İDMAN
Yeniyetmə və gənclərin Azərbaycan birinciliyinin dördüncü günü başa çatmışdır
Bakı, 8 mart (AZƏRTAC). “Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında keçirilən Azərbaycan birinciliyi davam edir.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışların dördüncü günü 46, 54 və 63 kq çəki dərəcələrində sərbəst güləş üzrə yeniyetmələr mübarizə aparmışlar. Qaliblər aşağıdakı kimidir: 46 kq - Ruslan Surxayev (2 saylı nümayəndəlik, Abşeron), 54 kq - Akif Əliyev (7 saylı nümayəndəlik, Gəncə, DİN İC), 63 kq - Gicimaqomed Hacıyev (1 saylı nümayəndəlik, Bakı, Atasport).
Martın 8-də isə, 69, 76, 85 və 100 kq çəki dərəcələrində sərbəst güləş üzrə yeniyetmələr mübarizəyə qoşulmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [19:40]
Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub
- 03.05.2024 [18:59]
Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var
- 03.05.2024 [18:00]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib
- 03.05.2024 [17:19]
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
- 03.05.2024 [16:54]