İQTİSADİYYAT
Yeni USB daşıyıcını MHM-in Sertifikat Xidmətləri Mərkəzində və onlayn sifariş etmək olar
Bakı, 20 sentyabr, Elvira Məmmədova, AZƏRTAC
Yeni istifadəyə verilən USB daşıyıcını Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Milli Sertifikat Xidmətləri Mərkəzindən və onlayn sifariş etmək olar.
Daşıyıcı əhaliyə 18 manata, sahibkarlara 36 manata, hüquqi şəxslərə 72 manata, dövlət qulluqçularına isə 58 manata təklif olunur.
AZƏRTAC xəbər verir ki, bunu RYTN-in Sertifikat Xidmətləri Mərkəzinin müdiri Arif Mayılov jurnalistlərə deyib.
Xatırladaq ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi "Elektron imza" sertifikat daşıyıcılarının yeni bir növünü - USB tokenləri istifadəyə verib. İnformasiya təhlükəsizliyi və istifadəçi rahatlığı üçün nəzərdə tutulmuş, etibarlılıq müddəti 3 il olan bu tokenlər həm də elektron xidmətlərdən rahat istifadə imkanı yaradacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]