DÜNYA
Yaponiyanın Baş naziri iki nazirin istefasına görə üzr istəyib
Yaponiyanın Baş naziri Şinzo Abe Nazirlər Kabinetinin iki üzvünün istefası ilə əlaqədar üzr istəyib. Ş.Abe deyib ki, həmin şəxsləri nazir təyin etdiyinə görə məhz o məsuliyyət daşıyır.
Oktyabrın 20-də jurnalistlərlə görüşündə Baş nazir bildirib ki, günün sonunadək iqtisadiyyat, ticarət və sənaye naziri xanım Yuko Obuçinin və ədliyyə naziri xanım Midori Matsuşimunun yerinə yeni nazirlər təyin edəcək.
O deyib: Hər iki nazir ölkədə davam edən siyasi və administrativ prosesslərə mane olmamaq üçün istefa veriblər. Onların iradəsinə hörmətlə yanaşdım və hər iki nazirin istefası qəbul olundu.
Həmin gün Ş.Abe xanım Yoko Kamikavanı ədliyyə naziri, parlamentin yuxarı palatasının deputatı Yoiçi Miyazavanı isə iqtisadiyyat, ticarət və sənaye naziri təyin edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]