĞUZ RAYON TƏŞKİLATI BƏLƏDİYYƏ SEÇKİLƏRİNƏ HAZIRLAŞIR
Bakı, 12 sentyabr (AZƏRTAC). Yeni Azərbaycan Partiyasının (YAP) yerli təşkilatları bələdiyyə seçkilərinə hazırlığı davam etdirirlər.
YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov artıq seçki qərargahının yaradıldığını və elektoratın öyrənilməsi prosesinin davam etdiyini bildirmişdir.
Partiya fəallarının seçkilərlə əlaqədar görəcəyi işlərlə bağlı məlumatlandırıldıqlarını deyən Saleh Məhərrəmov vurğulamışdır ki, seçkilərə rəsmi start verildikdən sonra hazırladıqları fəaliyyət proqramına uyğun olaraq kompleks tədbirlər həyata keçiriləcəkdir.
O demişdir: “Oğuzlular bu gün Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi işləri rayonumuzun timsalında əyani şəkildə görür və yüksək qiymətləndirirlər. Əminəm ki, seçicilərimiz YAP-ın namizədlərinə səs verəcəklər. Çünki, hər kəs bilir ki, YAP monolit siyasi təşkilat olaraq, hər zaman cəmiyyətə yeniliklər bəxş edir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [17:54]
Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar
- 03.05.2024 [17:40]
Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub
- 03.05.2024 [16:38]