DÜNYA
Yaponiyada istehlak vergisinin artırılması təxirə salına bilər
Tokio, 19 avqust (AZƏRTAC). Yaponiya Nazirlər Kabinetinin məsləhətçilərindən biri ölkə iqtisadiyyatını deflyasiya vəziyyətindən çıxarmaq üçün istehlak vergisinin artırılması cədvəlini dəyişməyi təklif etmişdir.
Bu ideyanı Şizuoka Universitetinin professoru Eçuro Honda NHK televiziya kanalı ilə çıxışında irəli sürmüşdür. Yaponiya hökuməti istehlak vergisini gələn ilin aprelinədək mövcud beş faizdən səkkiz faizə qaldırmağı planlaşdırır.
Professor Eçuro Honda demişdir ki, hökumət istehlak vergisinin artırılmasını bir il təxirə salmalıdır. Çünki həmin verginin istənilən şəkildə artımı ölkə iqtisadiyyatının deflyasiya vəziyyətini aradan qaldırmağa yönəlmiş xəttə mənfi təsir göstərəcəkdir
Yaponiyanın Baş naziri Şinzo Abe məsələ ilə bağlı son qərarını payızda parlamentin növbədənkənar sessiyasında qəbul etməyi planlaşdırır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [19:20]
Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək
- 30.04.2024 [19:14]
Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib
- 30.04.2024 [19:04]
Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək
- 30.04.2024 [18:54]
Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü
- 30.04.2024 [17:39]
Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb
- 30.04.2024 [17:34]