DÜNYA
Yaponiyada anomal istilərdən 6 nəfər ölüb
Bakı, 5 iyul, AZƏRTAC
Yaponiyada son bir həftə ərzində anomal istilər nəticəsində azı 2847 nəfər xəstəxanaya yerləşdirilib, 6-sı isə ölüb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin müvafiq idarəsi məlumat verib.
Məlumata görə, zərərçəkənlərin sayı iyun ayı ilə müqayisədə 3 dəfə artıb. Aprel ayından bəri 9 min nəfər bu səbəbdən xəstəxanalara düşüb. Yaponiyanın demək olar bütün ərazisində isti hava şəraiti hökm sürür. Bir sıra mərkəzi bölgələrdə havanın temperaturu 38 dərəcədən yuxarıdır. Yerli həkimlər insanları uzun müddət günəş altında olmamağa, baş geyimləri geyməyə, imkan daxilində çox maye qəbul etməyə çağırır.
Ötən il Yaponiyada istilərə görə 100 nəfər həlak olub, 53 mini isə xəstəxanaya yerləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]