Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Yaşar Əliyev: Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı oyuncaq rejimə legitimlik görkəmi verməyə çalışır

Yaşar Əliyev: Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı oyuncaq rejimə legitimlik görkəmi verməyə çalışır

Vaşinqton, 24 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev Ermənistanın daimi nümayəndəsinin 2020-ci il 3 aprel tarixli məktubuna cavab olaraq, BMT-nin Baş Katibinə məktub ünvanlayıb. Məktubda bu il martın 31-də Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən keçirilmiş qondarma “seçkilər”dən bəhs edilir.

AZƏRTAC xəbər verir ki, Yaşar Əliyevin müraciətində deyilir: “Ermənistanın daimi nümayəndəsinin 2020-ci il 3 aprel tarixli məktubu və Ermənistan xarici işlər nazirliyinin həmin məktuba əlavə edilən, bu il martın 31-də Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ regionunda keçirilmiş qondarma “seçkilər” barədə bəyanatı ilə əlaqədar bunları qeyd etmək istərdim.

Bu qondarma seçkilərin məhz martın 31-də - 1918-ci ildə ermənilərin hücum əməliyyatları nəticəsində həlak olmuş minlərlə dinc sakinin xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycanda qeyd edilən Azərbaycanlıların Soyqırımı Günündə keçirilməsi heç də təsadüfi deyil. Şübhə yoxdur ki, bu cür nümayişkaranə əməllər onsuz da dumanlı olan sülh və barışıq perspektivlərinin daha da azalmasına, etimadsızlığın daha da dərinləşməsinə gətirib çıxaracaq.

“Seçkilər”in bütün dünyada koronavirus pandemiyasının misilsiz dərəcədə yayıldığı bir vaxtda və buna rəğmən keçirilməsi bir daha əyani şəkildə göstərir ki, Ermənistan işğal altında olan əhalinin salamatlığı və təhlükəsizliyi maraqlarını siyasi baxımdan özü üçün məqsədəuyğunluq mülahizələrinə tabe edir, ictimai əxlaq normalarına etinasızlıq göstərərək, beynəlxalq humanitar hüquq standartlarını tapdalayır. Nəticədə bu qondarma “seçkilər”dən dərhal sonra Azərbaycanın işğal edilmiş ərazilərində ilk koronavirus infeksiyası halları qeydə alınıb.

Ermənistan xarici işlər nazirliyinin bu çıxışı bir daha sübut edir ki, Azərbaycanın işğal edilmiş ərazilərində “seçkilər” həmin ərazilərdə Ermənistanın yaratdığı oyuncaq rejimə bir qədər legitimlik görkəmi vermək cəhdi ilə təşkil edilib. Aşkardır ki, bu cəhd tamamilə uğursuz olub.

“Seçkilər” Azərbaycan ərazilərinin hərbi işğalının və etnik təmizlənməsinin davam etməsi, Azərbaycan Respublikası Konstitusiyasının, onun qanunvericiliyinin, beynəlxalq hüququn norma və prinsiplərinin açıq-aşkar pozulması nəticəsində legitimlikdən əsər-əlamət olmadığı bir şəraitdə keçirilib. Beynəlxalq birlik Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin kollektiv şəkildə tanınmaması kimi ardıcıl və prinsipial mövqe tutduğunu bir daha qətiyyətlə təsdiq edib, qondarma seçkiləri etibarsız hesab edib. Beləliklə, bu seçkilərin heç bir mənası yoxdur. Ermənistan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini, Ümumdünya İnsan Hüquqları Bəyannaməsini və insan haqlarına dair beynəlxalq müqavilələri hüquqazidd şəkildə şərh etməklə bu sənədlərin obyektindən və məqsədlərindən, onların hərfi mənasından bixəbər olduğunu bir daha nümayiş etdirib. Həmin sənədlərdə təsbit edilmiş hüquq və azadlıqların mahiyyətini təhrif edən, özünün ilhaqçı cəhdlərini pərdələməyə çalışan Ermənistanın belə iddialarını aşağıdakı mülahizələrə əsasən asanlıqla rədd etmək olar.

-Beynəlxalq hüquqda müstəqil dövlətlərin tərkibindən birtərəfli qaydada çıxmağın yolverilməz olması barədə müddəa təsbit olunub. Bu müddəa hər hansı anlamda, o cümlədən təyini-müqəddərat hüququ mənasında bu cür ayrılmanı qanuniləşdirmək üçün əsas vermir və belə qeyd-şərt yoxdur. Müvafiq beynəlxalq hüquq sənədlərində, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və İnsan Haqları barədə Beynəlxalq Paktlarda təsbit olunmuş heç bir müddəanı suveren və müstəqil dövlətlərin ərazi bütövlüyünün qismən və ya tamamilə pozulmasını hər hansı şəkildə təşviq edən və ya buna icazə verən müddəa kimi şərh etmək olmaz. Bundan əlavə, insanın mənsub olduğu ölkənin və ya ərazinin siyasi, hüquqi və ya beynəlxalq statusu əsasında, bu ərazinin müstəqil, himayədə, özünü idarə etməyən və ya hər hansı başqa şəkildə suverenliyinin məhdudlaşdırılmasından asılı olmayaraq heç bir fərq qoyulmamalıdır” müddəası da Birləşmiş Millətlər Təşkilatının üzvləri olan dövlətlərin ərazi bütövlüyünü, strukturunu və konfiqurasiyasını sarsıtmaq və ya şübhə altına almaq məqsədilə bu cür icazə verilməsini və ya təşviq olunmasını nəzərdə tutmur.

-Hər hansı ayrı-seçkiliyə yol verilmədən hər kəs üçün hüququn aliliyi və qanun üzrə bərabər müdafiə prinsipləri insan haqlarının beynəlxalq müdafiəsi sisteminin əsasını təşkil edir. İnsan haqlarına dair beynəlxalq sənədlərdə birbaşa göstərilib ki, bu sənədlərdə heç bir müddəa hər hansı dövlətin, qrupun və şəxsin hər hansı fəaliyyətlə məşğul olmaq və ya onlarda tanınan hüquq və azadlıqları hüquqi qüvvədən məhrum etməyə yönəlmiş hər hansı aktlar həyata keçirmək üçün nəzərdə tutulan hüquq kimi şərh edilə bilməz. Sadə dildə desək, başqa subyektlərin hüquqlarının pozulması hesabına həyata keçirilə biləcək hüquqlar yoxdur.

-Bundan əlavə, Beynəlxalq İnsan Hüquqları Paktlarında və insan haqlarına dair digər müqavilələrdə nəzərdə tutulan hüquqlar həmin müqavilələrin iştirakçıları olan dövlətlərin daxili hüquq sistemində təsbit edilib və bu dövlətlərin konstitusion və hüquqi çərçivələrinə tam müvafiq şəkildə reallaşdırılmalıdır.

-Beynəlxalq vasitəçilər münaqişələrin nizamlanması prosesinə dair bəyanatlarında konkret olaraq Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (o vaxt Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi adlanırdı) 1975-ci il Helsinki yekun aktına istinad edirlər. Bu sənəd xüsusi halda iştirakçı dövlətlərin üzərinə “Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsədlərinə və prinsiplərinə, Beynəlxalq hüququn müvafiq normalarına, o cümlədən dövlətlərin ərazi bütövlüyünə aid norma və prinsiplərə daim riayət etməklə xalqların hüquq bərabərliyinə, öz taleyi barədə sərəncam vermək hüququna hörmət etmək” öhdəliyi qoyur.

-Bundan əlavə öz müqəddəratını təyin etmək iddiaları beynəlxalq hüquq normalarının hiddətləndirici şəkildə pozulmaları, o cümlədən dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı güc tətbiq edilməsinin və ya güc tətbiq ediləcəyi ilə hədələməyin qadağan edilməsi kimi imperativ normalar (jus cogens) pozulması ilə müşayiət edildiyi halda dəyərsizdir. Ərazi qanunazidd şəkildə güc tətbiq edilməsi yolu ilə əldə edilə bilməyəcəyinə görə dövlətlər qeyri-qanuni şəkildə əldə edilmiş ərazini hüquqi baxımdan tanımaqdan – həmin ərazi üzərində hakimiyyəti tanımaqdan imtina etməyə borcludurlar. Bu mövqe Beynəlxalq Məhkəmə tərəfindən dəqiq şərh edilib və dövlətlərin praktikasında ona ardıcıl olaraq riayət edilir.

-Təhlükəsizlik Şurasının yekdilliklə qəbul edilmiş 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrində Ermənistan xarici işlər nazirliyinin bəyanatında bəhs edilən “Arsax xalqı” və onun öz müqəddəratını təyin etmək hüququ barədə heç nə deyilməyib, hətta Azərbaycana qarşı güc tətbiq edilməsi və onun ərazilərinin işğal olunması pislənilib; Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət bəslədiyini təsdiq edib; Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasını təsdiqləyib və işğalçı qüvvələrin işğal edilmiş bütün ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Qeyd etmək lazımdır ki, Təhlükəsizlik Şurasının qətnamələri Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni icmasının ekstremist qüvvələri birtərəfli qaydada özlərinin “müstəqilliyini” elan edəndən sonra qəbul olunub. Beləliklə, Təhlükəsizlik Şurası tam dəqiq şəkildə bəyan edib ki, bu qərarın heç bir hüquqi qüvvəsi yoxdur.

-Analoji olaraq, ATƏT-in Minsk qrupunun 1993-cü il noyabrın 4-də qəbul edilmiş bəyannaməsində Təhlükəsizlik Şurasının qətnamələrinə rəğmən, Ermənistanın silahlı qüvvələri tərəfindən ərazilərin işğal edilməsinin genişlənməsi ilə əlaqədar göstərilib ki, “güc tətbiq edilməklə ərazi əldə edilməsi tanına bilməz, ərazinin işğalı isə beynəlxalq tanınmanın təmin edilməsi və ya hüquqi statusa hər hansı dəyişikliklərin qəbul etdirilməsi üçün istifadə edilə bilməz”.

Ermənistan münaqişənin nizamlanması prosesi kontekstində qəbul edilmiş bəyannamə və sənədləri özbaşına və istədiyi şəkildə şərh etməyə davam edir və bu münaqişənin guya beynəlxalq birliyin mövqeyini əks etdirən hadisə olması barədə öz təsəvvürlərini göstərir. Bundan əlavə, aşkardır ki, Ermənistan Təhlükəsizlik Şurasının qətnamələrində yuxarıda adları çəkilən əsas müddəaları xatırlatmaqdan çəkinir, belə bir faktın üzərindən sükutla keçir ki, ATƏT özünün müvafiq sənədlərində, bu təşkilatın iştirakçıları olan bütün dövlətlərin, o cümlədən Ermənistanın qəbul etdiyi qərarlarda Təhlükəsizlik Şurasının qətnamələrinə sadiq olduğunu bildirib, Dağlıq Qarabağ regionunun Azərbaycanın tərkib hissəsi olduğunu təsdiq edib və münaqişənin ATƏT-in prinsiplərinə, öhdəliklərinə və qaydalarına müvafiq şəkildə nizamlanmasına çağırıb.

-Dağlıq Qarabağ regionunun statusu birmənalıdır – bu, Azərbaycanın beynəlxalq miqyasda tanınmış, Ermənistanın qeyri-qanuni işğalı altında olan ərazisidir.

-Cari sülh prosesinin əsası və məqsədi erməni işğalçı qüvvələrinin Dağlıq Qarabağ regionundan və Azərbaycanın işğal edilmiş digər ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını, Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində onun ərazi bütövlüyünün bərpa olunmasını, məcburi köçkünlərin öz evlərinə və yurdlarına qaytarılmasını təmin etməkdən ibarətdir. Bu məqsədə nail olmaq kompromis deyil, zəruri şərtdir. Bu, həm labüddür, həm də mütləq zərurətdir, çünki qanunsuz olaraq qüvvə tətbiq edilməsi və bunun ardınca Azərbaycan ərazilərinin hərbi işğalı və etnik təmizlənməsi məsələnin həlli deyil və bunlar heç vaxt sülhə, barışığa və sabitliyə gətirib çıxarmayacaq. Azərbaycan münaqişənin bu çərçivələrdən kənarda hər hansı siyasi həllini nəzərdən keçirmir və bu anlayış əsasında nizamlama prosesində iştirak edir.

Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərində yaratdığı oyuncaq rejimin guya “münaqişənin nizamlanmasının əsas tərəfi” olması və bu rejimin uydurma qurumlarına guya seçilmiş insanların sülh prosesində hər hansı rol oynaması barədə iddiaları tamamilə səhvdir və işğal olunmuş ərazilərdə 2020-ci il martın 31-də saxta “seçkilər”in təşkilinin real məqsədini açıqlayır.

-Ermənistan Dağlıq Qarabağ regionundan bütün azərbaycanlıların qovulması məsələsində uğur qazanandan sonra, bu regionun erməni icmasını onun yeganə nümayəndəsi kimi təqdim etmək üçün səylərini əsirgəmir. Son iki il ərzində biz Ermənistan rəhbərliyinin sülh prosesini, o cümlədən danışıqların formatını pozmaq cəhdlərinin şahidiyik. Bu, ATƏT-in Minsk qrupunun həmsədrlərini 2019-cu il martın 9-da bəyanatla çıxış etməyə sövq edib. Onlar həmin bəyanatda digər tərəfin razılığı olmadan bu formata dəyişikliklər edilməsi barədə birtərəfli tələblər çəkinməyə çağırıblar.

-Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış oyuncaq rejimin qeyri-qanuni olması barədə beynəlxalq səviyyədə dəfələrlə söhbət olub; bu rejim Ermənistanın rəhbərliyi və nəzarəti altında fəaliyyət göstərir və nəticə etibarilə azərbaycanlılara qarşı irqi, etnik və dini motivlər əsasında törədilən təcavüzün, etnik təmizləmələrin və digər cinayətlərin məhsulundan başqa bir şey deyil. Bu oyuncaq rejim heç bir ölkə və beynəlxalq təşkilat tərəfindən dövlət kimi tanınmır və Ermənistanın bunun əksi barədə bütün iddiaları beynəlxalq birlik tərəfindən dəfələrlə təkzib edilib.

-Təhlükəsizlik Şurasının yuxarıda adları çəkilən, Azərbaycanın və onun tərkib hissəsi olan Dağlıq Qarabağ regionunun suverenliyinə və ərazi bütövlüyünə hörmət bəslənməsinin təsdiq edildiyi qətnamələrindən əlavə Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası özünün 16 iyun 2015-ci il tarixli məşhur “Çıraqov və digərləri Ermənistana qarşı” işində müəyyən edib ki, Ermənistan Dağlıq Qarabağ regionu və Azərbaycanın digər işğal edilmiş əraziləri üzərində nəzarəti həyata keçirir. Xüsusi halda, məhkəmə aşkar edib ki, Ermənistan “Dağlıq Qarabağ münaqişəsinin lap əvvəlindən özünün hərbi iştirakı, hərbi əmlak və mütəxəssislər təqdim edilməsi yolu ilə bu münaqişədə fəal iştirak edir”, “Bu hərbi dəstək həmin ərazilərin işğal olunmasında və onların üzərində nəzarətin saxlanmasında həlledici rol oynayıb və bu gün də oynayır”, həmin ərazilərdəki rejim “Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində” salamat qalır. Bir məşhur alim Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən qurulmuş oyuncaq rejim ilə “Mançjou Qo, Transkey və digər Cənubi Afrika “bantustanları” kimi çoxsaylı presedentlər” arasında paralel aparıb.

-Azərbaycanın Dağlıq Qarabağ regionunun əhalisinin sülh prosesində rolu barədə Ermənistanın maraqlıdır, çünki o, Azərbaycanın həmin regionunun Azərbaycan icmasının hətta mövcudluğunu belə tanımaqdan israrla imtina edir, halbuki ATƏT özünün müvafiq sənədlərində və qərarlarında etiraf edir ki, Azərbaycanın Dağlıq Qarabağ regionunun əhalisi iki bərabərhüquqlu icmadan, məhz Azərbaycan və erməni icmalarından ibarətdir. Bu və ya digər sənədlərin və qərarların heç birində erməni icması “seçilmiş nümayəndələr” adlandırılmır. Əksinə, ATƏT-in (ovaxtkı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi) 1992-ci il martın 24-də Helsinkidə keçirilmiş əlavə müşavirəsinin xülasəsində Azərbaycanın Dağlıq Qarabağ regionunun nümayəndələri Minsk konfransı çağırılandan və konfransda iştirak edən dövlətlərlə məsləhətləşmələrdən Minsk konfransına dəvət edilə biləcək “maraqlı tərəflər” adlandırılır. Bundan əlavə ATƏT-in Minsk qrupunun sədri Ermənistanın əsassız iddiaları ilə əlaqədar Azərbaycanın Dağlıq Qarabağ regionunun ermənilərinin və azərbaycanlılarının bərabərhüquqlu olmaları barədə mühüm dəqiqləşdirmə edərək onları “maraqlı tərəflər” adlandırıb.

“Minsk konfransının sədri Minsk qrupunun iştirakçıları olan on bir ölkə ilə məsləhətləşmələrin yekunlarına əsasən ATƏM-in Nazirlər Şurasının 24 mart tarixli mandatı əsasında problemi həll etməlidir. Bütövlükdə bu problemin digər aspektləri də razılaşdırılıb: o cümlədən qərara alınıb ki, bu “maraqlı tərəflər” digər iştirakçılarla bərabər şərtlər daxilində işçi qrupların işində iştirak edəcəklər plenar iclaslarda isə onlar yalnız iştirak edə və zəruri hallarda öz fikirlərini yalnız sədrin vasitəsilə ifadə edə bilərlər.

Lakin bu qərarlar hər iki “maraqlı tərəf”ə aiddir, onların arasında heç bir fərq qoyulmamalıdır. İtaliyadan olan sədr onun keçirdiyi məsləhətləşmələrdə Ermənistanın tezisi barədə Minsk qrupunun üzvü olan digər ölkələr arasında konsensus aşkar etməmişdir. Həmin tezisə görə 24 mart tarixli mandat Dağlıq Qarabağın erməni tərəfinə Azərbaycan tərəfi qarşısında formal üstünlük verməyə və hətta birinci tərəfi “seçilmiş nümayəndələr” adlandırmağa imkan verir.

-ATƏT-in Minsk konfransının formatı ATƏT-in iştirakçısı olan dövlətlər, o cümlədən Ermənistan tərəfindən konsensus əsasında razılaşdırılıb, Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində bəyənilib və ona yenidən baxılmamalıdır.

-Ermənistanın kobud şəkildə təhrif nümunəsi olan daha bir iddiası ondan ibarətdir ki, Azərbaycanın işğal edilmiş ərazilərində qondarma “seçkilər” bu ölkənin Xarici İşlər Nazirliyinin elə həmin məsələyə dair digər bəyanatında “sülh prosesinin məntiqindən və onun əsas sənədlərindən irəli gəlir”. ATƏT-in sənədlərində və qərarlarında, o cümlədən 1994-cü ildə Budapeşt sammitinin qərarında və Təhlükəsizlik Şurasının qətnamələrində münaqişə prosesinə mərhələli yanaşmasının əsası qoyulub. Bu mərhələyə çıxmaq üçün bir sıra mühüm addımlar atılmalıdır, “maraqlı tərəflər”, Azərbaycanın Dağlıq Qarabağ regionunun hər iki icmasının legitim və qanuni proses əsasında seçilmiş nümayəndələri Minsk konfransı çağırılandan sonra oraya dəvət edilə bilər. Belə addımlar Münaqişənin əsas nəticələrinin aradan qaldırılmasından sonra başlanmalı, beləliklə Dağlıq Qarabağ regionundan və Azərbaycanın işğal edilmiş digər ərazilərindən erməni silahlı qüvvələrinin Təhlükəsizlik Şurasının yuxarıda adları çəkilən qətnamələrində tələb edildiyi kimi dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması təmin edilməli, bunun ardınca zorla yeri dəyişdirlmiş azərbaycanlı əhalinin öz evlərinə və həmin ərazilərdə olan əmlakının yanına təhlükəsizlik və ləyaqətə hörmət şərtləri ilə qaytarılması təmin edilməlidir.

-Şübhə yoxdur ki, Azərbaycanın Dağlıq Qarabağ regionunun bütün sakinləri, o cümlədən oradan qovulmuş azərbaycanlı əhali Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə, insan haqları sahəsində tətbiq edilən beynəlxalq sənədlərə müvafiq olaraq insan hüquqlarının bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi əsasında tam həyata keçirilməsi hüququna malikdir. Azərbaycan Respublikasında, o cümlədən onun hazırda erməni işğalı altında olan ərazilərində və Birləşmiş Millətlər Təşkilatının üzvü olan hər hansı başqa dövlətdə seçkilər müvafiq dövlətin Konstitusiyasına, Seçki Məcəlləsinə və digər qanunlarına uyğun olaraq təşkil edilməlidir. Seçkilərin keçirilməsinə dair beynəlxalq sənədlər və insan haqları sahəsində öhdəliklər o cümlədən ATƏT-in seçkilərlə bağlı öhdəlikləri, habelə 1990-cı il Kopenhagen sənədi məhz bunu tələb edir. Seçkilərin konstitusiya müddəalarına və milli qanunlara əsaslanan dövlət prosesi olması barədə müddəa Mülki və Siyasi Hüquqlar barəsində Beynəlxalq Paktdan və İnsan haqları barədə Avropa Konvensiyasından da irəli gəlir. Məsələn, “Qanun vasitəsilə demokratiya” Avropa komissiyası (Venesiya Komissiyası) özünün 2019-cu il tarixli məruzəsində dəqiq göstərir ki, işğal edilmiş və ilhaq olunmuş ərazilərdə azad və ədalətli seçkilər keçirilməsi prosesinə riayət edilməsi üçün zəruri ilkin şərtlər yoxdur və belə ərazilərdə yaşayan şəxslər həmin ərazinin qanuni əsaslarla mənsub olduğu və bu insanların beynəlxalq hüquq baxımından vətəndaşlığını prinsip etibarilə saxladığı dövlət tərəfindən keçirilən seçkilərdə iştirak etməkdə davam etmək hüququna malikdirlər.

-Azərbaycanda sonuncu seçkilər 2020-ci il fevralın 9-da onun bütün ərazisində keçirilib. Əvvəlki seçkilərdə olduğu kimi bu dəfə də Azərbaycan ərazisinin işğalının davam etdiyi seçki dairələrində və işğal altında olan Xocalı, Şuşa, Xocavənd, Ağdam, Tərtər, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında səsvermə keçirilməyib. Müvəqqəti olaraq hökumətin nəzarəti altında olmayan və ya qismən onun nəzarəti altında olan bu ərazilərdəki seçki dairələrinin seçki məntəqələri Azərbaycanın digər seçki dairələrinə köçürülmüşdür. Bu, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosunun 2020-ci ilin fevralında dərc edilmiş seçkilərin müşahidəsi barədə məruzəsində əks olunub. Azərbaycanın Mərkəzi Seçki Komissiyası işğal edilmiş ərazilərdə olan məcburi köçkünlərin öz rayonlarının namizədlərinə məxsusi təşkil edilmiş sahələrdə səs verə bilmələri üçün zəruri tədbirlər görüb. Mərkəzi Seçki Komissiyası Azərbaycanın işğal edilmiş ərazilərində yaşayan erməni mənşəli Azərbaycan vətəndaşlarını da bu seçkilərdə iştirak etməyə çağırıb.

Nəhayət, Ermənistan xarici işlər nazirliyi öz bəyanatında dörd il bundan əvvəl cəbhə xəttində gərginliyin artmasını xatırladıb, real mənzərəni təhrif etməyə çalışıb və əsassız olaraq 2016-cı ildə aparılmış döyüş əməliyyatları ilə 2020-ci il martın 31-də keçirilmiş qanunsuz “seçkilər” arasında əlaqə yaratmağa çalışıb. Aşkardır ki, Ermənistanın bu iddiaları tamamilə əsassızdır.

Hamıya məlumdur ki, münaqişənin ilk günündən başlayaraq döyüş əməliyyatları yalnız Azərbaycan ərazisində, demək olar ki, lap mərkəzində aparılıb, nəticədə mülki əhali zərər çəkib, infrastruktura ziyan vurulub. 2016-cı ildə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə və mülki obyektlərə qarşı zorakılıq da Ermənistan tərəfindən Azərbaycana qarşı yürüdülən təcavüz və onun ərazilərinin işğalı siyasətinin birbaşa nəticəsi və davamı olub. 2016-cı ilin aprelində Ermənistanın bilərəkdən törətdiyi hücumlar nəticəsində Azərbaycanın 34 şəhəri və kəndi atəşə tutulub, nəticədə mülki şəxslər və Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçuları həlak olub və ya yaralanıb, özəl və dövlət mülkiyyəti obyektləri, o cümlədən yaşayış evləri, məktəblər və uşaq bağçaları məhv edilib və ya ciddi zədələnib.

Ermənistan başa düşməlidir ki, onun başladığı müharibənin mahiyyəti, səbəbləri və nəticələri barədə beynəlxalq birliyi çaşdırmaq cəhdlərinin perspektivi yoxdur, o, gələcəkdə boş yerə vaxt itirməkdən, məsələyə aidiyyəti olmayan bəyanatlardan çəkinməli, münaqişənin nizamlanması prosesinə vicdanla qoşulmalıdır.

Bu məktubun və ona əlavə edilən Baş Assambleyanın sənədi kimi gündəliyin 32, 37, 68, 70, 75 və 83-cü bəndləri üzrə Təhlükəsizlik Şurasının sənədi kimi yayılmasına görə sizə minnətdar olaram”.

Yaşar Əliyevin məktubuna beynəlxalq və regional təşkilatların, habelə ayrı-ayrı dövlətlərin qondarma “seçkilər” keçirilməsini pisləyən, habelə Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz qurumun və oyuncaq rejimin tanınmaması faktını təsdiq edən bəyanatları əlavə olunub.

AZƏRTAC-ın Vaşintqon bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsil proqramı çərçivəsində dəyirmi masa təşkil edilib

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma sui-istifadə hallarının qarşısının alınmasına öz töhfəsini verəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib

Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir

Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var

"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib YENİLƏNİB

® “Kapital Bank”ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi edib

AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub

Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub

Elm və Təhsil Nazirliyi ilə NAFSA arasında əməkdaşlıq imkanları müzakirə edilib

® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!

BDU-da QS beynəlxalq reytinq agentliyinin regional direktoru ilə görüş

Albaniyalı akademik Azərbaycandakı dinlərarası harmoniya barədə məlumatlandırılıb

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər müəyyənləşdirilib

ADNSU ilə Daşkənd Kimya Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb

Azərbaycan-Rusiya əməkdaşlığının nəqliyyat sahəsindəki inkişaf perspektivləri müzakirə olunub

Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə də elektron qaydada pensiya təyin olunacaq

Türkiyənin “Mədəniyyət yolu” festivalında Azərbaycanın iştirakı müzakirə edilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib

“Heydər Əliyev və milli mədəniyyət strategiyası” - tələbə-şagird konfransı

Amerika din xadimləri ilə görüşdə Azərbaycandakı tolerantlıq mühiti diqqət mərkəzində olub

Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib

Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında

Türkiyə-Azərbaycan Universiteti növbəti tədris ilində tələbə qəbuluna başlayacaq

Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır

® “GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcək

Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib

“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1063-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Lənkəranda vətəndaşların müraciətlərini dinləyib

San-Tome və Prinsipi ada dövləti Portuqaliyanın müstəmləkəçilik təzminatının ödənilməsi haqqında plan hazırlayır

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 avqust tarixli 359 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar

UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar tələbə konfransı keçirilib

Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 447 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası ərazisində dövlət  mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyi: 49 müəssisədə nöqsanlar aşkarlanıb

“Gələcək üçün bacarıqlar” layihəsinin növbəti inkubasiya proqramı təqdim olunub

“Vagaclub”un üzvü: Laçında gələcəkdə dağ alpinizminin inkişafı üçün əlverişli şərait var

Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyi bir sıra tədbirlərlə qeyd ediləcək

Rusiya və Tacikistan prezidentləri terrorizmə qarşı mübarizə məsələlərini müzakirə ediblər

Biləcəri qəsəbəsində qablaşdırılmış içməli su emalı müəssisəsində istehsal dayandırılıb

Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var

Alister Çarlz: İnanıram ki, Bakı Forumunda aparılan müzakirələr dünyada sülhün təmin olunmasına töhfə verəcək

Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub

Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib VİDEO

Botanik alimlər Azərbaycanda yayılmış “Artemisia” cinsi növlərini tədqiq ediblər

AIPA-nın Baş katibinə Azərbaycanda qadın hüquqlarının tarixi barədə məlumat verilib

Azərbaycanın U-19 yığması İrlandiya, İslandiya və Moldova ilə eyni qrupa düşüb

Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb

Elm və Təhsil Nazirliyi “Times Higher Education” ilə əməkdaşlığa başlayır

Kanada millisində çalışan azərbaycanlı məşqçi: Gimnastlarımı öz Vətənimdə keçirilən yarışa hazırlamaq qürurvericidir

Hərbi bilik yarışının qalibləri mükafatlandırılıblar

Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir

AzMİU-nun əməkdaşları bölgələrdə yuxarı sinif şagirdləri ilə görüşüblər

Dini konfessiyaların nümayəndələri Suqovuşan və Talışdakı Alban məbədlərini ziyarət ediblər VİDEO

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikasının Qanunu

Tələbə yoldaşlarımla birlikdə öyrənmək və biliklərimi onlarla bölüşmək qürurvericidir – peşə təhsili alan sahibkar

Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İstanbuldakı lisenziya turnirinə qatılacaq Azərbaycan güləşçiləri dəqiqləşib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilib YENİLƏNİB

® İrşad müştərilərinə 5 milyon manatdan çox bonus qazandırdı

Alimlər piylənmənin yeni səbəbini tapıblar - Tədqiqat

Yunus Əmrə İnstitutunda "Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan-Avstraliya Dostluq Qrupunun həmsədri ilə görüş keçirilib

Forum iştirakçısı: COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji imkanlarını nümayiş etdirməsi üçün əla fürsətdir

SOCAR: Şirkətin fəaliyyətində və strukturunda müəyyən dəyişikliklər nəzərdə tutulub

Moskvada Azərbaycan və Rusiya Baş nazirləri müavinlərinin görüşü keçirilib

Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər

“Bilişim Vadisi”nin direktoru: Azərbaycanın texnologiya ölkəsinə çevrilməsində dəstəyi davam etdirəcəyik

Konstitusiya Məhkəməsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib

Baş prokuror Tərtər rayonunda 71 vətəndaşın müraciətini dinləyib

AQTİ-nin mütəxəssisləri Şabran rayonunda təlim, məsləhət və qiymətləndirmə xidmətləri həyata keçirib

® “PAŞA Holding”in dəstəyilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək

Norveçli səyyah: Azad olunmuş əraziləri ziyarət etmək bizim üçün çox maraqlı oldu VİDEO

Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb

İcraçı direktor: Azərbaycan dilində süni intellektin yaradılması üzrə işlər davam etdirilir

Macarıstan hökuməti Budapeştin UEFA Çempionlar Liqasının finalına ev sahibliyi etməsini dəstəkləyir

Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb

“Bakı KOB evi”ndə sahibkarlara göstərilən xidmətlərin 72 mindən çoxu 10 dövlət qurumunun payına düşür

Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib

AXA-nın sədri Beyləqanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Azərbaycan-Türkiyə əməkdaşlığının dini sahədə inkişaf perspektivləri müzakirə edilib

Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

® Azərbaycan banklarının nümayəndələri Türkiyənin “Ziraat Bankası”nda qonaq olublar

ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub

Suriyada İŞİD-in hücumu nəticəsində 17 hərbçi həlak olub

MDB İnformasiya Şurasının növbəti iclası Moskvada keçiriləcək

Həm delimitasiya, həm də sülh prosesinin vasitəçilərsiz də praktiki nəticələr verdiyi reallıqdır - ŞƏRH

Bakı-Tbilisi-Qars dəmir yolu xəttində modernləşdirmə işləri başa çatıb MÜSAHİBƏ

ADAU-da sahibsiz heyvanlarla bağlı növbəti aksiya

Avropa çempionatı: Azərbaycanın U-17 yığmasının seçmə mərhələdəki rəqibləri bəlli olub

Agentlik aprel üzrə diplomların tanınması statistikasını açıqlayıb

Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb

Norveçli səyyahlar Laçında həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olublar VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşların müraciətlərini dinləyib