DÜNYA
Yaponiyanın Fəxri İmperatriçəsi Miçikonun 85 yaşı tamam olub
Tokio, 20 oktyabr, AZƏRTAC
Oktyabrın 20-də Yaponiyanın Fəxri İmperatriçəsi Miçikonun 85 yaşı tamam olub.
AZƏRTAC xəbər verir ki, bu, Miçikonun Fəxri İmperatriçə olduqdan sonra qeyd etdiyi ilk ad günüdür.
Xatırladaq ki, cari il aprelin 30-da İmperator Akihito taxtdan imtina etdikdən sonra Miçiko Fəxri İmperatriçə adlanmağa başlayıb.
Yaponiya İmperator Sarayı Dəftərxanasının yaydığı məlumata görə, bu yaxınlarda əməliyyat olunan Fəxri İmperatriçə özünü yaxşı hiss edir. Məlumatda, həmçinin qeyd edilir ki, Fəxri İmperator və Fəxri İmperatriçə təbii fəlakətin böyük ziyan vurduğu rayonlarda vəziyyəti çox diqqətlə izləyirlər.
Qeyd edilir ki, “Hagibis” tufanının çoxlu sayda çaylarda bəndləri dağıdaraq çox böyük ərazidə daşqınlar törətməsi nəticəsində insanların həlak olması və xəsarət alması onları dərindən kədərləndirir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]