Azərbaycanda pul bazası azalıb

04.05.2021 [17:00]
Azərbaycanda pul bazası mayın 4-nə 13 milyard 281,6 milyon manat təşkil edib. AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, bu göstərici ötən ayla müqayisədə 33,4 milyon manat azdır. ...

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

04.05.2021 [16:58]
Mayın 8-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. BFB-dən AZƏRTAC-a bildirilib ki, faizli, ortamüddətli dövlət istiqrazlarının ümumi həcmi 10 milyon manat, nominal dəyəri ...

Mərkəzi Bankın valyuta ehtiyatları 6,3 milyard dollardır

04.05.2021 [16:49]
Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb. AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, AMB-nin valyuta ehtiyatları mayın 1-nə 6 milyard 367,6 milyon ABŞ dolları olub. Bu göstərici ötən ayın eyni dövrü ilə müqayisədə ...

Vergi Xidmətinin Tədris Mərkəzi Beynəlxalq Bankla memorandum imzalayıb

04.05.2021 [16:17]
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi ilə Azərbaycan Beynəlxalq Bankı arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu tədris mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov və Azərbaycan Beynəlxalq Bankının Korporativ biznes üzrə Baş direktoru Nərgizxanım Biləndərli imzalayıb ...

Banklar və bank olmayan kredit təşkilatlarının əməkdaşları üçün vebinarlar keçirilib

04.05.2021 [12:48]
Azərbaycan Banklar Assosiasiyası (ABA) bank əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının daim inkişaf etdirilməsi üçün müxtəlif təlim proqramları və layihələr həyata keçirir, eyni zamanda, əhalinin maliyyə savadlılığının artırılmasına müvafiq layihələrlə daima dəstək verir. ABA-dan AZƏRTAC-a bildirilib ki, “Bank əməkdaşları üçün maliyyə savadlılığı” mövzusunda keçirilən ...

Bugünkü valyuta hərracında tələb 62,7 milyon dollar olub

04.05.2021 [12:37]
Mayın 4-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib. AMB-dən AZƏRTAC-a bildirilib ki, hərracda tələb 62,7 milyon ABŞ dolları olub və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb ...

Dövlət Vergi Xidmətində korrupsiya ilə sistemli mübarizə aparılır

03.05.2021 [18:55]
Müasir dövrümüzdə dövlətlərin idarəetmə sistemində təzahür edən modernləşmə yeni idarəetmə modellərinin, müasir, vətəndaşa yönümlü, onu məmnun edən idarəetmənin qurulmasının zəruriliyini üzə çıxarıb. Yeni idarəetmə modellərinin mühüm şərti dövlət xidmətlərinin fəaliyyətində şəffaflığın təmin edilməsidir ...

Mayın 4-nə USD/AZN rəsmi məzənnəsi

03.05.2021 [17:18]
Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 4-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən AZƏRTAC-a bildirilib ki, bankın mayın 4-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən ...

Neft Fondu bu vaxtadək büdcəyə 114,6 milyard manat transfert edib

03.05.2021 [17:06]
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) indiyədək dövlət büdcəsinə 114 milyard 654 milyon manat transfert edib. AZƏRTAC fonda istinadla xəbər verir ki, cari ilin birinci rübündə ARDNF tərəfindən dövlət büdcəsinə ...

Vergi Xidməti: 28 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edildiyi müəyyənləşib

03.05.2021 [16:11]
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əmək münasibətlərinin rəsmiləşdirilməsi, fiziki şəxslərin əmək müqaviləsi bağlamadan müxtəlif işlərə cəlb edilməsi hallarının qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir ...

Lisenziyası ləğv olunmuş 4 bankın kompensasiya ödənişləri 640 milyon manatı ötüb

03.05.2021 [15:14]
Sığorta hadisəsi baş vermiş, lisenziyaları ləğv edilmiş “Ata Bank” ASC, “Amrah Bank” ASC, “NBC Bank” ASC və “AG Bank” ASC-nin 24 min 688 əmanətçisinə bir ildən az zaman ərzində 640 milyon manatdan çox kompensasiya ödənilib ...

® “Rabitəbank”da sədr dəyişikliyi – Aydın Hüseynov İdarə Heyətinin sədri təyin edilib

03.05.2021 [14:06]
“Rabitəbank”ın Müşahidə Şurasının qərarına əsasən, İdarə Heyəti tərkibində dəyişiklik baş tutub. Belə ki, mayın 3-dən etibarən bankın İdarə Heyətinə sədrlik vəzifəsi daha öncə Müşahidə Şurası sədrinin müavini olan Aydın Hüseynova tapşırılıb ...

Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək

03.05.2021 [12:26]
Mayın 5-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. BFB-dən AZƏRTAC-a bildirilib ki, hərraca çıxarılan notların ...

Sığortaçılar Assosiasiyası: Biznes subyektlərinin 57 faizi sığortaya inanır

03.05.2021 [12:21]
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) keçirdiyi sorğunun nəticələrinə əsasən, əhalinin 42 faizi, biznes subyektlərinin isə 57 faizi hadisə zamanı sığortanın kömək edəcəyinə inandığını bildirib. ASA-dan AZƏRTAC-a bildirilib ki, əldə olunmuş daha bir sorğu nəticəsinə görə, əhalinin 35 faizi ...

Bakı Fond Birjasının Listinq Məsləhət Proqramına 2 yeni tərəfdaş qoşulub

03.05.2021 [12:11]
“Unicapital İnvestisiya Şirkəti” və "Ernst & Young" Azərbaycan şirkəti Bakı Fond Birjasında (BFB) partnyor olaraq Listinq Məsləhət Proqramına qoşulub. Bu barədə AZƏRTAC-a BFB-dən məlumat verilib ...

Müxtəlif təyinatlı torpaq vergisi necə hesablanır?

03.05.2021 [11:23]
Torpaq vergisinin ödəyiciləri Azərbaycan Respublikasının ərazisində, mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələrdir. Burada bir məqama xüsusi diqqət yetirilməlidir ki, mülkiyyətində bina və ya binanın bir hissəsi ...

Neft Fondu apreldəki valyuta hərraclarında 509,9 milyon dollar satıb

03.05.2021 [11:12]
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən aprel ayı ərzində valyuta hərraclarında 509,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu barədə AZƏRTAC-a ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib ...

Mayın 3-nə olan USD/AZN rəsmi məzənnəsi açıqlanıb

30.04.2021 [17:52]
Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 3-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən AZƏRTAC-a bildirilib ki, bankın mayın 3-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub ...

İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 33 min 355 ipoteka krediti verilib

30.04.2021 [16:58]
İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb. İKZF-dən AZƏRTAC-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 33 min 355 ipoteka krediti verilib ...