REGİONLAR
Yevlaxda heyvandarlıq məhsullarının istehsalı artmışdır
Yevlax, 12 iyul (AZƏRTAC). Yevlax rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıqda məhsul istehsalı artmışdır.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin birinci yarısında təsərrüfatlarda 75 min 337 baş iribuynuzlu mal-qara, 193 min 728 baş qoyun və keçi olmuşdur. 2013-ci ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 0,2 faiz, qoyun və keçilər 12,6 faiz çoxalmışdır.
Birinci yarım ildə rayonda 4463 ton ət, 18 min 138 ton süd, 381 ton yun istehsal edilmişdir. Əvvəlki ilə nisbətən ət istehsalı 1 ton, süd istehsalı 312 ton, yun istehsalı 11 ton çox olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]