İQTİSADİYYAT
Yasamal və Xətai rayonlarında ixtisaslaşdırılmış əmək yarmarkaları keçirilmişdir
Bakı, 2 mart (AZƏRTAC). Ötən ay Yasamal və Xətai rayon Məşğulluq Mərkəzləri tərəfindən təşkil edilmiş ixtisaslaşdırılmış əmək yarmarkalarında 11 müəssisə və təşkilatdan 128 vakansiya təqdim olunmuşdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu tədbirlərdə Yasamal rayonundan 70, Xətai rayonundan isə 49 işaxtaran iştirak etmişdir.
Yasamal rayonu üzrə 52 nəfərə müxtəlif vakansiyalar üzrə göndərişlər verilmiş, 7 nəfər peşə kurslarına cəlb olunmuşdur. Artıq 23 nəfərin işlə təmin olunması barədə məlumat vardır.
Xətai rayonunda isə 19 nəfərə göndərişlər verilmiş, onlardan 11 nəfəri işlə təmin olunmuş, 2 nəfər peşə kursuna yazılmışdır.