REGİONLAR
“Yayı kitabla keçirək” layihəsi çərçivəsində açıq havada görüş keçirilib
Sumqayıt, 12 avqust, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Nizami Gəncəvi adına Kitabxana-klubu yeni üzv olan kiçik yaşlı oxucularla “Yayı kitabla keçirək” layihəsi çərçivəsində açıq havada görüş keçirib.
AZƏRTAC xəbər verir ki, kitabxananın əməkdaşı Səadət Allahverdiyeva müəssisənin fondunda yer alan uşaq ədəbiyyatı ilə oxucuları tanış edib. “Şəkillərlə ingilis dilini öyrənək”, “Şuşa”, “Göyərçin”, ”Sehrli dünya”, həmçinin digər maraqlı kitab və jurnallar haqqında ətraflı məlumat verən kitabxana əməkdaşı, mütaliəni sevmək, kitabın insan həyatındakı rolu mövzularında çıxış edib. Sonra müəssisənin əməkdaşı kitabxanadan istifadə qaydası və kitabla rəftar haqqında da məlumat verib.
Sonda uşaqları maraqlandıran suallar cavablandırılıb.