REGİONLAR
Yardımlıda avtonəqliyyat vasitələrinin sayında artım qeydə alınıb
Yardımlı, 8 fevral, Bağır Əliyev, AZƏRTAC
2022-ci ilin əvvəlinə Yardımlı rayonunda 3836 avtomobil qeydə alınıb. Onlardan 2071-i texniki baxışdan keçib. Mövcud nəqliyyat vasitələrindən 94-ü hüquqi şəxslərin, 3742 ədədi fiziki şəxslərin mülkiyyətində olmaqla, 3291 ədədi minik, 445 ədədi yük, 22 ədədi xüsusi təyinatlı, 37 ədədi sərnişin avtobusu, qalanı isə digər növ nəqliyyat vasitələridir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Yardımlı Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, rayonda olan minik avtomobillərindən 2091 ədədi MDB istehsalı, 1200 isə ədədi xarici ölkə istehsalı olan avtomobillərdir. Minik avtomobillərinin istifadə etdiyi yanacağın növlərinə nəzər saldıqda onlardan 3128 ədədi benzin, 151 ədədi dizel, 12 ədədi isə qaz sərfiyyatlı nəqliyyat vasitələri növünə aiddir.
Rayonda istismarda olan avtomobillərin 3309 ədədinin və ya 86,3 faizinin buraxılış ili 10 ildən çoxdur.
Bu ilin əvvəlinə rayonda müxtəlif markadan olan avtonəqliyyat vasitələrinin ümumi sayında 460 ədəd artım qeydə alınıb. Hazırda rayonda hər 1000 nəfərə 47 minik avtomobili düşür.