Təbii probiotik olan süd tərkibli qida məhsulu xama

29.11.2021 [18:16]
Xama təbii südün üzlü hissəsindən toplanılaraq mayalandırılmasından əldə olunan xoşagəlimli dada və qoxuya malik süd-turşu qıcqırmasıdır. Onun tərkibi orqanizm üçün faydalı olan zülallar, yağlar, karbohidratlar, makro və mikro elementlər, üzvi turşular və s. maddələrlə zəngindir. Xamanın tərkibində kalsium, fosfor və dəmirin miqdarı çox, xolesterinin miqdarı isə azlıq təşkil edir. ...

Kəklikotunun çayı, dəmləməsi və yağı çox faydalıdır

29.11.2021 [17:45]
Kəklikotu xoş ətirli qoxuya, acı və azca yandırıcı dada malikdir. Ədviyyat bitkinin yarpaq, budaq və toxumlarından alınır. Ona ölkəmizin çox yerlərində, əsasən də Naxçıvan dağlarında rast gəlmək olur. Maraqlıdır ki, Naxçıvanda bitən kəklikotu növləri hansısa meyvənin, çiçəklərin ətir və dadını verməklə məşhurdur ...

Zeytunun faydası

26.11.2021 [14:34]
Zeytun bitkisi zeytunkimilər fəsiləsinin zeytun cinsinə, Avropa növünə aiddir. Bitkinin 80-dən çox növü məlumdur. Zeytun dünyanın tropik və subtropik ölkələrində geniş yayılıb, vətəni Aralıq dənizi ölkələri hesab edilir. Azərbaycanın, xüsusilə də Abşeronun torpaq-iqlim şəraiti zeytunun becərilməsi üçün çox əlverişlidir ...

Səhər yeməyinin faydası

26.11.2021 [11:44]
Gün səhərdən başladığı kimi, sağlamlıq da səhər yeməyindən başlanır. Səhər yeməyinin faydası böyükdür. Lakin təəssüf ki, ondan imtina edənlər də var. Gün ərzində səhər yeməyindən imtina edilməsinin fəsadları ilə üzləşənlər olsa da, bunun qidalanmamaqla əlaqədar olduğunu bilmirlər ...

Ağciyər xərçənginin qarşısını alan keçibuynuzu

25.11.2021 [16:02]
Xarici görünüşünə görə keçinin buynuzlarını xatırlatdığına görə ona keçibuynuzu adı verilib. Lakin bəzən onu “Yaqub peyğəmbərin çörəyi”, “ buynuz ağacı” da adlandırırlar. Əvvəlcə sarmaşığı, yetişəndən sonra qəhvəyi rəngli lobyanı xatırladan keçibuynuzu əkiləndən sonra ...

Püstə, badam, noğul, nabat, ləbləbi...

25.11.2021 [15:47]
Orqanizmdə asan və rahat həzm edilən çərəzlər rasionda yer alan xeyirli qidalardandır. Faydalı maddələrlə zəngin olmaqla yanaşı, çərəzlər enerji və zülal mənbəyidir. Qoz, fındıq və digər çərəzlər tərkibində olan müxtəlif vitamin və mikroelementlər yaddaşı gücləndirir, eyni zamanda, əqli fəaliyyətə müsbət təsir göstərir ...

Dəmir defisitli qanazlığının profilaktikasında qidalanmanın rolu

24.11.2021 [11:59]
Qanazlığı, yəni anemiyanın müxtəlif mənşəli səbəbləri ola bilər. Anemiya orqanizmdə kifayət qədər qırmızı qan hüceyrələrinin yaranmaması və ya məhv olması nəticəsində meydana çıxır. Qan itkisi, xroniki xəstəliklər, düzgün qidalanmama, orqanizmdə ...

Ən bahalı arı məhsulu

23.11.2021 [12:10]
Arı südü çox xeyirli, nadir tapılan və bahalı məhsuldur, onu cavanlıq eliksiri hesab edirlər. Arı məhsulları arasında ən yüksək qida dəyərinə malik olan arı südünün çox mürəkkəb tərkibi var. Ondan tibb və kosmetika sahələrində, bioloji cəhətdən aktiv əlavələrdə ...

Yaddaşı gücləndirmək üçün tövsiyə olunan qidalar

19.11.2021 [00:43]
Düzgün və sağlam qidalanma zehni qabiliyyətin inkişafına, xüsusən də yaddaşın güclənməsinə bilavasitə təsir göstərir. Qida Təhlükəsizliyi İnstitutundan AZƏRTAC-a bildiriblər ki, gündəlik rasionda vitamin və minerallarla ...

Beyni gücləndirən vasitələr

18.11.2021 [14:41]
İnsanı digər canlılardan fərqləndirən əsas cəhət onun şüurlu olmasıdır. Beyin mərkəzi sinir sistemini idarə edən orqandır və düşüncə, qavrama və həyat tərzinin təminatçısıdır. Mütəxəssislər beynin normal inkişafının ilkin mərhələsi olaraq ana bətnində müayinə olunmağı məsləhət görürlər ...

Payız tərəvəzlərinin faydası

16.11.2021 [18:01]
Tərəvəz bitkiləri qida rasionunun tənzimlənməsində əhəmiyyətli rola malikdir. Qiymətli qida məhsulları olmaqla yanaşı, tərəvəz bitkiləri konserv sənayesini də xammalla təmin edir. Qida Təhlükəsizliyi İnstitutundan AZƏRTAC-a bildiriblər ki, xüsusən, payız aylarında orqanizmi möhkəmləndirmək ...

Orqanik qidaların üstünlüyü

16.11.2021 [16:41]
Son vaxtlar “orqanik qida” ifadəsi çox işlənilsə də, təbii və təmiz məhsul mənasında qəbul edilir. Sadə dildə desək, orqanik qida məhsulları tərkibində zərərli maddələrin miqdarı adi məhsullara nisbətən dəfələrlə az olan qida məhsullarıdır. Həmin məhsulların yetişdirilməsində süni gübrələrdən ...

İnfeksiyalara qarşı dözümlü bildirçin yumurtası

15.11.2021 [16:06]
Toyuq yumurtasından üç-dörd qat daha yüksək qida dəyərinə malik bildirçin yumurtası kiçik ölçülü olmasına baxmayaraq, vitamin və minerallarla zəngindir. Onun mütəmadi istehlakı müəyyən xəstəliklərin profilaktikasında müsbət rol oynayır. Həmin yumurtanın istehlakı orqanizmdə hər hansı bir diatez və allergik əlamətlərə ...

Ana südünün qoxusu və dadı yeyilən qidalardan asılı olaraq dəyişir

31.10.2021 [09:15]
Ana südü uşağın inkişafı və sağlam qidalanması üçün əvəzolunmaz nemətdir. Ana südünün faydalı olması hər kəsə məlum olsa da, bu barədə bəzi vacib və maraqlı faktları bilmək də yararlı olardı. AZƏRTAC ana südü haqqında maraqlı məlumatları təqdim edir ...

Ömrü uzadan 6 yoxlanılmış vərdiş

16.10.2021 [18:24]
Sadə gündəlik məşğuliyyətlər ümumi hal-əhvalı yaxşılaşdıra və ömrün uzunluğuna müəyyən təsir göstərə bilər. Mümkün uzunömürlülük baxımından gündəlik vərdişlər pəhriz qədər böyük təsir göstərə bilər. Uzun ömür əldə etmək üçün onu ...

Evdə COVID-19 xəstəsi varsa yoluxma riskini necə azaltmaq olar

11.10.2021 [18:10]
İnsan orqanizmi immun sisteminin işi sayəsində COVID-19-un öhdəsindən gələ bilər və ya yoluxmuş hissəciklərin yalnız çox kiçik bir hissəsini aldıqda infeksiyanı asanlıqla keçirə bilər. Bu səbəbdən yeni yoluxmuş insanın qaldığı evdə digərlərinin maska taxması lazımdır. Maskanı tez-tez dəyişdirmək lazımdır ...

Qəhvə Parkinson xəstəliyi riskini azaldır

06.10.2021 [06:25]
Tədqiqatçılar sinir sistemi xəstəliyi ilə kofein tərkibli qidaların qəbul edilməsi arasındakı əlaqəni ətraflı təhlil ediblər. Bütün dünyada alimlər qəhvə içməyin faydası və ziyanı haqqında mübahisə etməyə davam edirlər ...

Körpələrin düzgün qidalanmasının əhəmiyyəti

21.09.2021 [15:19]
Qidalanma həyatın hər mərhələsində çox vacib məsələdir. Doğulandan iki yaşına qədər olan dövr uşaqların ən sürətli böyümə mərhələsidir. Həmin dövrdə sağlam və düzgün qidalanma böyük əhəmiyyət kəsb edir. Uşaqların sağlam şəkildə ...

Az karbohidratlı pəhriz uzunömürlülərin qidası adlandırılıb

17.09.2021 [15:36]
Amerikalı alimlər bir heçə ildir ki, uzun ömür şansını maksimal dərəcədə artıran qida məhsullarından ibarət kombinasiya axtarışında idilər. AZƏRTAC “MedikForum”a istinadla xəbər verir ki, alimlərin fikrincə uzun ömür yaşamaq istəyənlər karbohidratlardan daha az istifadə etməlidirlər ...