DÜNYA
Yaponiya əhalisi növbəti tufan təhlükəsi ilə üz-üzədir
Tokio, 30 avqust, AZƏRTAC.
Yaponiya əhalisi Hönsyü adasına yaxınlaşan, güclü külək və leysan yağışların müşayiət etdiyi növbəti tufan təhlükəsi ilə üz-üzədir.
Mərkəzi Meteoroloji Agentliyin verdiyi məlumata əsasən, “Layonrok” tufanı saatda 25 kilometr sürətlə Yaponiyanın şimal-şərq sahillərinə yaxınlaşır. Avqustun 29-da axşam saat altı radələrində onun Tokionun cənubunda yerləşən İcu adaları silsiləsinə çatdığı qeyd edilir.
Agentlik xəbərdarlıq edərək bildirib ki, Yaponiyanın şimalına doğru hərəkət edən tufan avqustun 30-da ölkənin şimal-şərq regionunu ağuşuna alacaq.
Əhaliyə mümkün daşqınlar, torpaq sürüşmələri, tornado və digər təhlükələr barədə də xəbərdarlıq olunub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.04.2024 [17:42]
Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır
- 27.04.2024 [15:48]
Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb
- 27.04.2024 [14:43]
Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək
- 27.04.2024 [14:31]
Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb
- 27.04.2024 [13:32]