DÜNYA
Yaponiya hökumətinin nümayəndəsi ABŞ İsraildəki səfirliyinin yerinin dəyişməsi ilə bağlı narahatlığını bildirib
Tokio, 14 may, AZƏRTAC
Yaponiya Nazirlər Kabinetinin baş katibi Yaşihide Suqa ABŞ səfirliyinin yerinin Təl-Əvivdən Qüds şəhərinə köçürülməsi ilə bağlı narahatlığını ifadə edərək bildirib ki, bu, Yaxın Şərqdə sülh danışıqlarına mənfi təsir göstərərək, regionda vəziyyəti gərginləşdirə bilər.
Mayın 14-də Y.Suqa kütləvi-informasiya vasitələrinin nümayəndələrinə deyib ki, ABŞ məsələ ilə bağlı mövqeyini açıqlayaraq, Qüdsün statusunun məsələyə aid olan bütün tərəflərin iştirakı ilə müəyyən olmasının zəruriliyini bildirib.
Y.Suqa bir daha məsələyə Yaponiyanın mövqeyini bildirərək qeyd edib ki, bu, məsələnin iki dövlət prinsipi əsasında həllini nəzərdə tutur və gələcəkdə İsrail ilə yanaşı, Fələstin dövlətinin mövcud olmasını əks etdirir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]
Suriyada İŞİD-in hücumu nəticəsində 17 hərbçi həlak olub
- 03.05.2024 [15:47]
Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb
- 03.05.2024 [15:16]
Milanda içki satışına bəzi qadağalar qoyulub
- 03.05.2024 [15:03]