Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaxın Şərq: dörd keçmiş imperiyanın yeni savaşı?

Yaxın Şərq: dörd keçmiş imperiyanın yeni savaşı?

Son dövrlərdə ekspertlər Böyük Britaniyanın xarici siyasətində mümkün dəyişiklikləri təhlil etməyə və proqnozlaşdırmağa çalışırlar. O cümlədən Londonun Yaxın Şərq istiqamətində fəallaşa biləcəyindən bəhs edilir. Bu kontekstdə konkret olaraq London, Moskva, Ankara və Tehran xəttində geosiyasi fəallığın gözlənildiyi tezisi irəli sürülür. Bunun üçün müəyyən tarixi və geosiyasi əsaslar da mövcuddur. Böyük Britaniya Avropa İttifaqından çıxarsa, xarici siyasət məsələlərində müəyyən korrektələrin olması ehtimalı az deyil. Çox güman ki, bu baxımdan Yaxın Şərq istiqamətində London aktivlik göstərəcək. Eyni zamanda, onun təkbaşına hərəkət etməyəcəyi də qətidir. Bu aspektdə ekspertlər Böyük Britaniyanın Türkiyə, İran və Rusiya ilə müəyyən təmaslar qurmasının mümkünlüyündən yazırlar. Buna görə də məsələnin geosiyasi təhlili üzərində geniş dayanmağa ehtiyac görürük.

Tarix və müasirlik: imperiyaların maraqları dəyişibmi?

İndi ekspertlər Yaxın Şərqdə keçmiş böyük imperiyaların yeni savaşının başladığından yazırlar. Bəlkə də müasir mərhələdə geosiyasi mənzərəyə və dinamikaya "savaş" kəlməsinin işığında baxmaq bir dəbdir. Və bu halda da kimlərsə "orijinal" görünmək üçün "köhnə imperiyaların yeni savaşı" ifadəsini işlədirlər. Lakin məsələnin ritorik aspektindən daha dərində olan konkret proseslər də inkaredilməzdir.

Yaxın Şərqdə geosiyasi mənzərənin dəyişdiyi danılmazdır. Böyük oyunçular da məlumdur: ABŞ, Rusiya, Avropanın böyük dövlətləri, Çin, Türkiyə, İran və bir sıra böyük ərəb dövlətləri. Bu dairəni daha məhdud tərkibdə götürmək də olar: ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya, İran və Türkiyə. Bir qədər də konkretləşdirsək, belə bir mənzərə alınır - ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə və İran!

Sonuncu konfiqurasiyada Böyük Britaniya bir qədər qeyri-adi görünür, çünki Avropa İttifaqından kənarda baxılır. Ekspertlərin "imperiyaların savaşı" ifadəsini də məhz bu faktora görə işlətdiklərini düşünmək olar. Çünki "Breksit"in fonunda bu, xeyli maraqlı və düşündürücü görünür. London Brüsseldən ayrılırsa, tarixən ciddi təsirə malik olduğu Yaxın Şərq siyasətində hansı düzəlişlər edə bilər? O, müstəqil güc kimi meydana atılırsa, həmin regionda hansı böyük güclərlə dialoqa və əməkdaşlığa gedə bilər?

Bu suallar Boris Consonun Baş Nazir seçilməsindən sonra ekspertlər üçün sanki daha da aktuallaşıb. B.Conson, obrazlı desək, siyasi aspektdə qalmaqallı fiqurdur. Ən azından, Donald Trampın simpatiyasının olduğu siyasətçi kimi ənənəvi siyasi elitanın "özününkü" sayılmır. B.Conson "Breksit"in sonlanmasında və Böyük Britaniyanın Aİ-dən çıxmasında çox maraqlıdır. Bu mövqeyinə görə də tənqid olunur. Lakin o, tərəddüd edən adam deyil və siyasi xəttini davam etdirir. Baş Nazir olandan dərhal sonra bəyan edib ki, "Breksit" prosesini oktyabrın 31-nə qədər həll etmək lazımdır. Bunun üçün Brüssellə yeni saziş hazırlamaq gərəkdir.

Bunlar təbii ki, siyasi baxımdan maraqlı və aktualdır. Eyni zamanda, ekspertlər B.Consonun şəxsiyyəti ilə bağlı türk izini də vurğulayırlar. Daha konkret desək, onun tərcümeyi-halında "türk dosyesi"ni daha çox qabardır, B.Consonun ata tərəfdən dədəsinin türk olması faktına diqqət yetirirlər. Türkiyə siyasi dairələrində də bu məqama diqqət yetirilir. Bu səbəbdən ekspertlər Rəcəb Tayyib Ərdoğanın B.Consonu təbrikində Türkiyə ilə Birləşmiş Krallıq arasında münasibətlərin yaxşılaşmasına ümid etdiyini bildirməsində xüsusi məna axtarır və B.Consonun Osmanlı keçmişinə vurğu edirlər.

Burada ekspertlərin haqlı-olub olmadığını demək istəmirik. Lakin böyük dövlətlərdə qan qohumluğu faktorunun elə də rol oynamadığı məlumdur. Məsələn, D.Trampın da dədəsi almandır, lakin onun siyasətində "almançılıq"dan əsər-əlamət yoxdur. B.Consonun da türk dədəsi Mustafa Kamal Atatürkün həbsi haqqında qərar çıxaran adam olub. Bundan başqa, B.Conson uşaqlıqdan ingilis mühitində böyüyüb və onun həyat fəlsəfəsində türklüyün harada olduğu məlum deyil. Bütün bunların fonunda Böyük Britaniyanın dövlət maraqlarını qan qohumluğuna qurban verəcək hər hansı siyasətçinin İngiltərədə Baş Nazir ola biləcəyini ehtimal etmirik.

Bəs, onda hansı səbəblərdən ekspertlər B.Consonla bağlı türk faktorunu qabartmağa çalışırlar? Görünür, burada başqa səbəblərlə yanaşı, B.Consona rəqib olan dairələrin onu vurmaq üçün türk məsələsini süni olaraq qabartmaları da vardır. Çünki Qərb siyasi və ictimai şüurunda "türk olmaq" bir çox hallarda düşmənə işləməklə eyniləşdirilir.

Fərqli şərtlər: yeni geosiyasi konfiqurasiyanın yaranması

Bunlara rəğmən, bizcə, məsələnin ciddi geosiyasi tərəfləri də mövcuddur. Bəli, Böyük Britaniya Avropa İttifaqında müstəqil davranacaqsa və Yaxın Şərqdə nüfuz sahibi olmaq istəyəcəksə, mütləq Türkiyə faktorunu Brüsseldən fərqli qiymətləndirməlidir. Birincisi, tarixən Böyük Britaniya və Osmanlı Yaxın Şərqin geosiyasi yapısını formalaşdırıblar. Köhnə məcraya yeni oyunlarla qayıdış istisna deyil.

İkincisi, Türkiyə hazırda Yaxın Şərqdə ciddi oyunçu olan Rusiya və İranla ortaq hərəkət edir. Lakin tamamilə onlarla deyil - Ankara Qərb faktorunu qətiyyən arxa plana atmır. Onun məqsədi müstəqil oyunçu kimi regionda marağını təmin etməkdir. Bu baxımdan həm Rusiya və İran, həm də artıq Böyük Britaniya üçün cəlbedicidir. Real və potensial güc baxımından da Türkiyə regionun lideridir. Onun siyasi-diplomatik və hərbi təsirindən başqa böyük tarixi təcrübəsi də var. Ankara Yaxın Şərqdə hər daşın altında nə olduğunu çox yaxşı bilir. Böyük Britaniya nəyə görə belə bir güclə dialoqa getməsin? Və əgər bunu B.Conson duya bilirsə, onda o, Ankaranın deyil, Londonun marağını gözləmiş olur.

Üçüncüsü, Türkiyə Böyük Britaniya üçün Moskva və Tehrana optimal çıxışdır. O səbəbdəndir ki, Böyük Britaniya daha çox antiqərb əhval-ruhiyyəli Rusiya və İranla daha çox Qərb əhval-ruhiyyəli Türkiyə ilə birlikdə münasibət qura bilər. Ankara da dəfələrlə bəyan edib ki, Yaxın Şərq siyasətinin dərin kökləri vardır və bütün mənzərəyə qlobal geosiyasi proseslərin özəllikləri prizmasından baxır. Bu məqamda Böyük Britaniya ilə Türkiyəni birləşdirən faktorlar az olmaya bilər.

Məsələnin başqa tərəfi Rusiyanın Böyük Britaniya və Türkiyə ilə münasibətlərinə bağlıdır. Skripal məsələsinə görə London və Moskva arasında soyuqluq mövcuddur. Son olaraq Tereza Mey ilə Vladimir Putin arasında ağır dialoq olmuşdu. B.Consonun T.Meylə müqayisədə Rusiyaya daha loyal münasibət göstərəcəyini düşünmək doğru olmazdı. Ancaq Yaxın Şərqdə həm Böyük Britaniyanı, həm də ABŞ-ı təmsil edə bilər. Fransızlar bu missiyanın öhdəsindən gələ bilmirlər. B.Conson isə D.Trampın məqsədlərini yaxşı anlayan və onları dəstəkləyən siyasətçi kimi Yaxın Şərqdə ab-havanı dəyişə bilər.

Təbii ki, Moskva Böyük Britaniyanın Aİ-dən xaric və ABŞ-dan fərqli Yaxın Şərq siyasəti yeritməsinə müsbət yanaşır. Bu əsasda iki böyük güc ortaq qənaətə gələ bilərlər. Bu, həm də Türkiyəni Aİ-dən kənarda tutmaq üçün Kremlə lazım gəlir. Bu o demək deyil ki, Yaxın Şərq məsələsində Böyük Britaniya-Türkiyə-Rusiya "üçlüyü"ndən danışmaq olar. Moskvanın maraqları baxımından Londonun Vaşinqtondan daha uyğun olması həm də İran məsələsinə görə inandırıcıdır. Amerikadan fərqli olaraq, Avropa ölkələri İrana daha yumşaq münasibət göstərirlər. Əslində, D.Tramp da İranla savaşdan çox danışıqlara üstünlük verməyə başlayıb. Deməli, Böyük Britaniya İran məsələsinə görə də ABŞ üçün maraqlı ola bilər.

Burada Avropa və Rusiyanın İranla Türkiyə arasında manevr etməyə çalışdıqları da vurğulanmalıdır. Nə Böyük Britaniya, nə də Rusiya istəməz ki, İran və Türkiyədən hər hansı biri qəti olaraq nüfuz sahibi olsunlar. Ankara və Tehran Avropa və Rusiyaya sərf edən miqyasda təsirə malik olsalar, daha yaxşı olar. Buna görə də London Tehran faktoruna ikinci dərəcəli faktor kimi baxmaz.

Vurğulanan məqamlar onu göstərir ki, Yaxın Şərqdə ənənəvi olaraq təsir gücünə malik olmuş Böyük Britaniya, Türkiyə, Rusiya və İran yeni geosiyasi qüvvələr balansı yarada bilərlər. Onlar daha aktiv şəkildə regional proseslərə təsir edə bilərlər. Ancaq bu, hələlik nəzəri olaraq belə görünür. Konkret nəticənin necə olacağı məlum deyil.

Fikrimizcə, burada hadisələr daha çox B.Consonun yeridəcəyi siyasətdən asılı olacaq. Əgər "Breksit" onun nəzərdə tutduğu kimi oktyabrın sonuna başa çatsa, onda Londonun Yaxın Şərq siyasətində dəyişikliklər daha tez özünü göstərə bilər. Əks halda, qeyri-müəyyənlik qalmaqda davam edəcək. Bundan başqa, Suriyada proseslərin davamı da əhəmiyyətli olacaq. Türkiyə Suriyanın şimalında təhlükəsiz zona yaratmaqda qərarlıdır. Suriyaya Türkiyənin yeni hərbi müdaxiləsi dəngələri kökündən yeniləşdirə bilər. ABŞ-ın dəstəklədiyi radikal separatçı qurumların ağır zərbələr alması Rusiya və İran faktorunu da gücləndirmiş olur. Bu halda Londonun mövqeyi daha aktual görünəcək.

Beləliklə, Yaxın Şərqdə yeni geosiyasi küləklər əsir. Meydana fərqli bir geosiyasi güc çıxa bilər. Ancaq onun reallaşması bir çox faktorlardan asılı olduğundan, hələlik ehtimallarla danışmaq olar. Görünür, tədricən "bütün daşlar yerinə oturacaq"!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır

Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur

Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Bələdiyyə sədri: Şanlıurfa Türkiyə-Azərbaycan əməkdaşlığına daha çox töhfə verməyə hazırdır

Azərbaycanlı alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib

YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

Qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu

Zəngilan filizindən molibdenin ayrılması üçün yeni metodlar sınaqdan keçirilir

Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSKLÜZİV

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı