DÜNYA
Yaponiya seysmoloqları Nankay şökəkliyi rayonunda güclü zəlzələnin mümkünlüyünü proqnozlaşdırırlar
Tokio, 25 may (AZƏRTAC). Yaponiya hökuməti yanında seysmik tədqiqatlar komitəsinin məlumatına görə, Sakit okeanın Yaponiya sahillərində yaxın 30 ildə 8-9 bal gücündə zəlzələnin baş verməsi ehtimalı 60-70 faizə bərabərdir.
Güclü zəlzələ Yaponiyanın mərkəzindən qərb istiqamətində - dənizin dibi boyunca 900 kilometr məsafədə uzanan Nankay çökəkliyi rayonunda gözlənilir. Mütəxəssislər bildirirlər ki, 8-9 ballıq zəlzələ bu çökəkliyin istənilən hissəsində baş verə bilər.
Proqnozda qeyd edilir ki, güclü zəlzələnin baş verməsi ehtimalı yaxın 10 il üçün 20 faiz, 20 il üçün 40-50 faiz, 30 il üçün isə 60-70 faiz təşkil edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]