ELM VƏ TƏHSİL
Yer elmləri sahəsində növbəti respublika elmi seminarı
Bakı, 2 oktyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunda Yer elmləri sahəsində növbəti respublika elmi seminarı keçirilib.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan Dövlət Neft Akademiyasının müəllimi, professor Çingiz Xəlifəzadə “Qədim hövzələrin paleotemperaturunun təyin edilməsində biogen araqonit və maqneziumlu kalsit geoloji termometr kimi” mövzusunda məruzə ilə çıxış edib.
Qədim hövzələrin paleotemperaturunun təyininin Yerin geoloji keçmişinin paleoiqliminin araşdırılmasında müstəsna rol oynadığını söyləyən Ç.Xəlifəzadə keçən əsrdə bu məsələnin həllinin neogen epoxasına kimi kserofit və mezofit bitki qalıqlarının öyrənilməsi əsasında uğurla həyata keçirildiyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]